XOCALI QƏTLIAMI

XOCALI QƏTLIAMI

Yer: Azərbaycan / Xocalı

Zaman 26 fevral / 1992

Əlləri arxadan ağaca bağlanmış hamilə bir qadının başının üstünü kəsdirən iki erməni püşk atırdı. Bu qanlı qumarı təxminən 100 il bundan əvvəl Anadolu torpaqlarında, Qarsda, Ağrıda, Vanda, Ərzurumda da oynamışdı ataları. Onlardan eşitmişdilər. Qarnı burnunda çarəsiz halda olan azərbaycanlı qadının doğum vaxtına az qalmışdı. Biçarə xəzan yarpağı kimi tir-tir əsirdi. Paltarları cırılmış, ayaqları yalın idi...

Boyda digərindən uzun olan erməni qulduru əlindəki AK-47 model silahının lüləyinə keçirilmiş bıçağı çıxardarkən o biri cani dəmir pulu havaya atdı:

- Axçik, manç? (Qız, yoxsa oğlan?)

- Axçik... (Qız)

Bu cavabdan sonra “oğlan” deyərək bəhsə girən erməni əlindəki bıçaqla hamilə qadının qarnını bir həmlədə yarıb körpəni çıxartdı. Qan örtmüş gözləri uşağın qasığına dikildi.

- Sən qazandın...

- Mən qazandım, amma çox balacadır, onu necə bəsləyəcəyik?

- Əlbəttə ki, anası bəsləyəcək.

Bu zaman alçaqboylu erməni süngüyə keçirdiyi körpəni anasının sinəsinə yapışdırdı və belə dedi:

- Tez ol uşağa süd ver...

...Elə bu zaman Xocalının başqa bir küçəsində futbol oynamağa hazırlaşırdılar. Kəsilmiş iki qadının başını qapı dirəyi etmişdilər. Top axtarırdılar. Bir neçə gün əvvəl başı qırxılmış bir uşaq gətirdikləri zaman quldur dəstəsi sevinclə qışqırdı:

- Bu lap yerinə düşdü. Həm keçəldir, həm də kiçik. Yaxşı yuvarlanar. Qopardın.

Bir anda zavallı uşağın gövdəsi bir tərəfə, başı bir tərəfə düşdü...

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz