XOCALI

XOCALI

     26 fevral 1992–ci il Xocalı soyqırımı tarixin səhifələrinə qanlı hərflərlə yazıldı. Üstündən 20 il keçməsinə baxmayaraq ürək yaraları sağalmaq bilmədi...

     Adından göründüyü kimi, Azərbaycan xalqının soyunu kəsmək və onun əhali sayısını azaltmaq düşmənin ən başlıca məqsədlərindən biri idi. Azərbaycanın dilbər güşələri düşmən üçün əhəmiyyət kəsb edir.

     Zəngin torpağı və nadir iqlimi ilə dünyada tanınan Qarabağ tarix boyu gözəlliyi ilə bir çox millətləri özünə cəlb edib, bu səbəbdən dəfələrlə düşmən hücumuna məruz qalıb. Lakin Azərbaycanın ən çətin vaxtında Qarabağ torpağlarını ələ keçirtmək düşmən üçün fürsət oldu. Həmişə türk dövlətinin ən çətin anlarında ona arxadan zərbə vuran düşmənin milliyyəti ermənidir. Onların törətdikləri terror hadisələrinin içərisində ən dəhşətlisi isə Xocalı Soyqırımı sayılır. Ona görə ki, Xocalı terror qurbanlarının faciəli ölüm sərgisidir. Bu sərgiyə dünyanın hər bir ölkəsindən baxıb Azərbaycanın düşmən əlindən çəkdiyi əzablara şahid olurlar. Nədənsə dünya birliyinin vicdanı daşlaşmış insanları söz sahibi ola-ola hələ də susurlar. Xocalı haqqında düşünmək, yazmaq olduqca çətindir. Ona görə də fikrimi kövrək sözlərlə sizə çatdırmaq istəyirəm.

     O gecə saysız-hesabsız günahsız insan şəhid olmuş və yaralanmışdı. Əli silahsız və yeriməyə taqəti olmayan qocaları, uşaqları düşmən girov götürürdü. Onların burunlarını, qulaqlarını kəsərək eybəcər hala salırdılar. Aclıqdan, soyuqdan ölən insanların da sayı az deyildi. Göz görə-görə düşmən qəfil hücum edərək vətən torpağını ələ keçirirdi. Həmin vaxt mərd oğullarımız vətən üçün canından keçməyə hazır idi. Vətən həsrətini hiss edib orta məktəbdən qaçan, universiteti tərk edən, əli silah tuta bilən gənclər vətəni xilas etmək üçün valideynlərindən xəbərsiz yola düşürdü. Yurdundan, yuvasından didərgin düşmüş insanlara kömək etmək üçün tələsirdilər. Vətənin parçalanmasına razı olmayan həmvətənlərimiz düşmənlə mübarizə apırırdı. Həmin vaxt Xocalıdakı mənzərə çox dəhşətli idi. Körpə uşaqların diri-diri yandırılması valideynlərin ürəyinə sancılan oxa bənzəyirdi. Qız-gəlinlərin işgəncəli ölümü insanı sarsıdırdı. Düşmənin insanlıqdan kənar atdığı addımı insan öz təsəvvürünə sığışdıra bilmir. Xocalının hər bir qarış torpağı bezmişdi düşmən əlindən. Əvvəlki Xocalıdan əsər-əlamət qalmamışdı. Viran olmuş kənd və rayonlar xarabalıqlara çevrilmişdi. Hər evdə ölən, yaralanan, əsir düşən insanların qəmgin baxışları hiss olunurdu.

     Artıq düşmən öz arusuna çatıb. Xocalı torpaqlarına vəhşicəsinə girib, öz əli ilə xaraba etdiyi Xocalını özünə vətən sayır. Ah-naləli Qarabağ torpaqlarında xoşbəxt olacağına ümid bəsləyir.

     Bu gün vətən torpağı düşmən tapdağı altındadır! Düşmən bu torpaqları özünə qənimət sayır. Qarabağ torpağının üzərində saxta tarixi abidələr ucaldır. Azərbaycanın ayrılmaz bir parçasını özününküləşdirir. Qarabağı Ermənistanın ayrılmaz bir parçası hesab edir. Gələcək nəslinin nümayəndələrinə Xocalını, Şuşanı, Laçını, Ağdamı və Azərbaycanın bir sıra dilbər güşələrini ana vətəni kimi tanıdır. Hər nə qədər düşmən Qarabağ torpağını özününküləşdirsə də Azərbaycanda Qarabağ torpaqları unudulmur. Hər gün onun haqqında danşıqlıqlar aparılır. Biz var gücümüzlə çalışırıq ki, Qarabağ torpaqlarını düşmən tapdağından azad edək. Sözsüz ki, düşmən o vaxt Qarabağ torpağını ələ keçirmək fürsətini əldə etdi. Çünki Azərbaycan yeni qurulan bir respublika olduğu üçün həmin vaxtlarda ölkə daxilində və xaricində düşmən təzyiqinə məruz qalırdı. O ərəfələrdə dostu düşməndən seçmək çətin idi və hakimiyyətin içərisində vətən xainləri gizlənirdi. Sonradan haqq yerini tapdı, Azərbaycanın vətənpərvər oğulları bu cür insanları vətən xaini kimi ittiham etdi. Vətən xaini kimi tanınan insanlar vəzifələrindən uzaqlaşdırıldı. Torpaqlarından didərgin düşmüş insanlara xalqımız sahib çıxdı və onlara əlindən gələn köməkliyi əsirgəmədi.

     Bu gün Azərbaycanın güclü ordusu və iqtisadi inkişafı göz qabağındadır. Daha elə bir  düşmən qüvvəsi yoxdur ki, onu sarsıtsın. Ölkəmizdə gedən inkişaf bunun açıq nümunəsidir. Azərbaycan təbii sərvəti və zəngin torpaqları ilə bir çox tanımış ölkələrdə nüfuz sahibidir. Aparılan danışıqlar və bir çox ölkələrlə qurulan əlaqələr Qarabağın azadlıqı üçün atılan addımlardır. Günü-gündən düşmənin narahatçılığı hiss olunur. Ona görə ki, bir vaxtlar törətdiyi cinayətlərin qisası alınır. Səngərlərdə vətən keşiyində dayanan əsgər və zabitlər öz igidlikləri ilə düşməni məyus edirlər. Mübariz İbrahimov kimi vətənpərvər oğullarımızın düşməndən intiqam alması xalqımızı sevindirir. Ümüd edirik ki, tezliklə Qarabağ torpaqları azad olunacaq və Qarabağ səmasında yenidən azan səsləri eşidiləcək. Xocalı heç biz zaman xalqımızın yaddaşından silinməyəcək.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz