Bütlər Aləminin Vahiməsi

Bütlər Aləminin Vahiməsi

1915-ci ildə qəhrəman Türk ordusu Çanaqqala savaşında zəfər qazanana kimi mən elə zənn edirdim ki,

Tanrı da ingilislərdəndir.                                      

                                                                                                      Mahatma Qandi

Uca Allah Qurani-Kərimdə belə buyurur;

O Allah ki, göylərin və yerin hökmü (səltənəti) Onundur. O (Özünə) heç bir övlad götürməmişdir; mülkündə heç bir şəriki yoxdur. O, hər şeyi yaratmış və onu (onun nə cür olacağını) təqdir (əzəldən müəyyən) etmişdir. (Müşriklər isə) Onu qoyub heç bir şey yarada bilməyən, əksinə, özləri yaradılan, özlərinə nə bir zərər, nə də bir xeyir verə bilən, diriltməyə, öldürməyə, həyat verməyə və (öləndən sonra qiyamət günü) yenidən diriltməyə gücləri çatmayanları (bütləri) özlərinə tanrılar qəbul etdilər. ( Furqan 2,3)

Aləmlərin Rəbbi olan və ilahlıq əndişəsinin dünyada verdiyi müdhiş sərxoşluq halından gözləri bulananlara – “Şübhəsiz ki,Allahdan (c.c) qeyri ibadət etdiyiniz bütlər heç bir milşək də yarada bilməzlər,-lap hamısı bunun üçün bir yerə yığışsa belə “ (Həcc 73) deyə müraciət edərək onları ilahlara təzim bəlasından qoruyan Uca Allaha şükürlər olsun.Aləmlərə rəhmət olaraq göndərilən və bütün insanlara örnək olacaq ölçüdə  əllərini açıb:- İlahi əgər mənə qarşı qərəzli deyilsənsə çəkdiyim çətinliklərə ,bəlalara heç əhəmiyyət vermərəm. Fəqət Sənin lütfün və ehsanın mənim üçün daha genişdir. İlahi qəzəbinə uğramaqdan,rizasızlığına düçar olmaqdan Sənin nurlu vəchinə sığınıram.İlahi, sən razı oluncaya qədər əfvini diləyirəm. Bütün qüvvət , hər qüdrət ancaq Səndəndir, ya Rəbbi. ( İbn Hişam 11 30) deyərək Uca Allahı (c.c) haqqı ilə tanıma elmini durmadan təbliğ edən  Hz. Muhamməd əleyhissalama salam olsun.

Axirət aləminin inkarıüzərində qurulan dünyəvi təfəkkür tərzi ilahi əmrlərdən uzaq qalan bəşər övladlarının üzərində azdırıcı rolunu  əvvəllər olduğu kimi indi daha böyük vüsətlə oynamaqdadır. Uca Yaradanı tanıma elmindən bilərək və ya bilmədən məhrum edilən bəşər övladının ilahlar aləminə meylini hardasa təbii qarşılamaq lazımdır. Çünki fitri istəklərin dövrəyə girməsi ilə insanların Uca Yaradana doğru deyil,yanlış ilahlar aləminə yönəldilməsi bəşəri vicdanlara sağalması olduqca çətin olan cəhalət yaraları vurmaqdadır. Allah Rəsulu kimi müstəsna bir şəxsiyyət, bir olan Allaha itaət dininin ağılalmaz dürüstlüyü,zəkası,ağlı və mənəvi nüfuzu ilə təbliğ etməsinə baxmayaraq peyğəmbərliyinin ilk 10 ili ərzində təxminən 10-a yaxın insanı bu vahiməli aləmin əsarətindən qurtara bilmişdir. Çünki nəfsin və dünya istəklərinin münbit ərazilərdə yetişərək köklər buraxan ilahlıq iddiasını yox etmək olduqca çətin bir məşğuliyyətdir. Lakin yenə də insanlıq üçün bu bəladan çıxış yollarını  mübarək ömrü ilə sərgiləmiş olan Allah Rəsulu istər dünyaya, istərsədə axirətə aid məqamlardakı davranış mədəniyyəti ilə ilahlaşma vahiməsindən qurtulmanın mümkün olduğunu nümayiş etdirmişdir. Merac səfərində bütün aləmlərin sakinlərinin Rəsulullahın diqqətini çəkmə çalışmaları nəticəsiz qalmışdır. Uca Rəbbimiz Rəsulunun Şəxsinə olan müstəsna yönəlişini belə xatırlayır; -Göz nə (sağa-sola) yayındı, nə də uzağa getdi (hər şeyi olduğu kimi gördü). And olsun ki, (Peyğəmbər) öz Rəbbinin ən böyük qüdrət nişanələrindən (möcüzələrindən) bir qismini (Beytül-məmuru, Sidrətül-müntəhanı, Cənnəti, Cəhənnəmi, Rəfrəfi, altı yüz qanadı olan Cəbrailin həqiqi surətini və i. a.) gördü. (Nəcm 17,18) Ayələrin ardınca Uca Allah (c.c) İlahlıq sevdasına tutulanlara ,insanliq sərmayəsinizay edənlərə yönələrək bunları söyləyir: “(Ey müşriklər!) Bir deyin görək (sizin ibadət etdiyiniz) Lat və Uzza nəyə qadirdirlər?!”(Nəcm 19)

Heç kimin görmədiyi əziyyətlərə sinə gərən Allah Rəsulunun tövhid mücadiləsi olduqca ağır fiziki və mənəvi şəraitdə cərəyan edən ibrətverici həyat hadisələrinin toplusundan ibarət olmuşdur. Bu yolda Rəbbimizin uyğun gördüyü hər bir şəraiti,hər bir anı məhsuldar şəkildə dəyərləndirən Allah Rəsulu, bununla ümmətini Qiyamətə kimi ilahlar aləminin qorxunc qaranlıqlarından qurtarmağa qadir olan misilsiz bir sünnə əmanəti qoyub getmişdir. Muaz bin Cəbəlin nəql etdiyinə görə Hz.Peyğəmbər ilə aralarında bu dialoq baş vermişdi:

Rəsulullah: "Allahın qulları üzərindəki haqqı nədir?",-deyə soruşdu. Muaz:

"Allah və Elçisi daha yaxşı bilir",- cavabını verdi. Rəsulullah (s.ə.s):

"Allahın qulları üzərindəki haqqı, Ona ibadət etmələri və heç bir şeyi ona şərik qoşmamalarıdır",- buyurdu. Sonra

"Allaha ibadət edib ona ortaq qoşmayan qulların Onun üzərindəki haqlarını nə olduğunu bilirsənmi?",-deyə soruşdu, Muaz yenə:

"Allah və Elçisi daha yaxşı bilir",-cavabını verdi.

Rəsulullah:  "Onların Allah üzərindəki haqqı onları cənnətə qoymasıdır",- buyurdu. Bunun üzərinə Muaz:

"Ya Rəsulallah! İnsanlara gedib bunu müjdələyimmi?",-sualını verdi.

"Xeyr! Qoy (saleh) əməl işləsinlər",- buyurdu. (Məcmauz-zəvaid, 1/50).

Təkfir və fitnə əlamətlərinin tüğyan etdiyi zaman kəsimlərində olduqca məsuliyyətli bir davranış mədəniyyətinə sahib çıxmamızı tələb edən Allah Rəsulu bir başqa hədisində bunları söyləmişdir:Rəvayətə görə Rəsulullah bir gün namaz qıldırdıqdan sonra camaatdan biri Malik bin Dühşüm adlı sahabənin harada olduğunu soruşmuş,oradakılardan birinə də Dühşümün Allah və Rəsulunu sevməyən bir münafiq olduğunu söyləmişdir. Bunu eşidən Rəsulullah bu qarşılığı vermişdir: -Elə danışma ! Onun Lə İləhə İllallah dediyini duymadınmı? O, belə söyləyərək Allahın rizasını ümid edir. Allah-Təala  özünün rizasını diləyərək Lə İləhə İllallah deyənlərə cəhənnəmi haram qılmışdır. (Buxari Salət 45-46, Müslim İman 54-55)

“Şübhəsiz ki: “Allah Məryəm oğlu Məsihdir!” – deyənlər kafir oldular. Halbuki Məsih (İsa) belə demişdi: “Ey İsrail oğulları! Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin! Allaha şərik qoşana Allah, şübhəsiz ki, Cənnəti haram edər. Onun düşəcəyi yer Cəhənnəmdir. Zalımların heç bir köməkçisi yoxdur!” (Maidə 72 ) – deyərək qullarınaRəsulunun dili ilə xəbərdar edən Uca Allah bizi ilahlar aləminin vahiməli qaranlığından qurtulmağa səsləyir. 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz