HƏYAT DƏFTƏRİNDƏN

HƏYAT DƏFTƏRİNDƏN

ANA KİMİ YAR

Bir vəzir padşahın qarşısında xətrinin qırılmayacağına inanaraq belə bir xahiş edir:

Sultanım, mənim iki həyat yoldaşım var, hərəsindən də üç uşağım var. Həyat yoldaşlarımın hansının analıq duyğularının daha qüvvətli olduğunu bilmirəm. Malımı da buna görə vəsiyət etmək istəyirəm. Onları bu mövzuda sınağa çəkə bilərsinizmi?

Padşah vəzirini sevdiyi üçün razı oldu. Yoldaşlarından birini çağırır və belə deyir:

Ey xanım, mənim vəzirim olan sənin yoldaşın saraydan başqa bir qadına vurulub. Bunun cəzası əslində ölümdür Amma sən yoldaşını bağışlasan, edam olunmasından vaz keçib onu sevgilisiylə bərabər sürgün etdirəcəyəm.

Bunu eşidən qadının gözləri intiqam alovu ilə yanır:

“Xeyr, istəmirəm, mənə  yar olmayan başqasına da yar olmasın! Asın, ipini də mənə çəkdirin!”

Padşah daha sonra vəzirin obiri yoldaşını çağırıb ona da eyni şeyi söyləyir. Vəzirin ikinci yoldaşı tam tərsinə:

“Aman sultanım, mən ərsiz qalmağa razıyam, amma uşaqlarım atasız qalmasın, edam yerinə sürgün edin, heç olmasa uşaqlarım atalarıyla bir gün qovuşma ümidini itirməsinlər” deyə cavab verir

 

Əyri minarə

Süleymaniyyə məscidinin tikintisi bitib, ibadətə açılacağına bir neçə gün qalmışdı. O gün gəlincə İstanbulun hər tərəfindən bu bənzərsiz tikilinin açılışına qatılmaq üçün insanlar axın-axın gəlməyə başlayırdılar. Hər kəs heyranlıqla bu möcüzəni seyr edirdi. Fəqət seyr edənlər içində olan bir uşaq, “Bu minarəyə baxın! Necə də əyridir” deyə bağırırdı. Hərkəs uşağın dediyi minarəyə baxır ancaq hər hansı bir əyrilik görmürdülər. Uşağın dediyi bu söz Memar Sinanın qulağına qədər gedib çatır. Memar Sinan həmin uşağın yanına gəlir və ona: “Övladım, hansı minarə əyridir? mənə  göstər” deyir. Uşaq da “Bu” deyə minarələrdən birini göstərir. Memar Sinan cəld ustalarını çağıraraq ipləri minarəyə bağladıb yuxarıya tərəf çəkməyə başlayırlar, uşağa da, “Balam, bax bu minarənin əyrisini düzəldirəm, diqqətlə bax, əyrilik düzələndə mənə xəbər et” dedi. Adamlar sanki ipi çəkirlərmiş kimi hərəkət etməyə başladılar. Uşaq bir az sonra “Oldu, minarənin əyrisi düzəldi” deyə qışqırdı. İşçilər çəkmə işini qurtarıb ipləri açdılar. Bayaqdan bu işləri qıraqdan izləyən memarın ustalarından biri hərkəsi maraqlandıran sualı Memar Sinana yönəldir:

Hörmətli memarımız, siz hər kəsdən də daha yaxşı bilirsiniz ki, minarədə əyrilik yoxdu. O halda nə üçün düzəltməyə qərar verdiniz?

Memar Sinanın cavabı belə olur:

Mən də bilirəm ki, minarədə əyrilik yoxdu. Amma uşağın beynindəki “əyri minarə” qənaətini özbaşına qoya bilməzdim. Bu yola əl atdım ki, uşağın beynindəki “əyri” qənaəti silinsin. Yoxsa hər yerdə uşaq minarənin əyri olduğunu söyləyər, sonra həqiqətən minarənin əyri olduğuna dair yanlış bir inanc yayılar.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz