Torpaq Səndən Inciməsin

Torpaq Səndən Inciməsin

Müasir insan daxili açəmini, könül tərbiyəsini arxa plana atdığı üçün qəlbi-səlim sahibi olmaqdan uzaqlaşdı. Bunun nəticəsində zahirə qarşı zövqü-səlimi də qalmadı.

 Şəhərlərində, adamın üstünə gələn böyük estetik duyğulardan uzaq binaları, həyatın bir yol olduğunu xatırlatmaqdan uzaq qapqara yolları, kibrit qutusu kimi dördbucaq və zərif bir küncü olmayan evləri, dörd tərəfi əşya ilə dolu otaqları, ətri olmayan, ölümü və dirilişi xatırladacaq baharda açılıb xəzanda solmayan süni güllərlə bəzənmiş bağçaları ilə, əllə düzəlmişlərlə insan öz ətrafını doldurmuşdur.

Xarici aləmdə görünən bu zövqi-səlim nöqsanlığı təəssüf ki, insanlar arasındakı əlaqələrdə də gündən-günə artaraq nəzakətdən uzaq bir cəmiyyət formalaşdırmaqdadır. Bədən dili qaba, kəlmələr arqo, qiyafətlər yararsız, mimikalar saxta. Saxta təbəssümlər sözə bəsmələ. Məhz bu nöqtədə müasir insanın itirməkdə olduğu dəyərlər bütünü içində bəlkə də ən çox möhtac olduğu xüsus doğru əlaqə qura bilməyin yolu olan incəlikdir, zərafətdir. İncitməmək və bacardıqca indiməməkdir.

İslam əxlaqı ilə yoğrulmuş əcdadımızın həyatın hər anından hər sahəsinə qədər bu incəliyi yaşadığı dövrlər olmuşdur. Bu xüsusda çox böyük həssaslıq göstərmiş və bir əxlaq və ədəb cəmiyyəti qurmağa çalışmışlar. Çünki önlərində duran “üsveyi-həsənə” Həzrət Peyğəmbər (s.ə.s)-in Ümmü Məktumu incitməsinin ilahi xəbərdarlığa tuş gəldiyini bilirdilər.

Qəlb ilahi təcəlligahdır. Uca Mövlanın Hz. Musaya “Məni qəlbiqırıqların yanında axtar” şəklindəki bəyanı qəlb qırmağın vəhamətinə işarə edir. Hz. Mövlana bu həqiqətə işarə edərək, “Axmaklar insan əliylə tikilən məscidə hörmət göstərirlər, amma könül sahiblərinin könüllərini qırmağa çalışırlar." deyir.

İncitməmək mövzusunda insan həssas davranıb bu mövzuda müəyyən qədər nailiyyət əldə edə bilər. Ancaq əsas hədəf inciməməkdir. Bu da ancaq nəfsin tərbiyəsi ilə saxta qürurun qırılması nəticəsində mümkündür ki, bunu edənlər kamillərdir. Hz. Peyğəmbər Taifdən qayıdarkən qanlar içində qalacaq qədər bədənini incitsələr də o, ürəkdən inciməmiş və Taif əhlinə qəzəblənməmişdi.

Burada ədəbiyyatımızın mümtaz nümunələriylə mövzunu izah etməyə çalışaq. İnsan psixologiyasına dair elmi araşdırmalar insanların ən çox dəyər verdiyi xüsusun özlərinə qarşı hörmət gözləmək və kənarlaşdırılmaqda qorxmaq olduğunu qeyd edir. Başqa cür desək, incidilməməkdir, xor görülməməkdir:

Dünya bağında ey aqil, budur məqbulu insu-cin;

Nə kimsə səndən incisin nə sən bir kimsədən inci!..

İ. Haqqı

 

Nə şemmet bülbülün verdin, nə də hardan incin

Nə qayrin yarına meyl et, nə sən əğyardan incin

Nə sən bir kimsədən ah al, nə ahu-zardan incin

Nə sən bir kimsədən incin, nə səndən kimsə incinsin!

                                                                          Pertev Paşa

İnsanı incitmək onun ahını və günahını almaq əslində Rəsuli-Kibriyanı və Allahı da incitməkdir. Üstəlik Ey İnsan! Özün bu dünya mehmanxanasında qonaq ikən, qəlbini qırdığın adam dünya qürbətində bir qərib değilmi. Gəl incitmə qəribləri. Bilməzsənmi incitmək inciməkdir əslində.

Həzər et qırma ürəyin kimsənin canını incitmə

Əsiri qürbəti nalan olan insanı incitmə

Tariqi işqda biçarəyi-hicranı incitmə

Səbr et hər bəlaya xaneyi Rəhmanı incitmə

 

Fələkdə hasili insan isən bir canı incitmə

Günahkar olma fəhri aləmi zi-şanı incitmə

Əlin çək meyli dünyadan əgər aşiq isən yara

Məhəbbət camını  nuş et əsl Mənsur kimi dara

Qonaqsan fələk bağında bəndin salma əfkara

Düşərsən bir bəlaya səbr et Mövla verər çarə

 

Fələkdə hasili insan isən bir canı incitmə

Günahkar olma fəxri aləmi zi-şanı incitmə

 

Bu dünya həyatının faniliyinin fərqində deyilsənmi? Bir oyun və əyləncədən ibarət olan və qafillərin yalnız yemək və içmək ilə mal yığmaq sandığı bu dünyada baqi olduğunumu düşünürsən? Kim baqi qala bildi ki? 

Vəfası vardırmı gör kim sənə bu çarxı dövranın

Əsər yellər yerində hanı ya taxtı Süleymanın

Yalnız adı qaldı aləmi zahirdə Loğmanın

Keçər bir anda röya kimi ömrü insanın

 

Fələkdə hasili insan isən bir canı incitmə

Günahkar olma fəxri aləmi zi-şanı incitmə

Alvarli M. Lütfü həzrətləri

 

Dünya könül insanları ilə diriləcək. O halda könül insanı olmağa çalış. Onların yolundan və yanından ayrılma. Əgər belə olmağa niyyətin yoxdursa nə irfan ordusunu incit, nə də boş yerə budağı… Nə gülü, nə də yolu incit. Məcnun deyilsənsə saxta Leylalarla nə də səhranı incit:

 

Könül çalamazsan aşkın sazını
Nə pərdəyə toxun nə teli incit
Əğər çəkəməzsən gülün nazını
Nə tikana toxun nə gülü incit

Bəklə dost qapısın sadiq dost isən
Könüllər tamir et əhli dil isən
Sevda səhrasında Məcnun deyilsən
Nə Leylanı çağır nə çölü incit

Rizaya razı ol haqqa qailsən
Ara bul mürşidi müşküldə isen
Həqiqət şəhrinə yolcu deyilsən
Nə yolçunu əylə nə yolu incit
                                    Aşiq Hüdayi

 

Ey Könül!

Xülasə, yalnız adım könül deməklə yetinməyib könlün gərəyini etmək istəyirsənsə, nə tənha bir dağ başında suyundan içdiyin bulaq, ne de son nəfəsini verib girdiyin torpaq səndən incisin. Bil ki,  belə olsan incimzəsən:

 

İl köçsün köçdüyün vakit
Yol yansın keçdiyin vakit
Suyundan içdiyin vakit
Bulaq səndən inciməsin.

 

Kölgəsində otur amma
Yarpaq səndən inciməsin.
Təmizlən də gir məzara
Torpaq səndən inciməsin.
                           Abdurrahim Karakoç

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz