"Gəncliyimiz gələcəyimizdir"
Gəncliyimiz gələcəyimizin təminatıdır. Gəncliyimizi necə, harada, hansı şəkildə keçirməyimi gələcəyimizə böyük ölçüdə təsir edir. Xüsusilə, elm və texnologiyanın sürətlə inkişaf etdiyi əsrimizdə ciddi rəqabət sahəsi formalaşıb ki, fərd olaraq burada özümüzü sübut etmək üçün, biz gənclərə daha çox məsuliyyət, daha böyük və ciddi vəzifələr düşür.
Bir millətin, bir dövlətin mövcud olmasında, inkişafında sağlam düşüncəli, bilikli, milli mənəvi əxlaqi dəyərlərə sahib gəncliyinin rolu çox böyükdür. Ona görədə, gənclərin düzgün yetişdirilməsi, düzgün istiqamətləndirilməsi və gələcəyə hazırlanması hər bir dövlətin ən vacib məsələlərindən biridir. Bir filosofun da dediyi kimi:
“Gəncliyin ruhunu şumlanmayan bir tarla kimi öz halına buraxsanız, orda zərərli qanqal otları, tikanlar yetişər”
Gənclik elə bir nemətdir ki, bəzən gənclər bu zənginliyin dəyərini bilmirlər. Tez-tez yaşlı adamlardan bu ifadəni eşidirik, “kaş gənc olaydım”,“gənc olsaydım bir çox naliyyətlərə imza atardım”...Fikrimi daha dolğun izah etmək üçün illər öncə oxuduğum lakin müəllifinin kim olduğunu xatırlamadığım kiçik hekayəni sizinlə bölüşmək istəyirəm.
Günlərin bir günündə gənc bir oğlan Səadətini axtarmağa çıxır. Az gedir, çox gedir, gəlib bir təpəyə çatır. O, təpədən baxıb aşağıda uca imarətli, küçə və meydanları adamla qaynaşan bir şəhər görür.
Qədim, gur bir şəhər. Cavanın ürəyi çırpınır. O, aşağı enib şəhərə yaxınlaşır. Darvazaçı, gənc olduğunu görüb, onu şəhərə buraxır. O, həyəcanla izdihamlı küçələrdən keçir. Ətrafda çağlayan gözəlliyə, cah-cəlala heyranlıqla baxır. Nəhayət, o meydanların birində dayanıb Gəncliyinə belə deyir:
— Bura bax, görürəmki, bu şəhərdə səadəti əldə etmək o qədər də asan deyil. Bunun üçün mübarizə dolu illər lazımdır. Sən Səadətsiz heçnəsən, sənsiz də Səadətin bir faydası yoxdur. Buna görə, gəl belə eləyək. Mən gedim Səadət üçün mübarizəyə başlayım, sən məni burada gözlə. Heç yana getmə ha!
Cavan oğlan bunu deyib izdihama qarışır.
Neçə illərdən sonra o, Səadəti ilə Gəncliyinin dalınca gəlir. «Aha, odur həmin meydan. Hardasan, Gəncliyim?» — qışqırır.
Amma artıq Gəncliyi yox idi. İllər alıb aparmışdı.
Bu hekayədən çıxaracağımız ibrətlər çoxdur. Beləki dünyanın ən zəngin insanı olsanız belə gəncliyinizi geri ala bilməzsiniz. Xüsusilə bir müsəlman buna hamıdan çox diqqət etməlidir. Daima öz-özünə bu sualı verməlidir görəsən Allahın rızasına uyğun keçirirəmmi gəncliyimi?!
Hər kəsə məlum olduğu kimi 2 fevral ölkəmizdə "Gənclər Günü" kimi qeyd olunur.Bu gün 1996-cı ildə mərhum prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub.Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. 1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Dünyada yalnız 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda keçirilən Konfransda BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilmişdir.
Ölkə əhalisinin 28,9 faizini təşkil edən gənclər dövlətin qayğısını daim hiss edir. Son illər “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, 2005-ci və 2011-ci illərdə “Azərbaycan gəncliyi Dövlət Proqram”ları təsdiq edilmiş, Gənclərin ümumrespublika forumları keçirilmiş, 2007-ci il Gənclər ili elan edilmişdir. Gənclər siyasətinin həyata keçirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait ildən ilə artır.
Azərbaycan Respublikasının “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” 5 may 2007-ci il tarixli Qanununa əsasən Azərbaycanda gənclər 14–29 yaşlarında hesab edilir.
Biz də öz növbəmizdə "İrfan" jurnalı olaraq bütün gənclərimizi "Gənclər Günü" münasibəti ilə təbrik edirik. Bütün gənclərə gəncliklərinin dəyərini lazımınca anlamağı və faydalı keçirməyi
ŞƏRHLƏR