Sözün Canı Və Mövlud
1400-cü illərdə Süleyman Əfəndi imam olduğu Bursa Camesində yerini əcəm diyarından gələn bir alimə verdi.
Vaizin bu sözləri ilə diksindi:
“Ey camaat, biz peyğəmbərlər arasında ayrı-seçkilik etmərik. Bi rpeyğəmbərin digərindən üstünlüyü yoxdur. Hz. Məhmmədlə Musa arasında fərq yoxdur…”
Namazdan sonra Bursanın alimləri Bəqərə surəsinin 253-cü ayəsindəki “Biz peyğəmbərlərin bəzisini bəzisindən fəzilətli qıldıq” ayəsini oxuyaraq ülül-əzm peyğəmbərləri də zikr edərək əzəmdən gələn alimə etiraz etdilər.
Ulu Canesinin yaxınlığındakı yaşlı bərbərin bu sözləri də əcəm alimini indaından döndərə bilmədi:
“Vaiz Əfəndi! Əlində qayçı-daraq tutub saç kəsən hər kəs bərbərdir, ancaq bərbərlər arasında ustalıq dərəcəsi eyni deyil. Ustalıq tələb edən bütün işlərdə o işin mütəxəssisləri ad olaraq eyni qrupdadırlar. Lakin hər birinin məharət, cəldlik və incəlikdə fərqlilikləri var. Peyğəmbər olmaları, eyni qaynaqdan qidalanmaları və vəzifə almaları cəhətdən bütün peyğəmbərlər eynidir. Lakin dərəcə və ustalıq etibarilə aralarında fərq var…”
Süleyman Əfəndi evinə gəldi. Həzrət Peyğəmbərin ibadət etmək ümün xanımından izin almasını xatırlayaraq yoldaşından icazə aldı. Yatsı namazından sonra şam işığında Balkanlardan Qafqazlara qədər geniş bir coğrafiyada yaslarda, toylarda, sünnətlərdə, əskər yola salma mərasimlərində oxunacağından xəbərsiz “Vəsilətun-Nəcat” (Mövlud) adlı əsərini yazmağa başladı.
Süleyman Əfəndi akademik gözlə baxdıqda heç bir qaynaq kitabda müraciət etmədən və dipnot göstərmədən, elmi qaydalara uymayan bir əsər yazırdı. Süleyman Əfəndinin qaynağı yerə-göyə sığmayan, ancaq mömin bəndənin qəlbində olan aləmlərin Rəbbinin olduğu ürəyi, mürəkkəbi də isti və duzlu göz yaşlarıydı. Dipnotla işarə edilən hansı qaynaq əsər dərinlik və sağlamlıq baxımından könüllə yarışa bilər?
Əsrləri aşan mövludu Bursadan minlərlə km. uzaqda, Zaqatalanın Mamrux kəndində dinlədim. Süleyman Çələbi üçün “Türk dilini məbədə daxil edən adam” deyirlər. Süleyman Çələbi ümmətin marka əsər vermiş ulu şəxsiyyətidir. Mövlud oxuyan din adamının mövludun vəznini də oxuması diqqətimi çəkdi: “Failahun, failatun, failat vər-Rəsulu Mustafaya salavat”.
Necə gözəl bir ifadə və Hz. Peyğəmbərə duyulan sevgi və məhəbbətin iliklərə qədər işləmiş olduğunun isbatı. Bu ibarə qafiyəsizlik yaratmır, qulağa əziyyət vermir və camaatı salavat oxumaq üçün hərəkətə gətirir.
Mövluda olunan bu əlavəyə müxtəlif tənqidlər edilə bilər. Amma alqışa layiq olan bir xüsus var. Süleyman Çələbinin sözünün canı çox qüvvətliymiş ki, 2011-ci ildə 602 yaşına girən mövludu (1409-da yazıldı) hələ də oxunmaqdadır. Sözləri və mənaları vəznlə qəlibə saldığı ölçülər belə hörmət görərək mövluda daxil edilir.
Sözün canı ifadəsi nə gözəl səslənir. Sözə insan kimi rəftar edilir. Sözü və danışmağı insana Rəhim olan Allah öyrətmişdir. (ər-Rəhman, 4) Sözünün canı olmayan ölü söz sahibləri və onların cansız əsərləri mövlud kimi zaman və məkanları aşa bilirmi?
Ayasofiya, Tac-Mahal, Sultan Əhməd camesi, Topqapı sarayı, Şirvanşahlar sarayı, Pizza qülləsi, Çin səddi kimi təsislərin inşaat qəliblərinin qorunması və bir şəkildə o təsisin içərisində sərgilənməsi onlara nəzər nöqtəmizi və heyranlığımızı qüvvətləndirir.
Mövludun əruz vəzninə uyğun yazılmış qəliblərinin dəyişməyərək geniş coğrafiyalarda istifadə olunması və salavat oxumağa vəsilə edilməsinin də özünəməxsus gözəlliyi var. Yunus Əmrə üçün “niyə təkyəyə qırx il odun daşıdı? Bir hambal tutsaydı yaxşı olmazdımı?” deyənlər və Məsnəviyə “içində qoyun, qurd, çaqqaldan başqa heç nə yoxdur” şəklində Molla Qasım prizmasından baxanlar üçün əruzun vəznə əlavə edilməsi gülüncdür.
Buxaridə yer alan “kim gözəl bir sünnə (adət) qoyar və bu sünnəyə tabe olunarsa ona tabe olanların savabı azalmadan yeni sünnə qoyana savab yazılar.” hədisini mövlud baxımından da ələ almalıyıq. Hədisin davamında pis sünnə qoyanlardan bəh edilir. Mövlud gözəl bir adət olmuşdur. Mövludu tənqid edənlərin Anadoludan Balkanlara, Qafqazlara qədər milyonlarla insan tərəfindən mənimsənmiş mövlud adətinə bənzər şəkildə öz məhəllələrində, kəndlərində belə gözəl bir sünnə (adət) ortaya qoymaqdan aciz olduqlarını düşünürəm. Ey mövlud dinləməkdən bidət deyib imtina edənlər, buyurun, sözünüzün canı güclüdürsə kağıza, qələmə sarılın görək. Sözünüz mövlud kimi zamanları və məkanları aşa biləcəkmi? Neçə möminin dilində salavat, ürəyində Peyğəmbər sevgisi açdıra biləcəksiniz? Yoxsa sözünüzün canı can verəcək?
Ayı göstərən barmağa baxaraq ayı görməyən insanların axmaqlığından söz açmaq nə qədər doğrudur? Əruz zərfdir, sən zərfə ilişmə, məzrufa (zərfdəkinə) bax.
“Failatun, failatun, failat vər-Rəsul Mustafaya salavat
Hamidətun, şakirətun, zakirətun, sabirat
Vər-Rəsul Müctəbaya salavat”
Ayı görmək məcburiyyətindəsən. Görməsən ayı göstərən barmağın dırnaqlarına, quşlara və dumanlara ilişib aydan məhrum qalarsan…
Hələ də Vəda təpələrindən doğan bədri xatırlamaq və söyləmək Vəda təpələrini görüb ayı görməmək kimidir… Nə zaman içimizdəki təpələrdən bədir doğacaq?
ŞƏRHLƏR