Gənc ağaca Balta vurmaq

Gənc ağaca Balta vurmaq

Lap qədim zamanlardan hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə gənc nəsil ilə bağlayır. Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Həmçinin, dünyanın istənilən ölkəsində gənclər sosial-iqtisadi inkişafın aparıcı qüvvələrindən biri, cəmiyyətin islahatları hərəkətə gətirən zümrəsi və yaşlı nəslin davamçısı hesab olunur.Gənclər cəmiyyətin ən dinamik zümrəsi olmaqla onun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir, ölkədə baş verən bütün proseslərin mərkəzində dayanırlar. Nəsillər dəyişir, ölkələr inkişaf edir.

Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Çünki gələcəkdə ölkənin inkişafı, müqəddəratı indiki gənclərdən asılı olacaqdır. Nəsillər dəyişir, dövlətlər inkişaf edir. Ancaq ənənələr, milli dəyərlər yaşayır və ölkənin hərtərəfli,  uğurlu inkişafı üçün gəncliyin inkişafına təkan vermək şərtdir

 

Gəncliyin Problemləri

Zəmanə gəncliyinin təməl problemləri demək, bir növ ictimai problemlərin hamısı deməkdir. Hər cür ictimai problemin həlli üçünəvvəlcə təməl nöqtədən başlanır. O da, gənclərin vəziyyətini, problemlərini təsbit etmək və həll yolları göstərməkdən keçir. Cəmiyyətin varlığında sağlam bir inkişaf yalnız gəncliyin problemləri həll olduğu zamanı reallaşa bilər. Bu səbəblə, bir cəmiyyətin gələcəyini yox etməyin ən qısa və təsirli yolu, gəncliyi degenerasiya etməkdir.

Sosiologiyada belə bir qayda var. İctimai bir hadisənin səbəbi yenə başqa bir ictimai hadisədir. Zəmanə gəncliyinin problemlərinin səbəbi içində yaşadığı cəmiyyətdir. Əziz Peyğəmbərimiz də uşaqlarımıza qarşı vəzifələrimizi belə vurğulayır: "Uşaqlarınıza gözəl davranıb yaxşılıq edin, onlara hədiyyələr verin, onları ən gözəl şəkildə tərbiyə edin." (İbn Macə, "Ədəb", 2/368)

Gənclik, xüsusilə cəmiyyətdə və ya müasir dünyada özünə dünya görüşü etibarilə, uşaqlıq ilə yetkinliyi bir-birinə bağlayan körpüdür. Gənc üçün uşaqlıq dövrü geridə qalmışdır, lakin gənc hələ yetkin cəmiyyətdə müəyyən bir nöqtəyə çatmış deyil. Buna görə gənclik çağı qeyri-müəyyənlik və arayışlar mərhələsidir. Bu çağ həyat üçün bir istiqamət və hədəfin axtarıldığı, peşə və ailəvi rolların üstlənməsi üçün lazımi fərdi xüsusiyyətlərin qazanıldığı, fərdin daha müstəqil və problemli bir kimsə olaraq hərəkət etməyə başladığı bir hazırlanma dövrüdür. Gəncin kim olduğunu, nəyə inanıb dəyər verdiyini, həyatdan nə əldə etmək istədiyini qiymətləndirməsi mövzusunda da bir şəxsiyyət qazanma problemi vardır. Gənclər mücərrəd düşünməklə qabiliyyətlərindən istifadə edərək, ana-ata və yaxın ətrafın davranışlarını yenidən qiymətləndirməyə başlayırlar.Gənclik dövründə şəxsiyyət inkişafının ən diqqətə çarpan görünüşləri, fikri, zehni, hissi sahələrdə və gəncin fizioloji və ictimai münasibətlərində ortaya çıxmaqdadır. Gənclərə bu keçid dövründə xəyalların, ehtirasların, idealizmin və dəyərlər sisteminin təsiridə söz mövzusudur. Gənc azadlıq və azad davranma axtarışı içindədir. Cəmiyyətə özünü isbat etmək dərdindədir.

Hər bir gənc üçün bir digər problem sahəsi, peşə və yoldaş seçimidir. Həddindən artıq xəyallar, rifaha düşkünlük xəstəliyi, şəxsiyyət böhranı və özünütanımamaq, idealsızlıq və laqeyd, eqoizm, əxlaqi və mənəvi dəyərlərin azalması, narkotiklər, fanatizm və pis vərdişlərin qazanılması, zərərlinəşrlər, ailənin pozulması və etibarsızlıq, işsizlik və gələcək qayğısı, başqaları ilə əlaqə qura bilməmə kimi vəziyyətlər, gəncliyin təməl problemləri olaraq görülməkdədir.

Gənclərə təsir edən faktorlar

Cəmiyyətimizdə ailə, uşağa ilk məlumatların verildiyi yerdir. Ailənin sağlam olması,onun doğru fikirlər üzərindəq urulması lazımdır. Sağlam ailədən sağlam nəsillər, sağlam nəsillərdən sağlam millətlər, sağlam millətlərdən sağlam dövlətlər meydana gəlir. Avropada gəncliyin ən böyük problemi ailənin zəifo lmasıdır. Ailədə böyüklər uşaqlara sevgi göstərməlidir ki, sonra uşaqlar da onlara hörmət göstərsin. Sevgisiz yetişən uşaq problemli olar. Uşaqların gənclik çağındakı həddindən artıq hərəkətli olması, üsyanları, özbaşına fərd olmağa çalışarkən ətraflarına verdikləri zərərləri minimuma endirməyin və problemləri həll etməyin yolu, ailədə sevgi və güvən mühitini təmin etməkdən keçir. Belə bir mühitdə kiçik yaşdan etibarən ailə fərdləri arasında qurulan ünsiyyətə və uşaqlara verilən təhsilə bağlı olaraq inkişaf edəir. Uşaqlarını doğru və sağlam bir inanca sahib olaraq gözəl bir əxlaqla yetişdirə bilmək üçün ailələrin ilk gündən onlarla doğru əlaqə qurmaları lazımdır.

Spirtli içki və narkotikdən istifadə

Son zamanlarda cəmiyyətimizdə gedərək güclənmə meyli göstərən gənclər arasında şiddət faktı, spirt və narkotik maddə istifadəsindəki sürətli artım, ana-ataya və ya müəllimə qarşı gəlmə, hörmətsizlik, saxtakarlıq, cinsi davranış pozuqluqları, intihar və bənzəri daha çox problemlər tərbiyəçiləri ciddi narahat edir.

21-ci əsrdə gənclərinyaşadıqları problemlər yalnız inkişaf etmiş ölkələrə məxsus bir vəziyyət olmayıb, müxtəlif mədəniyyətlərdə və zamanlarda az-çox bənzərlərinə rast gəlinən, demək olarki, universal birfaktdır. Bununla birlikdə bu problemlərin gərək dərinliyi istərsə məşhurluğu, son əsrdə çox irəli ölçülərə çatmış görünməkdədir. Gənclərin yaşadıqları bezginliyin təməlində, sürətlə dəyişən və inkişaf edən cəmiyyət şərtləri içərisində bir-birinə zidd rol gözləmələri və çoxlu arzuların qarşısında qalmaları ilə ictimai strukturların onlara zorla qəbul etdirdiyi sanksiyaların varlığından söz edilməkdədir. Əlbəttəki, gənclərin sağlam inkişafı üçün bütün bu faktorlar göz önün də tutularaq addım atılmalıdır.

Qeyd:Mövzuda problemlə əlaqəli mənbələrə istinado lunub.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz