Allahı Murad Etmək-2
Uca Allah Qurani-Kərimdə belə buyurur:
“Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə (Onun heybət və əzəmətindən) ürəkləri qorxudan titrəyər. Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar, onlar ancaq öz Rəblərinə təvəkkül edər, (vaxtlı-vaxtında) namaz qılar və verdiyimiz ruzidən (Allah yolunda) sərf edərlər. Onlar həqiqi möminlərdir. Onların öz Rəbbi yanında dərəcələri vardır. Onları (Qiyamət günü) bağışlanma və (Cənnətdə) tükənməz ruzi gözləir.” (əl-Ənfal, 2-4)
İlahi rəhmətin bitib tükənmək bilməyən mərhəmət təcəllilərinə son dərəcədə həssaslıq və ülvi bir ehtirasla yanaşan möminlər zümrəsinin dünyanın, nəfsin, arzuların zahirən gözəl, daxilən isə fitnəkar cazibəsinə aldanmayaraq Rəbblərini içdən gələn bir istəklə murad etmələri Allah-Təalanın sonsuz ehsanına qarşı sərgilənən bir mömin sədaqətidir. Bu muradın və bu sədaqətin illərlə sınanmış nümunələri bu gün də bəşər övladlarını Allahı murad etmə elminə talib olmağa səsləyən əvəzsiz bir örnəkdir. Buörnəyin baş tacı olan Rəsulullahın Rəbbini həyatı boyu, xüsusən də ömrünün ən mürəkkəb anlarında bütün varlığı ilə murad etməsi və ümmətini də buna dəvət etməsi qəlbləri oyandıracaq ölçüdədir. İnsanları imana dəvət etmək üçün getdiyi Taif yolçuluğunda aldığı fiziki və mənəvi yaralara baxmayaraq Rəbbinə etdiyi yalvarışlarında Rəsulullahın muradı qəti idi:
“İlahi! Əgər mənə qarşı qəzəbli deyilsənsə, çəkdiyim ağrılara, bəlalara heç əhəmiyyət vermərəm. Fəqət Sənin lütfün və ehsanın mənim üçün daha genişdir. İlahi! Qəzəbinə uğramaqdan, rizasızlığına düçar olmaqdan Sənin Nurlu Vəchinə sığınıram. İlahi! Sən razı olana qədər əfvini diləyirəm. Bütün qüvvət, hər qüdrət ancaq Səndəndir, ya Rəbbi!” (İbn Hişam, II, 30)
Uca Rəbbimiz Özünü mənalı və gözəl şəkildə murad etmə mükəlləfiyyətini Rəsullarına bildirmişdir. Bu, iman əhli üçün xüsusi əhəmiyyət kəsb edən məqamlardandır. Rəvayət edildiyinə görə Əziz və Cəlil olan Allah Hz. Musaya (ə.s) belə vəhy etmişdir:
“Ey Müsa! Mənə dua etdiyin zaman dilini qəlbinə tane et. Məni zikr edərkən xüşu içərisində və xatircəm ol. Hüzurumdan qalxdığın vaxt zəlil bir şəkildə qalx və nəfsini qına. Çünki o, qınanmağa ən layiq olandır. Mənə yalvardığın zaman titrəyən bir qəlb və doğru bir dil ilə yalvar.”
Rəsulullahın (s.ə.s) hədislərindən birində: -“Bir qulun namaz, oruc, zəkat, həcc, ümrə, gözəl əxlaq, təfəkkür, zikr kimi əməlləri göyə yüksəlir. Göy mələkləri onu gözəl bir şəkildə müşayət edərək Allahın hüzuruna yüksəldərlər və yalnız Allah rizası üçün xalis əməl olduğuna şəhadət edərlər. Allah-Təala: -“Siz qulumun əməllərini mühafizə edənsiniz. Mən isə onun bütün incəliklərini bilənəm. O, bu əməl ilə Məni murad etmədi, başqasına göstəriş məqsədilə etdi. Mənim lənətim onun üzərinə olsun.” Mələklərin hamısı, yer və göylər də bu ilahi qəzəb buyuruğuna həmrəy olar.” -deyə buyurduğu məqamları, xüsusən də mələklərin belə şəhadətinin müəyyən hallarda keçərsizliyi kamillik zirvələrinə doğru irəliləyən Mövlana Cəlaləddin Rumini diqqətlə düşünməyə vadar etmişdir. Mənəvi təkamül pillələri ilə addımlayan Mövlananın yaşadığı hal və məkan dəyişmələri ibrətamiz üslubu ilə bizi Rəbbimizə yaxınlaşdıran bir bərəkətdir. Mövlana belə buyurur:
“İnsanlıqdan və insan olmaqdan da bir həmləyə baş vurum. Mələklər aləmində onların arasına qarışım, onlarla o aləmdə qol-qanad açım.”
Bir müddət sonra isə irfan nurları ilə bişən Mövlananın könül aləmi həqiqi muradını əldə etmək axtarışındadır:
“Artıq mələklər aləmindən də bir qurtulma, bir çıxış yolunu axtarmalıyam. Hara qədər? “Allahdan başqa heç bir tanrı yoxdur. Allahdan başqa hər şey məhvə məhkumdur. Hökm Onundur. Siz məhz Onun hüzuruna qaytarılacaqsınız.” (əl-Qəsəs, 88) məqamına qədər. Çünki Onun həqiqi Zatından başqa hər şey xəlq edilmişlərdən ibarətdir. Hökm Onundur, hər şey Ona dönər, Ona gedər.”
Bu kamillik zirvəsinin canlı bir nümunəsi olaraq bütün faniəlaqələrdən sıyrılaraq Rəbbini qibtə ediləcək bir şövqlə murad etmə mərtəbəsinə ermiş Haqq aşiqi Yusif Həmədani həzrətlərinin son nəfəsində söylədiyi könülləri Allaha bağlayan bir dəvətidir:
“Allahın elə dostları vardır ki, onların can verməsini Allahdan başqa kimsə bilməz.”
Uca Rəbbimizin nəzdində Onu murad edənlərin qiyməti o qədər yüksəkdir ki, Allah-TəalaRəsuluna anladılan kimsələri yanından ayırmamasını və onları özündən uzaq tutmamasını ciddi şəkildə əmr edir:
“(Ya Rəsulum!) Rəbbinin rizasını diləyərək səhər-axşam Ona dua edənləri yanından qovma.” (əl-Ənam, 52)
“Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona ibadət edənlərlə birlikdə özünü səbirli apar. Fani dünyanın bər-bəzəyini arzu edib nəzərlərini onlardan çevirmə.” (əl-Kəhf, 28)
Rəsulullahın mübarək duaları Allahı murad etmənin incəliklərini ümmətə ərz edən tükənməz bir xəzinədir. Buxəzinənin hər bir cümləsi, hər bir söz əbədi səadətə aparan yolların işarətləri olaraq Adəm övladlarını Allahı murad etmə sənətinə həssaslıqla yiyələnməyə səsləyən nəbəvi bir çağırışdır:
“Allahım! Qəlblərimizi xeyir üzrəistiqamətləndir, aramızı düzəlt, bizi səlamət yollarına təşviq et və bizi qaranlıqlardan qurtarıb nuruna qovuşdur. Allahım! Səndən bitməyən nemət istəyirəm. Səndən qəzadan sonra rizanı istəyirəm. Səndən kəsilməyən göz aydınlığı diləyirəm. Cəmalına baxmaq və Sənə qovuşmağın ləzzətini diləyirəm. Heç kimsənin zərərinə uğramamağı və yoldan çıxaran fitnəyə düçar olmamağı diləyirəm. Bizi iman nuru ilə bəzə. Bizi hidayətə nail olan doğru yolu göztərənlərdən et! Amin...” (Nəsai, 62/2).
ŞƏRHLƏR