ALLAHI MURAD ETMƏK

ALLAHI MURAD ETMƏK

 Uca Allah Qurani-Kərimdə buyurur:

“İnsanlar içərisində Allahdan qeyrilərini (Allaha) şərik qoşub onları Allahı sevən kimi sevənlər vardır. Halbuki iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir.” (əl-Bəqərə, 165)

İlahi muradın əsəri olan insan övladı bu muradın incə təbiətinə nüfuz edə biləcəkruhani qabiliyyətləri ilə yaradılış meydanında üzərinə qoyulan məsuliyyət yükünü çəkə biləcək bütövlüyə sahib olan bir varlıqdır. Uca Rəbbimiz tərəfindən: “Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları) sizə ram etdiyini, aşkar və gizli nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?..” (Loğman, 20) şəklində əhatə dairəsinə sərhəd qoymağın az qala imkansız olduğu bu məsuliyyət yükünü layiqincə qiymətləndirmək və onu çəkmək ilahi yardımı hər an əhatəli ölçüdə murad etməklə mümkündür. Qurani-Kərimdə adları çəkilən peyğəmbərlərin tövhid mücadiləsinin hər anında Allahı kamil şəkildə murad etmənin , Ona yönəlmənin və Onunla bərabərlik mühitində nəfəs alıb-vermənin vacibliyi öz aşkarlığı ilə seçilməkdədir. Yerlərin və göylərin yüklənməkdən çəkindiyi əmanət ilə yüklənən Adəm övladının bu vəzifənin öhdəsindən gəlməsi yeganə dayağı və əbədi muradı olan Allaha dərin bir sevgi bağları ilə sarılma dərəcəsindən çox asılıdır. Bu bağlılığın ümmətinin qəlb yaddaşında daim hiss ediləcək və yaşanacaq bir həyat düsturu şəklində yerləşdirilməsinə çalışan Allah Rəsulu (s.ə.s) dualarında Allah-Təalanın məhəbbətini tələb edərək bunun önəmini belə vurğulamışdır:

“Allahım! Səndən məhəbbətini, Səni sevənlərin məhəbbətini və Sənin sevginə yetişdirəcək əməli tələb edirəm. Allahım! Sənin məhəbbətini mənə nəfsimdən, ailəmdən, malımdan və soyuq sudan daha sevimli et!” (Tirmizi, Dəavat, 72/3490)

İlahi yardımın murad edilməsi peyğəmbərlik məsuliyyətinin yerinə yetirilməsində son dərəcədə həyati əhəmiyyətə malik bir vəzifə olduğundan Allah Rəsulu dualarında bu yardımın istənmə şəklini açıqlayaraq qul ilə Rəbbi arasında mövcud olan bütün mənəvi boşluqların doldurulmasına can-dildən çalışdığı gözlər önündədir:

“Allahım! Məni Sənin məhəbbətinlə və sevgisi Sənin qatında fayda verəcək olan kimsənin məhəbbəti ilə ruziləndir. Allahım! Mənəehsan etdiyin və mənim də sevdiyim nemətləri, Sənin sevdiyin və razı olduğun əməlləri işləyə bilmək xüsusunda bir qüvvət et. Allahım! İstədiyim halda mənə vermədiyin şeyləri də zehnimi Sənin sevdiyin şeylərlə məşğul etməmə və tamamən Sənə itaətə yönəlməmə bir səbəb qıl!” (Tirmizi, Dəavat, 73/3491)

Rəsulullahın “(YaRəsulum) insanları hikmətlə, gözəl öyüd-nəsihətlə Rəbbinin yoluna dəvət et!” (ən-Nəhl, 125) ayeyi-kəriməsinin nuruna bürünən qəlb aləmindən dalğalanan rəhmət kəlamları ilahi izinlə Allahı murad etmə yolunun cığırlarını açan bir çağırışdır. Rəsulullahın və ona tabe olanların qidalandığı ilahi kəlamın məna iqlimindən böyük bir məsuliyyət yükünə sahib olan insan övladına edilən çağırışlarda dünya həyatının dəyərləndirilməsi zamanı buraxılan səhvlərin acı aqibəti mənəviyyatımızı silkələyəcək ölçüdə verilir:

“Ey insanlar! Etdiyiniz zülm, haqsızlıq fani dünya malı kimi öz əleyhinizədir. Sonra hüzurumuza qayıdacaqsınız. Biz də nə etdiklərinizi sizə xəbər verəcəyik. Həqiqətən dünya həyatı göydən endirdiyimiz yağmura bənzər ki, onunla yer üzərində insanların və heyvanların yeyəcəyi bitkilər yetişib bir-birinə qarışar. Nəhayət yer üzü bəzəklənib süsləndiyi və sakinləri də (məhsulunu) yığmağa qadir olduqlarını zənn etdikləri vaxt gecə, yaxud gündüz əmrimiz gələr və Biz onu dünən üzərində bol məhsul olmamış kimi bir hala gətirərik. Biz ayələrimizi düşünən bir ümmət üçün belə ətraflı izah edirik.” (Yunus, 23-24)

Təbiidir ki, insan övladınınbelə birçətin və rəzil vəziyyətə düşməməsi üçün Uca Allahın İslam ümmətinə əta etdiyi təqva ərləri Rəsulullahın qəlb çırpıntılarını bəşər övladlarına xüsusi bir incəliklə ərz etmə yolunda yorulmadan çalışmış və indi də çalışmaqdadır. Onların görüşlərini içdən gələn bir istəklə dinləmək və həyatımıza tətbiq etməyə səy göstərmək mümkün təhlükələrdən qorunmağa yönələn tədbirlərin ən əlverişlisi ola bilər. Haqq dostu Musa Topbaş bəyəfəndi bu haqda belə buyurur:

“İnsan iki qisimlə əhatələnmişdir. Cəsəd olan ilk qisim ət, qan, sümük və sairədən meydana gəlmişdir. Allah-Təala bu tərəfə çox da əhəmiyyət verməmişdir. Rəbbimizin əhəmiyyət verdiyi cəhət mənəvi xüsuslar, yəni ikinci qisim olan ruh tərəfimizdir. Mənəvi xüsuslarımızı islah etməyə səy göstərəcəyik. Bu yolda diqqət edib təkamül etdikcə Allah-Təala bizə bütün məxluqata qarşı bir şəfqət, məhəbbət verir. Zatən bir insanın məxluqata qarşı şəfqəti yoxdursa, o insan çox zəifdir. Həm Haqqın qulu olsun, həm Haqq yolunda olsun, həm də Allah-Təalanın qullarına mərhəmət etməsin, heyvanlara, hətta günahkarlara qədər - o, natamamdır.”

Allaha qulluq həqiqətini zədələyən bu natamamlığı yox edəcək bir ruhi dərinliyə sahib olduğumuz təqdirdə göylərin və yerlərin yüklənməkdən çəkindiyi o böyük əmanətə qarşı davranış vəzifəmizi anlaya və həyata keçirə bilərik.

“Ey iman gətirənlər! Allahdan qorxun! Ona (Onun rəhmətinə və lütfünə) qovuşmaq üçün vəsilə axtarın. Allah yolunda cihad edin ki, nicat tapasınız.” (Maidə, 35) -deyə səslənən Rəbbimizin hər bir çağrısına inanılmaz bir həssaslıqla yanaşan və Rəbbimizi murad etmədə əbədi bərabərlik və yaxınlıq iqliminə nail olan peyğəmbərlər, siddiqlər, salehlər və şəhidlərlə əbədi qonşuluğa nail olma ümidi ilə Rəbbimizə yönələrək muradımızı Ondan diləyirik:

“Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən sonra ürəklərimizə şəkk-şübhə salma. Bizə Öz tərəfindən bir mərhəmət bəxş et. Çünki Sən həqiqətən bəxş edənsən.” (Ali İmran, 8) Amin!    

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz