QARPIZ ÖYRƏTDİ

QARPIZ ÖYRƏTDİ

Tətilə çıxmağa 15 gün qalmışdı. Bazarlıq işlərinə baxan Bəxtiyardan qarpız almasını xahiş etdi. Neçə qarpız sualına isə 2 günə 1 qarpız hesablayaraq orta çəkidə 7-8 dənə olsun dedi. Nə də olsa qarpızın sudan ucuz olduğu bir ölkədə yaşayırdı. 1 dollara 5 litr mineral su alınarkən eyni məbləğdə pula təxminən 10 kq. Qarpız almaq olurdu.

“Su içmə, qarpız ye” deyə öz-özünə danışaraq televizoru açdı. Televizorda Rizə Bələdiyyəsinin təşkil etdiyi “Təsəvvüf Şənliyi” haqqında xəbər gedirdi.  Təsəvvüf və şənlik sözünü yan-yana qoydu. Gecə ilə gündüz, yaxşı ilə pis kimi bir-birinə zidd qavramların bir araya gətirilməsinə və gördüklərinə təəccüb etdi. “Bu qədər də olmaz” dedi. Öz-özünə “kimi qınayıram” dedi. Otaqda ondan başqa heç kim yox idi. Molla Nəsrəddinin xəndəkdən tullanarkən yıxılması yadına düşdü. Molla xəndəyin üstündən tullanır, amma özünü çuxurun içində görür. Ayağa qalxıb “Ax cavanlıq, ax!” deyib ətrafına baxır. Heç kimin olmadığını görüb “Sənin cavanlığın da bir şey deyildi” deyir. 

Ey Molla Nəsrəddin, sən öz cavanlığını bildiyin kimi, bizi də tanıyırsan. Əslində bir-birimizdən fərqimiz yoxdur. Qınayanların o qədər qınanacaq səhvləri var ki…

Bir neçə gün sonra dəvət olunduğu iftar məclisinə gedərkən qarpızlardan birini götürüb yola düzəldi. Bir neçə gün əvvəl kəsdiyi qarpızın o qədər də şirin olmadığını düşündü. Öz-özünə “Bu da yaxşı çıxmasa Bəxtiyarın aldığını söyləyərəm” –dedi. Qarpız yaxşı çıxsa böyük ehtimalla bu sözlər deyiləcəkdi: “Maşallah, dəhşət dadı var”. Heç kim “halal olsun qarpızı seçənə. Bəxtiyara halal olsun, yaxşı qarpız seçib” deməyəcəkdi. Bu mənzərəni təsvir edən “Sənə yetişən hər bir yaxşılıq Allahdandır, sənə üz verən hər bir pislik isə özündəndir…” (ən-Nisa, 79) ayəsini xatırladı. Qarpız yaxşı çıxsa Allahdan, pis çıxsa Bəxtiyardan bilinəcəkdi. Bu paradoks həyatın bütün sahələrində keçərlidir.

Qarpız kəsilərkən qabığa yaxın yerlərdə qırmızılıq qalmayacaq şəkildə kəsilməsinin doğru olduğuna inanırdı. Boşqabı təmiz sıyıraraq Peyğəmbərin sünnəsinə riayət etməyi vərdiş edənlərin bu xüsusa diqqət etməmələrinin səbəbi nə idi görəsən? Səbəb qarpızın sudan ucuz olması idi, yoxsa Molla Nəsrəddin lətifəsində şüur altımıza yerləşən bəyliyə və zənginliyə həvəslənmə arzusu idi?

Lətifəyə görə Molla Nəsrəddin ulağıyla gedərkən bir ağacın altında qarpız kəsir. Qarpızı kəsərkən də qabığın üstündə qırmızılığı çox saxlayır ki, yoldan keçənlər “buradan varlı adam keçdi” desinlər. Bir müddət keçdikdən sonra isə susuzluğu artır və içməyə heç nə tapmadıqda bir az əvvəl atdığı qarpız qabıqlarının üstündə qalan qırmızı yerləri kəsib yeyir və öz-özünə “bu qabığı görənlər desin ki, bunu yeyən kasıb bir kəndli, qərib bir adam imiş” deyir. Bir az keçdikdən sora isə qabıqları da gəmirməyə başlayır və belə deyir: “qoy desinlər ki, buradan bir heyvan keçib, qabıqları da yeyib”…

Televizorda bitkilərlə müalicə haqqında bir həkimin danışdığını görüb kanalları dəyişdirməyə bir az ara verdi. Həkimin yaşıl rəngli nemətlərin faydasından bəhs edərək “göyərtini çox yeyin, süfrədən əskik etməyin, hətta qarpızın qabığını sürtgəcdən keçirib salata qatın” deməsinə güldü. Öz-özünə: “Dünya tarixi boyunca qarpızın içini insanlar, qabığını heyvanlar yediyi halda, bu gedişlə içi də, qabığı da tamamən insanlara qalacaq” -dedi.

Qara qitə Afrikadan (yalnız rəngləri deyil, bəxtləri də qara) İstanbula oxumağa gələn tələbələrin çeşmədə şırhaşır axan sulara heyrətlə baxdıqları və yemək bəyənməmə mənzərəsi qarşısında, zibilliyə atılan çörək və yeməkləri görüb çox təsirləndiklərini eşitmişdi. Qarpızın ortasını yeyib, qabığına yaxın yerlərdə qırmızılıq saxlayan uşağına “quzum, qarpızı afrikalılar kimi ye” dedi. Dediyi sözü anlaması üçün özü də bir az düşünməli idi. Əl boyda uşaq qarpızı, Afrikanı, afrikalını və afrikalının yeməyini necə başa düşəcəkdi axı?

Yadına böyüklər düşdü. İsraf etməmək məsələsində böyüklər çox yaxşı idilərmi ki, kiçiklər də yaxşı olsun? Buynuz qulağı keçər deyirlər. Düzdür. Pislikdə, şərdə, zülmdə, fitnədə, eqoizmdə buynuz qulağı elə keçir ki…

Qarpızın ən alçaq və rəzil şəkildə necə yeyildiyini işlədiyi məktəbdə görmüşdü. Yeməkxananın zibil qabında ortadan ikiyə bölünmüş və özəyindən bir az yeyilib atılan qarpızın çıxardılıb işçilərə göstərildiyinə və sonra bu sözlərin deyildiyinə şahid olmuşdu:

“Əgər evinizdə qarpızı belə yeyirsinizsə, burada da belə yeyin. Yox, əgər evinizdə belə yeməyib, burada belə yeyirsinizsə artıq deməyə sözüm yoxdur. Bu məktəbi bağçasındakı köpəyinə qədər sevib, işini görənləri Allaha əmanət edirəm. Məktəbə zərər verənlər üçünsə sadəcə bir şeyə gücüm çatır, o da Allaha həvalə etmək…”

Kursun qabağındakı gilas ağaclarına baxaraq sağında və solunda qovaq ağaclarının əkildiyi yolda gəzməyə başladı. Hava isti olsa da yağış damlaları düşməyə başlamışdı. “Mən dünyaya çörək yeməyə yox, gözəl sevməyə gəldim” sözünü düşündü. Öz-özünə “Mən dünyaya qarpız yeməyə gəlmədim, gözəl sevməyə gəldim. Gözəlin yanında qarpız bu Ramazanda necə də gözəl olar.” -dedi.

Yağışın güclənməsinə məhəl qoymadan üzünü Gözəlin doğulduğu və yaşadığı İstanbula çevirərək yoluna davam etdi. İstanbul minlərlə km. uzaqlıqda da olsa, bəzən o qədər yaxın gəlirdi ki. Qağayı çığırtıları, sanki nərə çəkən vapur siqnalları və qələbəliklərin çıxardığı gurultuları eşitməyərək dənizə baxan Sultantəpəyə doğru səssizcə yol almağa başladı…

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz