ZAMANA ZÜLM ETMƏK

ZAMANA ZÜLM ETMƏK

Uca Rəbbimizin andla başladığı ayeyi-kərimlərdən biri də zamandır. Əsr surəsinin ilk ayəsi, “Vəl asr” deyə başlayır. Zamana and olsun ki… Allah diqqət çəkmək istədiyi mövzulara başlarkən andla başlayır; zamana, aya, günəşə gecəyə and içir.

Zaman məfhumu Rəbbimizin bu dünya üçün var etdiyi bir hadisədir.  Zaman başı və sonu olan, illər, aylar, günlər və ya saatlar, saniyələr olaraq xarakterizə etdiyimiz və hətta bu bölgülər sayəsində keçdiyini anladığımız bir hadisədir.

İnsan zamanın içini nə ilə doldurarsa, zaman ona görə bir məna qazanar. Keçmiş dediyimiz zaman dilimi də etdiklərimizə görə yaxşı və ya pis xüsusiyyəti qazanır. Allah insana dəyərini bilməsi lazım olan saysız nemətlər vermişdir. Bu nemətlərin ən mühümlərindən biridir zaman. Bir gün də bizə verilən bir zamandır, bir ay da, bir il də.

            Zaman eyni zamanda Rəbbimizin bizə verdiyi möhlətdir. Allah bizə əvvəli, sonu müəyyən olan bir ömür verir və o ömrün içini doldurmaq xüsusunda bizi sərbəst buraxır. Və bizə təqdir etdiyi qədər möhlət verir.

Məhz verilən bu möhlətə qazandırmış olduğumuz xüsus bizim zamana zülm etməmiz, ya da əslinə uyğun istifadə etməmiz olaraq qiymətləndirilə bilər.

Bunu idrak etmək lazımdır ki, zaman bizim deyil, Allahındır. Biz ondan aldığımız zamandan istifadə edirik.

Məsələn, illər keçir, böyük bir zaman dilimi acılar, iztirab və zülmlə keçir. Böyük bir yüz ilə damğasını vuran insanlıq dramları olur. O zaman tunelləri həmişə ağrılar və zülmlərlə xatırlanır.

Yaxın tariximiz zülmlərlə dolu; qırğınlar, döyüşlər, soyqırımlar… Hamısı insan oğluna verilən zaman kəsiyində gerçəkləşir. Çox təəssüf ki, insan öz cinsinə zülm edərək həyatına davam etməyə üstünlük verir.

Dünyamızda zülmlə xatırlanacaq zaman dilimləri və onlarda yaşananlar baxımından yaddaşlarımızı yoxlayaq:

Hələ də dinməyən bir Fələstin qanı axır Orta Şərqdə. Bu insanlara edilən zülmün şahidi böyük bir zaman kəsiyi, yarım əsrə yaxın bir zamandır. Uşaqlar müharibənin mərkəzində dünyaya gəldilər və böyüdülər. Kimisi də böyüyə bilmədən şəhid oldu. Yəni bu coğrafiyada keçən zaman dilimi həmişə ağrılı və işgəncə ilə xatırlanacaq. Və insanlığa qarşı işlənən bu zülmün şahidi yaşandığı bu illər olacaq.

Daha da əvvələ gedək; Bosniya müharibəsi. Əslində Bosniya müharibəsi deyə bir şey yoxdur. Bosniya qırğını, ya da soyqırımı. Mədəni Avropanın tam ortasında milyonlara çatan insanın qətl edilməsi. Qadınların, uşaqların, gənclərin vəhşicəsinə qətlinə şahid olan bir zaman dilimi. Bu, insanlığa qarşı işlənən cinayət olmaqla birlikdə zamana qarşı işlənən bir cinayət deyilmi?

Yenə doxsanıncı illərdə ermənilərin Azərbaycanda həyata keçirdikləri qırğınlar, Bakıda, Xocalıda, Şuşada və bir çox Azərbaycan şəhərində günahsız və əliyalın insanları zamanın gözü önündə qətl etdilər. Əsri çirkləndirdilər. Əsrin gözəlliyini pozdular.

Türkiyəyə baxaq:

Otuz ildən çox bir zamandır ki, axan qardaş qanı. Fitnəyə qurban olaraq eyni ölkənin, ət ilə dırnaq olmuş insanlarının illərdən bəri puç bir döyüş ilə bir-birinə düşmən edilməsi. Haqq istəyən nə istədiyini bilmir, haqq vermə mövqeyində olan qarşısındakını anlamır. Və yenə zamanın şahidliyində gərəksiz bir döyüş baş alıb gedir. Bu da bizim ölkəmizin tarixinə düşən qara bir ləkə. Zamanın çirklənməsi və gələcək nəsillərə buraxılan acı bir miras.

Bu nümunələri çoxaltmaq mümkündür.

Amma burada bir gerçək ki, insane oğlu həmişə çağa, zamana zülm etmişdir. Həmişə güclü olmaq, həmişə üstün olmaq istəyi özünə verilən bu zaman dilimini acılar və gözyaşları ilə doldurmuşdur.

Bunları ifadə etmişkən, yer üzünün ən müqəddəs zaman kəsiyi olan əsri-səadəti xatırlamadan keçmək hər halda doğru olmaz.

Peyğəmbərimizin inşa etdiyi o müqəddəs nəslin içini doldurduğu bir zaman dilimi. Məhz buna görə də “əsri səadət” adlanmışdır. Müqəddəs zaman kəsiyi. Onlarda özlərinə təsis edilən bu zamanı səadətə çevirə bilmə qabiliyyətinin şahidi oluruq... peyğəmbərimizin rəhbərliyi ilə zamandan düzgün istifadə etmişlər. Ona görə bütün zamanların bir əsri-səadət ola bilməsi üçün Peyğəmbərimizin nəfəsi, səsi, sözü lazımdır.

Onun təsis etdiyi cəmiyyətin nümunələrinin çoxala bilməsi üçün səhabə həssaslığı şərtdir.

Zamanı müqəddəs iqlimə çevirə biləcək Peyğəmbər aşiqləri lazımdır.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz