MÜBARƏK ÜÇ AYLAR
“Allahım! Rəcəb və Şabanı haqqımızda xeyirli və mübarək qıl və bizi Ramazana qovuşdur”
İslami aylar, yəni hicri təqvim ayları Məhərrəm ilə başlayır, ilin son ayı olan Zilhiccə ilə də sona çatır. İslam mədəniyyətinə, adətinə “üç aylar” adı ilə girən və yüz illərdir bir ibadət, feyz və xoşbəxtlik iqlimi olaraq qəbul olunan bu aylarlar Rəcəb, Şaban və Ramazan aylarıdır.
Dini mənada “şuhuru-sələsə” yəni üç aylar olaraq bilinən bu mövsümün girməsiylə birlikdə müsəlmanları tam fərqli bir hava bürüyür. Çünki bu aylar ilahi rəhmətin coşduğu aylardır. Digər vaxtlarda yaxşılıq və ibadətlərə on savab verilirsə, Rəcəb, Şaban və Ramazan aylarında getdikcə yüksələn bir ölçüdə qat-qat savab verilməkdədir.
Bu aylar səmimi qulların əfv və məğfirətlə mükafatlandırılacaqları mübarək zamanlardır. Xüsusilə Rəcəb və Şaban ayları on bir ayın sultanı olaraq tanınan Ramazan ayına hazırlıq dövrüdür. Ramazan ayı isə fəzilət ayıdır, yoxsullara yardım ayıdır. Günahlardan təmizlənmə, Allaha qul olma zövqünü dadma və hər cür mənfiliklərdən sıyrılıb təmizlənmə ayıdır.
Bu aylar müsəlmanın mənəvi qazanc zamanlarıdır, xüsusilə bu aylarda edilən səmimi dualar və ibadətlər Uca Allah tərəfindən qəbul edilər. Çünki Allah-Təala: "Mənə dua edin ki, dualarınızı qəbul edim." (Mumin, 60) buyurmuştur.
Düşünülə bilər, digər vaxtlarda edilən duaları Allah qəbul etmirmi ki, bu günlərdə dua, tövbə və s. qəbul edir deyilməkdədir?
Həftənin müəyyən günündə bəzi yerlərdə qurulan bazarlar olur və insanlar hər cür ehtiyaclarını oradan təmin edirlər. O gün səhərdən axşama qədər bazarın ucuzluğundan istifadə etmək mümkündür. O gün həmin bazarlara getməyənlər bir həftə gözləmək məcburiyyətindədirlər. Çünki bazar bir günlük qurulmuşdur. Eyni şəkildə üç aylar da bir növ ildə bir dəfə qurulan və axirət ticarətinin edildiyi bazarlardır. İstifadə etməyi bacaranlar bu aylarda böyük qazanclar əldə edərlər, axirətə aid əməllərini bu vaxtlarda daha da artırarlar. Bu ayların və bu aylarda mübarək gecələrin böyük həvəslə əhya edilməsi bu baxımdan əhəmiyyət qazanmaqdadır.
İçində Rəqaib, Merac, Bərat və Qədr gecələrinin yer aldığı Rəcəb, Şaban və Ramazan aylarından meydana gələn mənəviyyat mövsümünün dini həyatımızda xüsusi bir yeri vardır. Kin və nifrətin unudulduğu, hər kəsin özünü mənən güvən içində hiss etdiyi, Peyğəmbərimizin “Allahım! Rəcəb və Şabanı haqqımızda xeyirli və mübarək qıl, bizi Ramazana qovuşdur” duaları ilə də iltifat etdiyi bu üç aylar mübarək gecələrlə nurlanmış; namaz, oruc, zəkat və sədəqə kimi ibadətlərlə bəzənmişdir.
Üç aylar pisliklərə bulaşmanın azaldığı, yaxşılıq, xeyir və duaların artdığı, yardımlaşma duyğusunun canlandığı, qəlbləri dincəldən Ramazani-Şərifin də içində olduğu bir iqlimdir.
Həzrət Peyğəmbərimiz: “Beş gecə vardır ki, onlarda edilən dualar qəbul olar. Bunlar; Rəcəb ayının ilk gecəsi, Şaban ayının on beşinci gecəsi, Cümə və Bayram gecələridir” buyurmuşdur.
Bu iki ay Ramazana qədər bizim üçün, Ramazana hazırlıq ayı olmalıdır. Çünki Ramazan gecəsi və gündüzü ilə bir ibadət ayıdır. Belə bərəkətli bir ay üçün hazırlıq etmək lazımdır. Gələcəyi bilinən mötəbər bir qonaq üçün yüksək hazırlıq edildiyi kimi, çox dəyərli bir qonaq qədər əziz olan Ramazan üçün də hazırlıq etmək lazımdır.
Üç aylar içərisində qeyd olunan bu mübarək gecələrə bəzən “qəndil gecələri” deyilməkdədir. “Qəndil” deyilməsi; Osmanlı padşahı II Səlim dövründə (1566-1574) bu mübarək gecələrdə məscidlər işıqlandırılıb minarələrdə qəndillər (işıqlar, şamlar) yandırılaraq qeyd edilirdi. Ona görə də bu gecələrə “qəndil gecələri” də deyilməyə başlandı.
ŞƏRHLƏR