AĞDAŞIN ÜÇ MƏCHULU

AĞDAŞIN ÜÇ MƏCHULU

Banan və pomidor başda olmaqla bir çox meyvə  və tərəvəz yaş ikən yığılır və uzun sürəcək səfərə hazırlanır. Günlərlə davam edən səfərlərin sonuna doğru  meyvə və tərəvəzlərin xarab olmadan qaldığı, hətta bir müddət daha da yetişdiyi və qızardığı müşahidə edilir. Pomidor və banan tam yetişmiş halda səfərə çıxmış olsaydı, yolun  sonunda qarşılaşdığımız mənzərə çürümə və iylənmə olardı. Xamlıqdan xilas olmaq, böyümək və yetişmək yollarda reallaşır. Yataraq yetişmək yalnız bitkilərdə, xüsusilə də qarpız və yemiş üçün keçərlidir.

İslam tarixi Həbəşistan və Mədinə ilə başlayıb Afrika, Asiya və Uzaq Şərqə qədər edilən səfərlərlə doludur. Bu səfərlər yalnız fiziki planda deyil; qəlb, ağıl, elm və təcrübədə dəyişim olaraq da reallaşmışdır. 1940-cı illərə qədər dövlət qura bilməyən yəhudilər davamlı sürgün həyatı yaşadıqları üçün hər getdikləri coğrafiyadan yeni şeylər öyrənmişlər. Bugünkü zəkalarını sürgünlərə borcludurlar. Meyvə və tərəvəzlərin  səfərlərdə  və anbarlarda  yetişməsi üçün müəyyən sayda həftə və günlərə ehtiyac var ikən insanın yetkinləşməsi üçün daha çox zamana ehtiyac vardır. Hz. Musa Tur dağında qırx gecə qaldığı halda Hira mağarsında keçən müddət daha uzun və davamlı olmuşdur. İnsanların yetkinləşməsinə və ya çürüməsinə  yollar qədər məkanlar, şəxslər və təşkilatlar da təsir edər.

Ağdaşda işlədiyim illərdə oranın mübarək məkanları ilə hazırda olduğum Qazaxıstanın mübarək məkanları arasında bir o qədər də fərq görmürəm. Ruhani ab-havanın hakim olduğu məkanlarda bir eyniliyə şahid olarsınız. Gözünüzü bağlasanız, olduğunuz yerin hara olduğunda tərəddüd edərsiniz. Sizi qarışıqlıqdan qurtaracaq və məkana bağlayacaq iksir gül ətri hopmuş “Allahım, ümməti-Məhəmmədi bağışla, qoru, rəhm eylə!” -deyə dua edənlərin   təbəssümü və razılığıdır.

Ağdaşda yaşadığım illərdə təsiri altında qaldığım üç isim oldu. Biri Haqqın rəhmətinə qovuşmuş, biri ağıl xəstəsi, üçüncüsü isə dünyasını yeni dəyişmiş…

 

1- Hacı Bulud baba: Xosrov kəndində yerləşən bu türbəyə gecə-gündüz  insanlar tərəfindən göstərilən maraq və diqqətin heç azalmadığını gördüm. Hacı Bulud baba üçün məchul ifadəsi Azərbaycana gorə deyil, dünya çapına görədir. Onlarla avtomobil dayanıb sədəqəsini verərək yoluna davam edir. Qəbrin içərisi haqqında hər mövzuda olduğu kimi  hüsnü-zən bəsləməklə mükəlləfik. Bir adam ayaqyoluna girib çıxsa və  dəstəmaz almadan namaza dursa, yenə hüsnü-zənn etməli, bu adamın dəstəmazı yoxdur deməməliyik. Azərbaycanda qəbiristanlıqların yanından keçərkən avtomobildə musiqi səsi azaldılır və ya tamamən kəsilir. Cənazə olan evin yanından keçərkən siqnal vermək lazım gəlsə də heç kim maşının siqnalını verməz. Yavaş və səssizcə keçib gedərlər. Doğrudur ölü və cənazə sahiblərinə hörmət edilməlidir. Qəbirisitanlıq və cənazə olan evlərdə ədəbə diqqət yetirərkən diri insanlara hörmətdə qüsur işləməmək lazımdır.

 

2- Ceyhun: Anadangəlmə zehni qüsuru olan Ceyhun kənd sakinlərinin sevinc qaynağı idi. Əl arabasına yığdığı şüşələrlə  böyük qardaşının evinə su daşıyardı. Kənd məscidində azan oxunarkən, o da azana iştirak etməyə çalışardı. Üzündə daimi bir təbəssüm olan Ceyhun asanlıqla əsəbiləşməz, yeri gəldiyi zaman qəh-qəhəylə gülərdi. Ceyhunun  sevincinə heyrətlənər “Bu gün Ceyhun kimi gülüb, sevinə bildimmi?” deyə öz-özümdən soruşardım. Ağıl sözü ərəb dilində bağ mənasına  gəlir. Ağla ağıl (bağ) deyilməsinin səbəbi sahibini təhlükələrə düşməkdən qoruduğu, yəni onu təhlükəsizliyə  bağladığı üçündür. Aydın olan odur ki, ağıl bəzən   gülməyə maneə olan bir bağ ola bilər. Böyük qardaşı Ceyhunun həm evdə, həm də çöldə heç kim tərəfindən çılpaq görünmədiyini, bədənini göstərərkən narahat olduğunu, yuyunanda və geyinəndə heç kimdən kömək istəmədiyini deyir. Bədənin üstündə baş gəzdirmək düşünmək,  dərk etmek görmək və nəfəs almaq hər vaxt ədəbli olunacağı mənasına gəlməz.

3- Zakir dayı:

Gələn sayımızda hüzurunuza Zakir dayı ilə gələcəyik inşallah

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz