Oddan doğulanlar
Saatin qəfil zəngindən ayılan Elxan bir müddat yerindən tərpənmədi. Yarımçıq
qalmış yuxusunu xatırlamağa çalışdı. Yenə də uşaq idi va doğma kəndlərində bütün ailə süfrə arxasında oturmuşdu. Atasını son vaxtlar çox az-az görürdü Ailənin bir yerə yığılması nadir hadisə idi. Atası və tanıdığı bütün kişilər artıq bir ildən çox idi ki, günlərini kəndin ətrafında keçirir, kəndi yaraqlılardan qoruyurdular. Son vaxtlar atası çox dəyişmişdi. Evdə az olduğundan çox vaxt üzü tüklü olurdu. Rangi də deyasan bir az qaralmış, arıqlamışdı. Çox vaxt fikirli olurdu. Bu gün isə bir yerdə idilər. 2 yaşlı bacısı atasının qucağında oturmuşdu və oradan heç düşənə oxşamırdı. O gün bu kiçik ailə xoşbəxt idi. Hamı bir yerdə idi...
Elxan yaşarmış gözlarini lap uşaqlıqdakı kimi əlinin içi ilə silib burnunu yüngülcə çəkərək yerindan qalxdı. Qapıya vurulmuş va asılqanı əvəz edən mismardan dasmalı götürüb dəhlizin lap axırında yerləşən və bu mərtəbədə yaşayan sakinlərin istifadə etdiyi əl-üz yuyulan otağa getdi. Hələ də yuxusunun təsirindən ayrılmamışdı. Anası kiçik stolun üstünə çörək, yağ, pendir qoymuşdu. İçəri girən kimi anası stəkanına çay süzdü. Heç iştahası olmasa da anasının ürəyini sındırmaq istəmədi. Zorla bir-iki tikə yeyib ayağa qalxdı. Qapının yanındakı bir qapısı olmayan paltar dolabına yaxmlaşdı. Yanğınsöndürənlərə məxsus geyimini götürüb geyindi. Dolabın yan taxtasına vurulmuş kiçik güzgüyə baxaraq gülümsəməyə çalışdı. Qəfil güzgüdən ona qayğılı-qayğılı baxan anasını gördü və tez üzünü ona tərəf çevirib soruşdu:
- Nə olub, ana? Mənə niyə elə baxırsan?
- Heç, ay bala, səni fikirli gördüm ona görə. Bəlkə işin xoşuna gəlmir?
- Nə danışırsan ay ana? Özün bilirsan ki, yanğmsöndürən olmaq mənim çoxdankı-lap uşaqhq arzum olub. İşim çox xoşuma gəlir. İş yoldaşlarım da, bölma rəisimiz də çox mehriban, qayğıkeş insanlardır. Sadəcə, bu gecə yenə də kəndimizi, evimizi görmüşəm.
Qahar onu boğdu. Aanasına yaxınlaşıb onu bərk-bərk qucaqladı, bir az əyilib uşaqlıqdakı kimi başını anasının sinəsinə söykəyib əlava etdi:
- Onları da, atamı, bacımı...
Başını qaldırıb altdan-yuxarı anasının üzünə baxdı.
Anasının da gözləri dolmuşdu. Özünü ələ alıb anasından ayrıldı.
- Ana, fıkir eləmə tezliklə kəndimizə qayıdacağıq. Daşları da yanmış evimizin Yerində yaxşı ev tikəcək ömrümüzü orada başa vuracağıq.
Təkcə sən fikir eləmə. Axı mənim səndən başqa kimim var ki? Yaxşı, man getdim. Anasının üzündən öpüb tələsik qapıdan çıxdı. Arxadan anasının mehriban şəsi gəldi: - Özündan muğayat ol, bala. Allah amanatı!
Elxan üç ay olardı ki, yanğından mühafızə idarəsində yanğınsöndürən işləyirdi. Bu, onun çoxdankı arzusu idi. Hələ 3-4 yaşı olardı. Atası Şuşadan onun üçün qırmızı rəngli bir maşın almışdı. Maşının üstündə nərdivan da vardı. O heç vaxt belə maşın görməmişdi. Atasının üstünə sualı sual dalınca yağdırdı. Maşın niyə qırmızıdır? Nərdivanı nə üçün maşının üstünə qoyublar?.. Atası isə gülümsəyərək tələsmədan hər sualına cavab verir, onu başa salmaq istayirdi. Balaca Elxan böyüyəndə yanğınsöndürən olacağını atasına söyləyəndə atası xeyli güldü va sonralar tez-tez onu, "mənim pojarnik balam" deya çağırdı. O vaxt necə da xoşbəxt idi...
Har şey bir günün, bir neçə dəqiqənin içində baş verdi. Erməni silahlılarının kəndə basqını, yandırılan evlər, vahiməyə düşmüş insanların qışqırığı, atılan güllə səsləri bir-birinə qarışmışdı. Başını götürüb hərə bir tərəfə qaçan arvad-uşaq və ağappaq qarla örtülmüş düzlərdə vaxtsız açan lalələr-günahsız insanların tökülan qanı... Həmin gün yüza yaxın həmkəndlisi düşmən gülləsinin qurbanına çevrildi. Atası da, əmiləri də, bir də kiçik bacısı...
Sonra anası ila bərabar Bakıya gəldilər. Tələbə yataxanasındakı kiçik bir otaqda məskunlaşdılar. Məktəb illəri, orduda xidmət arxada qaldı. Ordudan tərxis olandan sonra bir müddat müxtəlif yerlərdə işləyib çörəkpulu qazandı. Amma yanğınsöndüran olmaq arzusu onu bir an da olsun tərk etmirdi. Bu, ham da atasının arzusu idi. Nəhayət, Fövqəladə Hallar Nazirliyinin Yangından Mühafızə İdarasində işə düzəldi. Bu üç ayda çox şey öyrənmişdi. Düzdür, hələ bela bir ciddi yangınla üz-üzə qalmamışdı.
…Axşam düşdü. Televiziyada “Xəbərlər” proqramına baxandan sonra iş yoldaşları ilə olub-keçənlərdən danışır, müxtəlif mövzularda söhbət edirdilər. Telefonun qəfil səsi söhbətlərini yarımçıq qoydu. Telefondakı həyəcanlı səs ev yandığını və ünvanı bildirdi. Hamı yerindən qalxıb tələsik maşına tərəf qaçdı, qaça -qaça da asılqandakı lazım olan geyimləri, alətləri götürdülər. Bir dəqiqə sonra yanğınsöndürən maşının sirenası Bakının küçələrinin sakitliyini pozaraq sürətlə göstərilən ünvana tərəf şütüyürdü.
Beş dəqiqədən sonra artıq hadisə yerində idilər. Yangın 2 mərtəbəli köhnə binanın ikinci mərtəbəsinin bir mənzilində baş vermişdi. Bina sakinlərinin həyəcanlı səsi, uşaqların çığırtısı ətrafı bürümüşdü. Cəld işə başladılar. Birdən Elxanın gözü 30-35 yaşlı bir qadına sataşdı.Qadnın fəryadı az qala bütün səsləri batırırdı. 2 nəfər onu tutmağa çalışır, o isa çapalayıb onların əlindən çıxıb özünü alovun içinə atmaq istəyir: “Buraxın mani balam orada qalıb başa düşmürsünüz?” – deyə fəryad qoparırdı. Kəndlərini, o məşum gecəni xatırladı. O gecəki hadisələr bir kinolenti kimi sürətlə gözünün qabağından keçdi. Onda da axşam idi. Anası nə üçünsə həyətə düşmüşdü. O da anasının yanında idi. Birdən gurultu qopdu. Hər şey bir anda baş verdi. Evlərinin damına düşən qrad mərmisi və alışan ev. Anasının çığırtısı. Evdə mışıl-mışıl yatan körpə bacısı... Yanan evə girə bilməyən anası evin qabağında dizi üstə düşüb torpağı cırmaqlayır, fəryad qoparırdı. Bacısının isa heç nədən xəbəri yox idi. Və yəqin ki, heç olmadı da...
Elxan faryad qoparan, üzünü ilk dəfə gördüyü qadını anasına bənzətdi. Alov içərisində qalan körpəni də bacısına. Qızcığazın heç şəkli də qalmadı. Şəkilləri da onunla birgə yanıb kül oldu. Elxan duruxdu. Gözlərini yumdu bir anlığa. Növbə yoldaşı Kərimin səsi onu xəyaldan ayırdı:
- Elxan, özünə gəl. Qorxma indi yangını söndürəcəyik. Elxan heç bilmədi ki, özünü nə vaxt su şlanqının altına atdı. Bir anda islanan paltarlarının suys axa-axa ikinci mərtəbəyə çıxdı.Yanan otağa girəndo alov üzünü qarsadı. Əvvəlcə geri qayıtmaq istədi, amma yenə də bacısı və fəryad qoparan anasını xatırladı. Yox, nə olursa-olsun körpəni bu alovun içindən sağ-salamat çıxarmalıyam. O vaxt uşaq idim bunu edə bilməzdim. İndi isə bunu edəcəyəm. Axı mən od oğluyam, od mənə heç nə etməz. Bu mənim bacıma olan son borcumdur.
Qulağına uşaq səsi gəldi. Özünü irəli atdı. Artıq heç nə fıkirləşmirdi. Yalnız atdığı hər addımı sayır, hansı istiqamətə getdiyini yaddaşına həkk etməyə çalışırdı ki, geri qayıdanda çaşmasın, qapını tapa bilsin. Hər saniyə ona bir saat qədər uzun gəlirdi. Budur, o uşağı görür, onu qucağına alır və geri qayıdır. Qapıya bir neçə addım qalıb. Heç nə görmür. Ancaq yaddaşına güvənərək əl havasına irəliləyir. Qəfil üzünə sərin hava dəydi. Elxan başa düşdü ki, artıq hər şey arxada qalıb .O, odun alovun içindən çıxa bilmişdi. Bina sakinlərinin, iş yoldaşlarının təbəssüm dolu üzlərini gördü. Qıvrım saçları azca qovrulmuş körpəni anasına uzatdı. Bir neçə dəqiqə əvvəl özünü alovun içinə atmaq istəyən ananın faryadı sevinc dolu hıçqırıqlarla əvəz olundu. Balasını sinəsinə sıxan xoşbəxt ana körpənin üzündən, ğözündən öpür, uşağı ondan almaq istəyən tibb işçilərinə vermək istəmirdi.
İş yoldaşları Elxanın qolundan tutub onu maşına tərəf apardılar. Elxan içməyə su istədi. Kimsə iri bir qabda ona su verdi. Əlindəki suyu dodaqlarına yaxınlaşdıran Elxan geri dönüb körpəsinə qovuşan anaya baxdı. Gözündən süzülən iki damla göz yaşı qabın içinə düşdü.
ŞƏRHLƏR