MƏHŞURLARDAN NÜANSLAR

MƏHŞURLARDAN NÜANSLAR

SÜRÜCÜMDƏN SORUŞ

Məşhur fizika alimi Albert Eynşteyn bir gün konfrans vermək üçün yola çxır. Yolda söhbət əsnasında sürücüsü belə deyir:

- Dəfələrlə diqqət etmişəm, siz bütün konfranslarınızda eyni mövzulardan danışırsınız. Artıq hamısını əzbər bilirəm, sizin yerinizə mən də çıxış edə bilərəm.

- Elə isə budəfəki konfransda mənim yerimə sən çıxış et. Onsuz da getdiyimiz yerdə məni üzdən tanımırlar.
Bu razılaşmadan sonra sürücü onun yerinə kürsüyə çıxıb danışmağa başlayır. Eynşteyn də sürücü kimi konfransda iştirak edir. Sürücü isə dediyi kimi eynilə Eynşteyn kimi çıxış edərək heç bir vergülün və nöqtənin belə yerini dəyişmədən konfransı idarə edir. Nəhayət iştirakçılar saxta Eynşyteynə suallar yağdırmağa başlayırlar. Sürücü bütün suallara bir təhər cavab versə də ən sonuncu sual qarşısında çıxılmaz vəziyyətə düşür. Amma bu dəfə də özünü itirmədən belə deyir:

- O qədər asan bir sual verdiniz ki, bu suala mənim cavab verməyimə gərək yoxdur. Hətta sürücüm də bunun cavabını verə bilər. sonra da əliylə Eynşteynə işarə edir, o da sualın cavabını verir.

HƏR KƏS EHTİYACI OLANA GÖRƏ

Napaleon Bonapart bir İspan kralını məğlub etmişdi. Kral nifrətlə:

“Siz pul üçün vuruşursunuz, biz isə ən azından şərəf və ləyaqətimiz üçün döyüşürük” –deyir. Napoleon dab u cavabı verir:

“Düz deyirsiniz. Kimin nəyə ehtiyacı varsa, onun üçün döyüşür.”

KONFRANS

Bir gün Nəcib Fazil bir universitetdə konfransda iştirak edir.

Həmişəki kimi kürsüyə çıxıb din və Allah qavramı haqda söhbət edir. Çıxışının sonunda onun dediklərini qəbul etməyən bir professor Nəcib Fazilə sual verir:

“Siz əvvəllər tamam başqa şeylər danışırdınız. İndi isə həmin çıxışlarınızla ziddiyyət təşkil edən şeylər deyirsiniz. Bir vaxtlar yazdığınız şeirlər hələ də əzbərimdədir. Bunu necə başa düşək?”
Nəcib Fazil bu möhtəşəm cavabı verir:

“Mənim keçmişim bir zibillikdir və yalnız köpəklər zibillikdə eşələnər.”

 

 

MƏN ÇƏKİLƏRƏM

 

Günlərin birində filosof Diogen həddən artıq dar bir küçədə təkəbbürü ilə məşhur bir adamla üz-üzə gəlir. Küçə o qədər dar idi ki, qarşı-qarşıya gələn iki adamdan biri çəkilmədən keçmək mümkün deyildi. Özündən razı olan varlı adam filosofa: “Mən bir sərsərinin qabağından çəkilmərəm” –deyir. Diogen kənara çəkilərək cavab verir: “Mən çəkilərəm!”

 

 

ƏYİLMƏMƏK

Məşhur bir müdrikdən soruşurlar:

- Sərvət ayaqlarınızın altında olduğu halda nə üçün bu qədər kasıbsınız?

Müdrik cavab verir:

- Onu əldə etmək üçün əyilmək lazımdır, ona görə.

 

 

 

MARAQLI VERGİ

 

Dostlarından biri Fransa kralı XV Lüdovikə deyir:

- Əlahəzrət, heç insnalardan ağıl vergisi almağı düşündünüzmü? Heç kim axmaqlığını boynuna almayacağına görə hamı bu vergini sevə-sevə verəcək.

Kral rişxəndlə gülərək cavab verir:

- Həqiqətən maraqlı fikirdir. Bu kəşfinizin əvəzində sizi ağıl vergisindən azad edirəm

ƏMANƏTƏ SAHİB ÇIXMAQ

Çox zəngin kitabxanasını xalqa vəqf edən Koca Rağıb Paşa həmin kitabxanaya baxmaq vəzifəsini tanıdığı adamlardan birinə həvalə edir. Bir gün kitabxananı ziyarətə gedən paşa ətrafı və kitabları toz-torpaq içində görüb çox pis olur və bu halını bəlli etməməyə çalışaraq:

- Səni təbrik edirəm, həqiqətən də əmin bir insansan. Sənə əmanət edilən şeylərə heç əlini də sürtməmisən. Afərin! –deyir.

 

AFƏRİN!

Gənc bir şair mənasız şeirlərini Viktor Hüqoya oxuduqdan sonra soruşur:

- Ustad, şeirlərim haqda nə deyə bilərsiniz, necə yazmışam?

Viktor Hüqo cavab verir:

- Vəznsiz, qafiyəsiz və mənasız şeirlər yazmaq istəmiş və istəyinizə tamamilə nail olmusunuz. Afərin sizə!

NƏ GƏRƏK VAR?

Nəcib Fazil Qısakürək vapurla Qaraköyə gedərkən bir nəfər yanına gəlib soruşur:

- Ustad, Peyğəmbərlər nə gərək var? Biz onsuz da yolumuzu tapa bilərdik.

Nəcib Fazil oxuduğu kitabdan başını qaldırmadan bu cavabı verir6

- Vapura niyə minmisən? Üzərək keçsənə qarşıya.

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz