Müəllimin Gündəliyindən
Tərbiyəçi tərbiyə etdiyi adamı könül insanı kimi yetişdirməlidir. Onda sadəcə zahiri elmlərə deyil, mənəviyyata, sirr və hikmətə qarşı da diqqət oyandırmalıdır.
Mənəviyyatdan məhrum olaraq birtərəfli verilən bir tərbiyə nöqsandır. Maddə və məna müvazinətini saxlamaq şərtdir. Əks təqdirdə bir qanadla uçmağa çalışan quş kimi ac pişiyə yem olar.
Həyatın axışına ayaq uydura bilməyən hər bir varlıq zamanla silinib yox olmağa məhkumdur. Buna görə Həzrət Əli (r.a) belə nəsihət etmişdir:
“Uşaqlarınızı öz yaşadığınız zaman görə deyil, onların yaşayacaqları zamana görə yetişdirin.”
Yaxşı yetişmiş bir ovuc fədakar insanın varsa qalib millətsən. Yoxsa məğlubsan.
Bir millətin gələcəyini görə bilmək kəramət deyil. Bunu müəyyən etmək üçün uşaqlara və gənclərə baxmaq kifayətdir. Əgər onlar güc və enerjilərini xeyir, mənəviyyat və fəzilət yoluna sərf edirlərsə o millətin gələcəyi parlaqdır. Bunun əksinə, enerjilərini nəfsaniyyətə sərf edirlərsə aqibət həzindir.
Tərbiyəçi könüllərdə heyranlıq hissi oyadan sağlam xarakter nümayiş etdirməli, ruhundan rəhmət saçmalı, ürəyindən feyz, ruhaniyyət və pozitiv enerji yaymalıdır.
ŞƏRHLƏR