Xidmətdə 101 addım

Xidmətdə 101 addım

Hər hansı nəfsani mənfəət əldə etmək düşüncəsindən uzaq, sırf Allah rizası üçün ifa edilən hər bir səmimi xidmət əslində Rəbbə vüslət arayış və istəyinin əməllərə əks etmiş ifadəsidir.

***

Xidmət insanı dünyaya həris olmayıb, maddi mənfəətlərin yerinə ilahi rizanı hədəflədiyi təqdirdə həm Allah-Təalanın rizasını, həm də insanların sevgisini qazanar.

***

Xidmətin məqbul olması sırf Allah rizası üçün həyata keçirilməsinə və xidmət edilənləri incitməməyə, əksinə, onların şərəfini ucaltmağa bağlıdır.

***

Gözəl əxlaqla uzlaşmayan, kobud və sərt üslubla edilən xidmətdən xeyir gəlməz. Məhəbbətsiz və mərhəmətsiz xidmət ancaq qəlb qırmağa səbəb olar.

***

Xidmət insanı hər bir varlığın imdadına çatmalı, hətta günahkara da mərhəmətlə yaxınlaşmalıdır. Onlara ilanların soyuq və zəhər saçan dili ilə deyil, rəhmət dili ilə xitab edərək qəlbləri fəth etməlidir.

***

Xidmət edənlər minalanmış ərazidə gəzən insanlar kimi həssas davranmalı, hər hərəkətlərində ədəb və nəzakətə diqqət etməlidirlər.

***

Edilən xidmətlərin Allah qatında məqbul olması onun ciddi ədəb və həssaslıqla ifa edilməsinə bağlıdır. Ona görə də xidmət əhli olan kəs Abdullah bin Münazil (r.a)-ın bu xəbərdarlığını heç vaxt unutmamalıdır: “Xidmətdə ədəb xidmətdən daha əzizdir (yəni ədəb xidmətin səviyyəsini yüksəldir)”. 

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz