Həzrət Peyğəmbərin Gündəlik Duaları

Həzrət Peyğəmbərin Gündəlik Duaları

     Yuxudan oyananda oxunan dua

     “Əlhəmdu lilləhilləzi əhyənə bə’də mə əmətənə və ileyhin-nuşur – Bizi öldürdükdən sonra dirildən Allaha həmd olsun. Dönüş Onadır". (Buxari, 11/96) 

     Hər səhər oxunan dua

     “Allahummə bikə əsbəhnə və bikə əmseynə və bikə nəhyə və bikə nəmutu və iləykən-nuşur – Allahım, Sənin köməyinlə səhərə çıxdıq, Sənin köməyinlə axşama çıxdıq, Sənin köməyinlə yaşayırıq və sənin köməyinlə ölürük və (qiyamətdə) dönüş Sənədir. (Əbu Davud: 5067) 

     Hər axşam oxunan dua

     “Allahummə bikə əmseynə və bikə əsbəhnə və bikə nəhyə və bikə nəmutu və iləykəl-məsir – Allahım! Səninlə axşama çıxdıq, Səninlə səhərə çıxdıq, Sənin köməyinlə yaşayırıq və Sənin qüdrətinlə ölürük. Dönüş yalnız Sənədir. (İbn Macə, Dua: 14)

     Yeməkdən sonra oxunan dua

     “Əlhəmdu lilləhilləzi ət`amənə və səqanə və cəalənə müslimin – Bizi yedirdən və içirdən və bizi müsəlman yaradan Allaha həmd olsun”. (Əbu Davud, Ətimə: 15)

     Paltar geyinəndə oxunan dua

     “Əlhəmdu lilləhilləzi kəsəni həzə və razəqanihi min ğayri havlə minni və lə qüvvə – Gücüm çatmadığı halda məni geyindirən və mənə ruzi verən Allaha həmd olsun”. (Tirmizi, Dəavat: 107)

     Məscidə girərkən oxunan dua

     “Bismilləh vəs-salətu vəs-sələmu alə rasulilləh. Allahumməğfirli zunubi vəftəh li əbvəbə rahmətik – Allahın adı ilə. Peyğəmbərə səlat və salam olsun. Allahım, günahlarımı bağışla və mənə rəhmət qapılarını aç”. (Müslim, Müsafirin, 6)

     Məsciddən çıxarkən oxunan dua

     “Bismilləh vəs-salətu vəs-sələmu alə rəsulilləh. Allahummə inni əs`əlukə min fədlikə. Allahummə ə`simni minəş-şeytanir racim – Allahın adı ilə, Peyğəmbərə salət və salam olsun. Səndən fəzilət istəyirəm. Allahım, məni qovulmuş şeytandan qoru” (Buxari, Təhəccüd, 25).

     Ayaqyoluna girərkən oxunan dua

     “Allahummə inni əuzu bikə minəl-xübsi vəl-xabəis – Allahım, pis və pisliklərdən Sənə sığınıram” (İbn Macə, Təharət, 9).

     Ayaqyolundan çıxarkən oxunan dua

     “Ğufranəkə, əlhəmdu lilləhilləzi əzhəbə annil-əza və afəni – Allahım bağışla! Mənə əziyyət verən şeyləri yox edən və faydalı şeyi bəxş edən Allaha həmd olsun” (İbn Macə, Təharət, 10).

     Güzgüyə baxarkən oxunan dua 

     Əlhəmdu lilləh. Allahummə kəmə həssəntə xalqi fəhassin xuluqi – Allaha həmd olsun. Allahım! Mənim yaradılışımı gözəl yaratdığın kimi əxlaqımı da gözəl et” (İbn Sünni, əl-Əzkar, 270)

     Asqıranda 
     Asqıran şəxs: اَلْحَمْدُ لِلّهِ “Əlhəmdu lilləh - Allaha həmd olsun”- deyər. Bunu eşidən də: يَرْحَمُكَ الله - Yərhəmukəllah- Allah sənə rəhm etsin- deməlidir. Asqıran adam ona cavab olaraq: يَهْدِينَا وَ يَهْدِيكُمُ الله  “Yəhdinə və yəhdikumullah - Allah bizə və sizə hidayət versin" və ya "Yəhdikumullahu və yuslihu bələkum- Allah sizi doğru yola yönəltsin və işlərinizi avand etsin”- deməlidir (Buxari, Ədəb, 125).

     Miniyə minərkən oxunan dua 
     (Əvvəlcə bismillah çəkilir, üç dəfə təkbir gətirilir. Sonra: 

     “Subhənəlləzi səxxara lənə həzə vəmə kunnə ləhu muqrininə və innə ilə rabbinə limunqalibun – Bunları bizə ram edən Allah pakdır, müqəddəsdir! (Əgər Allahın köməyi olmasaydı) bizim onlara gücümüz çatmazdı. Həqiqətən, biz (öləndən sonra) Rəbbimizin hüzuruna qayıdacağıq!” (Zuxruf, 13-14).

     Evə girəndə oxunan dua 

     “Allahummə inni əs`əlukə xayral-məvlici və xayral-məxrici bismilləhi vələcnə və bismilləhi xaracnə və aləllahi rabbinə təvəkkəlnə - Allahım, hər dəfə girib-çıxanda səndən xeyir diləyirəm. Allahın adı ilə evə girib, Allahın adı ilə çıxarıq və Rəbbimizə təvəkkül edirik” (Əbu Davud, Ədəb, 112).

Evdən çıxanda oxunan dua 

     “Bismilləhi təvəkkəltu aləllah. Lə havlə və lə quvvətə illə billəhil aliyyil azim – Allahın adı ilə Allaha təvəkkül edirəm, əzəmətli və uca Allahdan başqa heç bir güc və qüvvət sahibi yoxdur (Tirmizi, Dəavat, 34).

     Yatanda oxunan dua 

     “Bismikəllahummə əmutu və əhyə – Allahım, Sənin adın ilə ölürəm və dirilirəm” (Buxari, Dəavat, 7)

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz