ƏXLAQI OLMAQ Kimə, nəyə və necə?

ƏXLAQI OLMAQ Kimə, nəyə və necə?

Məna baxımından əxlaq xulq sözünün cəmi olub; xasiyyət, məziyyət, xarakter toplusudur. Əxlaq yaxşı və pis olmaqla iki qismə ayrılır. Biz pis əxlaqa əxlaqsızlıq da deyirik. Əxlaqi dəyərlərin yüksək olması toplumların, ümumilikdə bütün dünyanın rifahını təmin edir. Yalnız ilahi vəhylə dəstəklənmiş əxlaq qaydaları doğrudur və insanlıq üçün faydalı sayılır. Əxlaq insanın özünə, ailəsinə, yaxınlarına, ətrafındakı insanlara, hətta heyvanlara, bütövlükdə Allahın yaratmış olduğu bütün məxluqata qarşı necə davranacağını nizama salan bir dəyərdir. 

Müqəddəs kitabımız Qurani-Kərimdə buyurulduğu kimi insan başıboş buraxılmamışdır və heç kim özünü başıboş zənn etməməlidir. Kim öz həyatını ilahi nizam çərçivəsində nə qədər yaşayırsa, məhz bir o qədər əxlaqlıdır. Elə buna görə də əxlaqi dəyərlər baxımındna insanlığın ən öndə gedəni, birbaşa Allah tərəfindən əxlaqı tərif edilən insan Rəsuli-Əkrəm (s.ə.s)-dir. Onun üçün Qurani-Kərimdə “Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən!” (əl-Qələm, 4) buyurulmuşdur. Həzrət Peyğəmbər də bunu bir hədisində “Məni Rəbbim tərbiyə etdi və əxlaqım gözəl oldu” şəklində ifadəe tmişdir. Onun əxlaıqna dair tez-tez misal gətirilən Hz. Aişənin bir sözü var: “Onun əxlaqı Quran idi”. Məhz bu kriter bir az əvvəl qeyd etdiyimiz gözəl əxlaqın ilahi nizama tabe oluşumuzun nisbətində mümkünlüyü fikrini dəstəkləyir.

Hz. Peyğəmbər hədislərindən birində buyurur: “Peyğəmbərlərin (insanlara) söylədiyi ilk sözlərdən biri də “utanmırsansa istədiyini et” olmuşdur.” Buradan görürük ki, həya və utanma duyğusu insanları əxlaqlı olmağa sövq edir. həya pərdəsi yırtılmış bir insandan əxlaqlı olmağı gözləmək tamamən yersizdir. İnsanlıq şüurunda olan insan kimə qarşı əxlaqlı olacağını dərk edəndir. İnsna ilk növbədə onu yaradan Uca Allah qarşısında əxlaqlı davranmağın zəruriliyini dərk etməli və buna uyğun həyat sürməlidir. Bunun nümunələrini peyğəmbərlərdə və Haqq dostlarında kifayət qədər görməkdəyik. Allaha qarşı əxlaq sahibi olmaq Onun əmr və qadağalarına riayətlə başlayır. Bunun ən zirvəsi isə ehsan duyğusuna sahib olaraq, insanlara qarşı edilməsi xoş olmayan hərəkətləri tək qaldıqda da etməməklə gerçəkləşir. Davudi-Tai həzrətləri bir dəfə belə buyurdu: “İyirmi il Əbu Hənifə həzrətləri ilə birlikdə oldum. Bu zaman ərzində diqqətlə həyatını izlədim. O mübarək insan nə tək olanda, nə də yanında başqaları olduqda əsla başıaçıq oturmadı. Heç vaxt istirahət edərkən ayaqlarını uzatmadı. Bir gün özündən soruşdum:

“- Tək olarkən ayaqlarınızı uzatmaqda bir eyib varmı?”

Mənə belə cavab verdi:

“- Uca Allahın qarşısında ədəbli olmaq daha üstündür.”

Nə qədər də böyük bir söz. Bu söz sahibinin əxlaq və ədəbinə heyran qalmamaq əldə deyil!..

Allaha qarşı əxlaqlı olmaqdan sonra Onun Rəsuluna qarşı ədəb-ərkana riayət gəlir. Belə ki, Qurani-Kərimdə Allah-Təalanın Rəsulullahla münasibətdə, tabe olunacaq əxlaq normativlərindən söz açan ayələr vardır. Bu ayələr əsri-səadət dövründə yaşayan insanlara şamil olduğu kimi, bizi də əlaqələndirir. Çünki Quranın başqa bir ayəsində “Bilin ki, aranızda Allahın Rəsulu var” (əl-Hucurat, ) buyurulmaqda və burada zaman ifadə edilmir. Hər zaman möminlərin özlərini Rəsulullahın yanında hiss etməsi aşılanır.

Allah ən gözəl tərbiyəçi, Rəsulullah da ən gözəl nümunədir. İslami tərbiyə bu qayda üzərində qurulmuş və insanın bütün məxluqata qarşı ölçülü davranması əmr olunmuşdur. İslama mənsub olan bizlər hətta Allahın məxluqatından olan heyvanlarla münasibətdə diqqət ediləcək xüsusların olduğunu dərk edərək ilahi əxlaqla əxlaqlanmağa cəhd etməliyik. Çünki əxlaq və ədəb insanın dünya və axirət səadətini təmin edən ən vazkeçilməz ünsürlərdir. Boşuna deyilməmişdird ki;

“Ədəb bir tac imiş nuri-Xudadan

Gey o tacı, əmin ol hər bəladan.”

Bu gün cəmiyyətlərdə get-gedə əxlaqi dəyərlərin erroziyaya uğradığını və əxlaqsızlığın vüsət tapdığını müşahidə edirik. Dünyanın qloballaşması ilə insanlararası əlaqələrin asanlaşması və dünyanın harasında yaşamasından asılı olmayaraq hər kəsin öz fikrilərini, sahib olduğu milli-mənəvi dəyərləri digər insanlara, hətta bütün dünyaya asanlıqla nümayiş etdirə bilməsi mümkün hala gəldi. Bundan istifadə edərək digər insanlara öz həyat tərzini aşılamağa çalışan şəxslər mövcuddur. Hər kəsin öz qabındakını sadəcə qonşusuna deyil, digər insanlara təqdim edə bildiyi bir dünyada yaşayırıq. Buna görə öz milli-mənəvi dəyərlərimizi, İslam əxlaqımızı doğru təmsil etməli, insanlara müsəlman şəxsiyyəti modeli olmalıyıq.

PAYLAŞ:                

Nurlan Məmmədzadə

Baş Redaktor

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz