QURAN GÜNDƏLİYİ - TİN SURƏSİ

QURAN GÜNDƏLİYİ - TİN SURƏSİ

     Tin surəsi Məkkədə nazil olmuşdur, 8 ayədir.Surə bu iki məşhur mövzunu ələ alır:

1.      Uca Allahın insanı  qiymətli yaratması.

2.      Hesab və cəzaya inanmaq.

Bu mübarək surə, Uca Allahın insanı qiymətli xəlq etdiyinə, onu unikal və ən gözəl bir şəkildə yaratdığına dair müqəddəs və şərəfli yerlərə andla başlayır. Bu yerlər, içlərində Uca Allahın peyğəmbərlərinə vəhy endirməklə üstün qıldığı Beytül-Məqdis(Qüds), Tur dağı və Məkkeyi-Mükərrəmədir. "And olsun əncirə və zeytuna; and olsun (Allah-Təalanın Musa ilə danışdığı) Tur dağına; and olsun bu təhlükəsiz (qorxusuz-xətərsiz) şəhərə (Məkkəyə)."(Tin, 1-3)

Turi-Sinin, üzərindəAllahın Hz. Musa(ə.s) ilə danışdığı Tur dağıdır. “Sinin”, bərəkətli deməkdir.

Bu şeylərə and içməkdən məqsəd,o bərəkətli yerlərin şərəfli olduğunu və peyğəmbərlərin göndərilməsi ilə orada ortaya çıxan xeyir və bərəkəti açıqlamaqdır. Bunların hər birinə Uca Allah, böyük şəriətlər gətirən əzm sahiblərindən bir peyğəmbər göndərmişdir. Birincisi, əncir və zeytunun yetişdiyi yer olan Beytül-Məqdisdirki, Uca Allahburaya İsanı (ə.s) göndərmişdir. İkincisi, Turi-Sininyəni Turi-Seynadır. Uca Allah burada Musa (ə.s) ilə danışmışdır. Üçüncüsü isə, içinə girənlərin əmin olduğu Bələdül-Əmin, yəni Məkkə şəhəridir. Bura, Allahın Hz. Muhammədi (s.ə.s) peyğəmbər olaraq göndərdiyi yerdir.

Surə, insanı ən gözəl və mükəmməl bir şəkildə yaratmasında Aləmlərin Rəbbinin gücünü göstərən əngin dəlillərdən sonra kafirin, öldükdən sonra dirilməyi və həşri hələ dəinkar etməyini qınayır: "Şübhəsiz ki, biz insanı ən gözəl şəkildə yaratdıq. Sonra da onu qaytarıb rəzillərin rəzili edərik!"(Tin, 4-5)İnsan, Rəbbinin nemətinə şüküretmədiyi təqdirdə cəhənnəmin ən alt təbəqələrinə göndəriləcəkdir.

İsa əl-Haşimi, arvadını çoxs evərdi. Bir gün ona, "aydan daha gözəl deyilsənsə üç talaqla boşol!"-dedi. Bunun üzərinə arvadı: "Sən məni boşadın",-deyərək ona qarşı örtündü. İsa buna çox üzüldü və Xəlifə Mənsura gedib hadisəni ona danışdı. Xəlifə fiqhçilər çağırıb onlardan fətva soruşdu. Oradakıların hamısı qadının boş olduğunu söylədilər. Ancaq Əbu Hənifənin tələbələrindən bir adam danışmadı. Mənsur ona: "Sən niyə bir şey söyləmirsən?" -dedi. Adam dediki:“Ey möminlərin əmiri! UcaAllah, "Şübhəsiz ki, biz insanı ən gözəl şəkildə yaratdıq!" buyurur. Buna görə də insandan daha gözəl heç bir şey yoxdur.” Mənsur: "Doğru söylədin",-dedi və qadını ərinə geri verdi.

Sonrakı ayədə iman edənlərin bu alçalmadan istisna edildiyi və mükafatları sadalanır: “Yalnız iman gətirib yaxşı əməllər edənlərdən başqa! Onları minnətsiz (saysız-hesabsız) mükafat gözləyir.”(Tin, 6)

Surə möminlərə savab vermək və kafirləri cəzalandırmaq surətiylə Allahın ədalətlə rəftar edəcəyini açıqlayaraq sona çatır:"( Ey kafir insan! Bu qədər öyüd-nəsihətdən sonra) daha səni dini (haqq-hesab gününü) yalan saymağa vadar edən nədir?! Məgər Allah hakimlərin hakimi (ən ədalətli, ən üstün hakim) deyilmi?!" (Tin, 7-8)

Bu ayələrdə hesabın varlığı və axirət həyatı təsdiq edilir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz