ATA HƏDİYYƏSİ

ATA HƏDİYYƏSİ

Altı yaşlı qızı atasından soruşur:

- Ata, mən nə vaxt böyüyəcəyəm?
Ata:
- 18 yaşın olanda, qızım!
Qız:
- 18 yaşım olanda mənə nə alacaqsan?
Ata:
- Hələ çoooox var ona, 18 olsun, baxarıq.
Qızın 17 yaşında ürəyində qüsur olduğu ortaya çıxır. Xəstəxanaya gətirilir… Həkimlər atasına qızının vəziyyətinin ağır olduğunu deyirlər. Atası qızının yanına gəlir.
Qız:
- Mən yaşamayacağam, ata? Böyüməyəcəyəm?
Ata heç nə demir və başını aşağı salır… Uzun illər 18 yaşının tamam olmasını gözləyən qızı məyus, atanınsa qəlbi qan ağlayır…
Qızı əməliyyat edirlər və o sağalır. Sən demə həmin gün qızın 18 yaşı tamam olurmuş. Qız əməliyyatdan sonra ayılır, yorğanının üstünə qoyulmuş bir kağız parçası görür və götürüb oxuyur…
“Sən 18 yaşımda mənə nə hədiyyə edəcəksən”, -demişdin. Mən sənə öz ürəyimi hədiyyə etdim, qızım. Ad günün mübarək!”

 

BİR STƏKAN SÜD

Xalid yoxsul bir ailədə böyümüşdü. Məktəb xərclərini qarşılamaq üçün qapı-qapı gəzərək səyyar satıcılıqla məşğul idi.

O gün heç nə sata bilməmişdi. Aclıq səbəbilə də taqətdən düşmüşdü. Döyəcəyi ilk qapıdan yeməyə nə isə istəmək qərarına gəlmişdi. Qapını açan gənc qadını görüb utandı. Yeməyə nə isə istəmək yerinə:

- Üzr istəyirəm, bir stəkan su verə bilərsinizmi, çox susamışam, -dedi.

Gənc qadın uşağın aca ola biləcəyini düşünərək böyük bir stəkanla süd gətirdi. Zavallı uşaq aramla südü içdikdən sonra:

- Təşəkkür edirəm, borcum nə qədərdir? –deyə soruşdu.

Gənc qadın gülümsəyərək bu cavabı verdi:

“Heç nə qədər. Anam bizə etdiyimiz bir yaxşılığın əvəzinə nə isə almamağı öyrətdi”.

Uşaq təşəkkür edib oradan ayrıldı. Xalid özünü sadəcə fiziki olaraq deyil, eyni zamanda mənəvi olaraq da gümrah hiss edirdi.

Aradan uzun illər keçdikdən sonra gənc qadın nadir rastlanan amansız bir xəstəliyə tutulmuşdu. Yaşadığı qəsəbədə işləyən həkimlər xəstəliyin çarəsini tapa bilməyib onu paytaxta göndərdilər.

Xalid yeni gələn xəstəsinin hansı qəsəbədən olduğunu öyrəndikdə çox həyəcanlandı. Artıq gənc olmasa da uzun illər bundan əvvəl onu sevgiylə qarşılayan qadını görən kimi tanıdı. Həyatını qurtarmaq üçün əlindən gələni əsirgəmədi.

Uzun müddət davam edən müalicədən sonra qadın sağlamlığına qovuşdu. Dr. Xalid təsdiqləmək üçün otağına gətirilən faturaya göz atdı və üzərinə bir neçə söz yazaraq zərfin içinə qoyub xəstə qaının otağına göndərdi.

Qadın titrək əllərlə zərfi aldı. Açmağa qorxurdu…

Xəstəxana məsrəflərini əsla ödəyə bilməyəcəyini və ömrünün geri qalan hissəsini borcunu ödəmək üçün işləyəcəyini bilirdi. Nəhayət, qorxa-qorxa da olsa, zərfi açdı və yazılmış bir kağız gördü:

“Bütün xəstəxana xərcləri bir stəkan süd qarşılığında ödənmişdir”.

Yaşlı adam gəncin cibinə nə isə qoyub:

“Allah səndən razı olsun, oğlum! Bu qocanı o qədər sevindirdin ki, sanki yenidən doğuldum. Bu kiçicik hədiyyəmi də qəbul etsən, lap sevinərəm”, -dedi.

Gənc oğlan etdiyi yaxşılığın yüksək səviyyədə qarşılanacağını əvvəlcədən hiss etmişdi. Yolun kənarında ağlayan dörd-beş yaşlı uşağın azdığını öyrənmiş və onun yaşadığı məhəllənin yerini soruşaraq taksi ilə evlərinə gətirmişdi.

Lakin axtardığı evi tapanda böyük xəyal qırıqlığına uğradı. Yol uzunu fözünün önündə canlandırdığı hovuzlu villa görmə xəyalları bir anda puç olmuşdu. Üstəlik qapını da azyaşlı uşağın babası açmışdı. Nəvəsini bağrına basıb, onu gətirən gəncə də təşəkkür edib cibinə bir neçə qəpik-quruş qoymuşdu.

Söhbət əsnasında uşağın ata-anasının avtomobil qəzasında vəfat etdiyini öyrənmiş və qocanın bir ara ağlayaraq fikirli halda uzaqlara dalmasında istifadə edərək cibindəkiləri əli ilə yoxlamışdı. Bir neçə qəpik quruş düşmüşdü payına. Pencəyinin cibini belə doldurmurdu.

Evə baxanda yaşlı adamın kasıb olduğu məlum idi, amma ən azından taksi pulu da olsa verməli idi. “İnsaf da yaxşı şeydir” deyə düşündü.

Yaxşı hədiyyə ilə evə qayıtmağın xəyalını quran gənc xəsis bir qoca ilə qarşı-qarşıya idi və ona dərsini verməli idi. Yaşlı adamın üzünə dimdik baxaraq cibindəki qəpik-quruşu ovcuna aldı və uşağın ayaqlarının altına ataraq belə dedi:

“Balaca, get bu pullarla özünə oyuncaq al, bəlkə beləliklə səxavətin nə olduğunu da öyrənərsən”.

Uşaq əyilib yerdəki pulları yığarkən az qala gəncin gözləri hədəqəsindən çıxacaqdı. Uşağın kiçik ovuclarında dörd-beş qızıl medalyol parıldayırdı…

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz