Məşhurlardan Nüanslar
Sərnişinlərdən biri avtobus sürücüsünün yanına gedir və namaz vaxtı çıxmadan avtobusu saxlamasını xahiş edir.
Sürücü əsəbi halda:
- Qəza edərsiniz bu dəfə. Mütləq dayanmalıyam?
Sərnişin sakit-sakit cavab verir:
- Birdən mən qəza etmədən sən qəza etsən?
ÖRTÜNMƏK ÜÇÜN GEYİNMƏK!
İngiltərə kralı ilə görüşən Qandinin əynində həmişəki kimi ağ örtüsü vardı.
Görüşdən çıxdıqdan sonra müxbir sual verir:
- Qiyafətiniz kralla görüşmək üçün kifayət idimi?
Qandi özünü sındıradan cavab verir:
- Kral ikimizə də kifayət edəcək qədər geyinmişdi.
SƏN FİKİRDƏN ANLAMAZSAN
Ustad Nəcib Fazil 1960-cı illərdə Amasyada bir konfrans verir. Salon ağzına qədər doludur… Ustad çıxış edərkən bir nəfər etiraz edir. Etiraz edən ayağa qalxır. Ustad soruşur:
“- Kimsiniz?” Etiraz edən:
“- Mən buranın alay komandiriyən” deyir. Ustad:
“- Aydındır, buyurun oturun” deyir.
Konfrans davam edir. O qədər əsəbi xarakterə sahibdir ki, özünü saxlaya bilməsi də mümkün deyil. Qaldığı yerdən davam edir. Birdən soruşur:
“- Kimdi o etiraz edən?” Etiraz edən ayağa kalxır:
“- Mənəm” -deyir. Ustad baxır:
“- Aydındır, buyurun oturun” deyir.
Yenə qaldığı yerdən davam edir və üçüncü dəfə soruşur:
“- Kimdi o etiraz edən?” Etiraz edən yenə ayağa qalxır:
“- Mənəm” deyir. Ustad:
“- Aydındır, buyurun oturun” deyir. Sonrada salondakılara vaxaraq bu cümləni söyləyir: “Əsgər fikirdən anlamaz. Əmr verib qaldıracaqsan, əmr verib oturdacaqsan.”
SİZ GƏLDİNİZ
Misir valisi Kavalalı Mehmet Əli Paşa İstanbula gedəcək olan nədimi şair Nihat bəydən gələrkən ağ rəngli, yaxşı bir eşşək gətirməsini istəmişdi. Lakin Nihat bəy eşşəyi almağı unudur, Misirə gəldikdə isə Paşa haqlı olaraq soruşur:
“Nihat bəy, bizim eşşək nə oldu?” Şair özünü itirib belə cavab verir:
“Vallahi, unutdum, Paşam. İndi sizi gördüm, xatırladım.”
Paşa aldığı cavabdan narazı olsa d agülümsəyərək belə deyir:
“Nə isə, siz gəldiniz, artıq gərək qalmadı.”
KOMMUNİZMDƏN BİR ŞEY ÇIXMADI
İsmayıl Şıxlı Hüseyn Ariflə bağlı xatirələrində yazırdı:
Bir səhər tezdən telefon zəng çaldı. Dəstəyi gec götürdüm. Səsimdən hiss etdi ki, yuxudan yenicə durmuşam:
- Ə, a Qoca, deyəsən yatırdın?
- Bə neyləyim, a Hüseyn, özün demirsənmi, İsmayıl Şıxlı yata-yata feodalizmdən birbaşa kommunizmə keçmək istəyir.
- İndi sözümü geri götürürəm. yaxşı eləyib yatırsan. Onsuz da kommunizmdən bir şey çıxmadı. Deyəsən geri qayıdası olduq.
ASSANIZ OLMAZMI?
Padşahın istəyi ilə bir gün İncili Çavuş vəzirlərdən birinin təqlidini edir. Təqlid olunan vəzir bunu eşidib çox əsəbiləşir və:
“Mən onu öldürüm, aləmə dərs olsun.” –deyir. İncili çavuş vəzirin bu sözünü eşidib canının dərdinə düşür. Padşahın yanına gedib vəziyyəti ona danışır. Padşah İncili Çavuşa:
“Sən qorxma, o səni öldürə bilməz. Əgər o səni öldürsə, mən də onu asaram.” –deyir.
Bu zaman İncili Çavuş belə deyir:
“Amandır Padşahım, o məni öldürməmişdən əvvəl siz onu assanız olmazmı?"
ŞƏRHLƏR