Sevmək imandandir, söymək deyil!
İngiltərənin Keeli Universitetində könüllülər üzərində aparılan tədqiqat nəticəsində onların söyüş söyərkən ağrıya daha dözümlü olduqları aşkarlandı.
Tədqiqat nəticələri haqda Neuroreport jurnalında nəşr edən araşdırmaçılar eksperiment apardıqları insanlardan istədikləri söyüşü söyərək əllərini buzlu suyun içində uzun müddət saxlamalarını istədilər. Daha sonra eyni işi söyüş söymədən, bir stolu tərif edərək etmələrini istədilər.
Tədqiqatda könüllülərin söyüş söyərkən əllərini buzlu suda 40 saniyə daha artıq saxladıqları müşaidə edildiyi halda, daha az acı çəkdikləri müəyyən oldu. (Radikal Qəzeti 14.07.2009)
Yazının başlığına və bu xəbərə baxaraq təəccübləndiniz yəqin ki. Bu yazının məqsədi əsla söyməyi məşrulaşdırmaq deyil. Məşru olmayan söyüş növlərini uşaqlıq illərimizdən bəri yaxşı, üstəlik çox yaxşı bilirik.
Odun yaran adam baltanı vurarkən hııhh səsi çıxarır. Türk dilində “odun yaranın hınk deyəni” mənasına gələn bir ifadə var.
Düşmənə hücum edərkən kimisi nərə çəkər, kimisi də Allah deyərək önə atılar.
Maşını sürətli sürərkən, hündürdən tullananda da qəribə səslər çıxarılır. Bu kimi səslər adrenalinin ifrazını artıraraq cəsarət və həyəcanı artırır.
Qışqırmaq dözümü artırır. Ağrı və iztirab çəkən adamın qışqırıb-bağırmasının səbəbi budur. Odun yararkən və hücum əsnasında çıxardığımız səslər gücümüzə güc qatar. Osman Nuri Topbaş “Bir Nəsihət Min Bir İbrət” adlı kitabında “insan yığını”ndan söz açır. (səh-12) İnsan yığını “Gənc” jurnalının ifadəsiylə zombiləşmək deməkdir. Zombilərin olduğu yerdə pisliklərə, dördnala qaçan atlar belə çatmaz. Elə isə müsəlmanın vəzifəsi pisliyi qəbul etmək deyil, onu düzəltməkdir. Əli və dili ilə nəticə ala bilməzsə, qəlbi ilə nifrət edərək nifrət etməkdir. Qəlb ilə pisliyə qarşı bəslənən nifrət və qəzəb dildən söyüş olaraq çıxar.
Neyzən Tevfikə görə (1879-1953) “Söyüş dilin duzu-istiotudur. Söyüş əsəbsakitləşdiricidir.” Uşaqlarına söyüş söydürən və eşitdiyi söyüşə görə sevinən bir cəmiyyətdə yaşayırıq. İmamlarımız qəlbin cilasının Quran oxumaq və zikrullah olduğunu hər cümə günü vəz etdiyi halda, söyüş ustalarımız hər an “söymək dilin cilasıdır, ruhun yelpazəsidir” –deyə təxribat aparmaqdadırlar.
İslami əsərlərdə pis və ayıb sayılan sözləri ifadə üçün fuhuş temrini işlədilir. Fuhuş “sözün və ya hansısa bir əməli çox çirkin olması, həddi aşmaq” mənalarına gəlir. Cinsi orqanların adını, dəstəmaz pozmaq üçün işlənən sözləri dilə gətirmək fuhuşdur. Bunlar kinayə yolu ilə söylənməlidir.
Haqsızlığa qarşı səssiz qalmaq qəlblə də olsa etiraz etməmək Hz. Əlinin ifadəsiylə “dilsiz şeytan” olmaqdır. İslamın şərtinin beş olduğunu zənn edənlər yanılırlar. İslamın ibadət nöqteyi-nəzərindən şərti beşdir. Davranış olaraq 6-cı şərti həddini bilmək, 7-ci şərti həddini bildirməkdir. “Hədsizə həddini bildirmək yetimə kaftan geydirmək kimidir” –demişlər.
“Qaranlığı söyməkdənsə, qalx bir şam yandır” deyən insanlar şam kimi tarixə qarışıb nostalji oldular. İnsanlar danışa-danışa, heyvanlar qoxulaşa-qoxulaşa anlaşır (Sosial medya adalanan Facebook, MSN, Twitterlə yazışaraq anlaşmaq da var) deyirik. Bəzi insanların üçüncü qrupa girdiyini düşünürəm. Söyüş söyə-söyə anlaşan qrup. Bu qrupda olanlar təbrik, həsrət, şəfqət, zarafat, təşəkkür, sevgi, vərdiş, enerji atmaq, dəliqanlı adam kimi görsənmək və s. səbəbdən söyüş söyürlər.
Söymə səbəblərindən biri də söyüşə söyüşlə cavab verməkdir. İnsan ayağını dişləyən köpəyin ayağından yapışı beyni hərəkəti edə bilməz. Söyənə söyüşlə cavab vermək də bu qəbildəndir və alçalma səbəbidir. Müsəlman ağzını küfrə və lənətə alışdırmamalıdır. Layiq olana belə lənət etmək xeyir və müstəhəb deyil, adama savab qazandırmaz.
Rəsulullah (s.ə.s)-ə “Ey Allahın Rəsulu, müşriklərə bəddua et, onları lənətlə!” –demişdilər. Allah Rəsulu bu cavabı verdi: “Mən rəhmət olaraq göndərildim, lənətləyici deyil!” (Müslim, Birr, 87) Rəhmət Peyğəmbərinin ümmətinin söyüş xüsusunda dünyada məşhurlaşmaması lazımdır. İslam əxlaqına və müsəlman şəxsiyyətinə görə insanların islahını istəmək əsas yerdə olmalıdır, söyüş söymək yox. Başqa din mənsublarının dəyərlərinə söymək olmaz. “Onların ilahlaırna söyməyin ki, onlar da sizin ilahınıza söyməsin.” (əl-Bəqərə, 197)
Söyüş söymək qarşıdakı insanı xor görərək həqarət etməkdir. Hədisi-şərifə görə “Şər olara insana müsəlman qardaşını xor görməsi kifayətdir…” (Buxari, Nikah, 45)
Ölmüş bir adam həqarətə layiq olsa da yaxınlarını fikirləşərək söyməkdən vaz keçmək lazımdır.
İkrimə müsəlman olmaq üçün Məkkəyə yaxınlaşdığı zaman Həzrət Peyğəmbər “Əbu Cəhlin oğlu İkrimə gəlir. Diqqət edin, atasına söyməyin. Çünki ölüyə söymək ona çatmaz, üstəlik yaxınlarını da incidər.” –dedi. (Tirmizi, Birr, 48)
Mövlanaya görə dərd və iztirablar insanın daxilindəki duman kimidir. Daxilində duman olan insanları dinləyərək dərdlərinə yardımçı olaraq dumanları çıxarılmalıdır. Qəzəblənərək söyməyə səbəb olan halar da insanın daxilindəki dumana bənzəyir. Bəziləri “ya səbr” deyərək dəstəmazla, salavatla, bismillahla, yer dəyişməklə, zikrlə, bəziləri də pis sözlərlə bu dumanı çıxarırlar. Pis sözlə duman çıxarılarkən ana, bacı, yoldaş kimi dəyərlərə söyülməməli və fuhuş deyilən pis sözlər işlənməməlidir. “Hirs gələr göz qızarar, hirs soyuyar üz qızarar” demişlər. İnsan deyil, pis əməl qınanmalıdır. Hirsləndiyimiz adama “Allah canını almasın, Allah cəzanı verməsin, Allah səni cənnətə həbs etsin, məni də başına qarovulçu qoysun” kimi içində lənət olmayan sözlər söyləməliyik.
Nəticə: Sevmək və söymək… Allah üçün sevmək və qəzəblənmək birliyi ilə dumansız ürəklərə doğru…
ŞƏRHLƏR