Bayram kimi aylar
Xalq arasında “Üç Aylar” olaraq bilinən mübarək bir mövsüm yaxınlaşır. Müsəlmanlar arasında əhəmiyyəti böyük olan üç aylar, eyni zamanda bir çox mübarək gecəni də içində saxlamaqdadır. Yaxşı,üç ayların əhəmiyyəti nədir? Üç aylar nə zaman başlayır? Üç aylar necə qiymətləndirilməlidir?
Üç aylar və ya Mübarək üç aylar, Hicri təqvimində müqəddəs olan Rəcəb, Şaban və Ramazan aylarını ifadə edir. Fəzilətli sayıldığı üçün ibadətlər artırılır, günahlardan mümkün mərtəbə daha çox çəkinilir və Ramazan ayına hazırlıq aparılır. Hədislərə görə Rəcəb Allahın ayıdır, Şaban Peyğəmbərimizhz. Muhammədin (s.a.s) ayıdır, Ramazan da ümmətin ayıdır.
Üç aylar, mənası, fəziləti
Qəməri təqvimin yeddinci, səkkizinci və doqquzuncu ayları olan Rəcəb, Şaban və Ramazan ayları ənənədən "üç aylar" deyə adlandırılır.Bu üç aya dinimizdə son dərəcə əhəmiyyət verilir; müsəlmanlar sanki bu ayları iplə çəkər və bu ayları qiymətləndirmək üçün maksimum səy göstərərlər. Şübhəsiz ki, bu vəziyyət "on bir ayın sultanı" deyə xatırlanan Ramazanın cazibə qüvvəsindən ötəridir. İslami-Hicri təqvimin 7-civə 8- ci ayları olan Rəcəb və Şabanın digər aylar arasındakı funksiyaları Ramazandan əvvəl gəlmələri və beləcə hazırlıq dövrü olmaları hesab edilir.
Rəsulullah, Ramazan ayı xaricində ən çox Rəcəb və Şaban aylarında oruc tutmuşdur və müsəlmanları da buna təşviq etmişdir. Rəcəb ayı girəndə də, "Allahım, bizə Rəcəb və Şabanı mübarək et və bizi Ramazana çatdır" (Kəşfu'l Xəfa), deyə dua edərdi.
Rəcəb ayında oruc tutmağın fəziləti
“Rəcəbi-Şərifin birinci günündə oruc tutmaq üç illik, ikinci günü oruclu olmaq iki illik və yenə üçüncü günü oruclu olmaq bir illik kiçik günahlara kəffarə olur. Bunlardan sonra hər günü bir aylıq kiçik günahların əfv və bağışlamasına vəsilə olur”. (Hədisi Şərif)
Mövzuyla əlaqədar Abbad ibn Hənif belə bir rəvayət danışır: "Səid İbn Cübeyrə (r.a) Rəcəb ayındakı orucu soruşdum. Mənə bu cavabı verdi: İbn Abbası (r.a) dinlədim, belə demişdi; Rəsulullah Rəcəb ayında bəzi illərdə elə oruc tutardı ki, biz yəqin heç yeməyəcək (ayın hər günündə oruc tutacaq) deyərdik, birdən (bəzi illərdə) də elə yeyərdi ki biz, yəqin heç tutmayacaq, deyərdik. "(Müslim)
Hz. Aişə başqa bir rəvayətdə bu mövzuda bunları söyləyir: "Rəsulullah ilin heç bir ayında Şaban ayındandaha çox (nafilə) oruc tutmaz və belə buyurardı: Əməllərinizlə gücünüzün çatdığını edin. Çünki siz bezmədikcə Allah əsla sizdən bezməz. Allah yanında əməlin ən məqbulu, adamın az da olsa davam etdiyi əməldir. "(Müslim)
Üç aylar necə qiymətləndirməlidir?
Bu aylar dua və tövbələrimizin qəbul edilmə ümidini daha çox hiss edəcəyimiz aylardır.
- Quranı-Kərim oxunmalı,uyğun məkanlarda Quran ziyafətləri verilməli, Kəlamullaha olan sevgi, hörmət və bağlılıq duyğuları yenilənməli, qüvvətlənməlidir.
- Peyğəmbər Əfəndimizə (s.a.s) salət və salamlar gətirilməli, Onun şəfaətini ümid edib, ümmətindən olma şüuru təzələnməlidir.
- Təfəkkürdə olmalı, "Mən kiməm, haradan gəldim, hara gedirəm, Allahın məndən istəkləri nələrdir" kimi mövzular başda olmaq üzrə həyati məsələlərdə dərin düşüncələrə girilməlidir.
- Küs və incik olanlar barışdırılmalı, könüllər alınmalı, kədərli üzlər güldürülməlidir.
- Günahlara səmimi olaraq tövbə və istiğfar edilməli, idrak edilən gecəni son fürsət bilərək tövbələr olunmalıdır.
- Üzərimizdə haqları olanlar axtarılıb tapılmalı, vəfa və qədirşünaslıq əxlaqı yerinə yetirilməlidir.
- Yoxsul, kimsəsiz, yetim, xəstə, şikəst, yaşlı olanlar ziyarət edilib sevgi, şəfqət, hörmət, hədiyyə və sədəqələrlə sevindirilməlidir.
-Vəfat etmiş yaxınlarımızın, dostlarımızın və böyüklərimizin qəbirləri ziyarət edilməli, iman qardaşlığına aid sədaqət yerinə yetirilməlidir.
- Həyatdakı mənəvi böyüklərimiz, müəllimlərimiz, ana və atamız, dostlarımız və digər yaxınlarımız, şəxsən gedərək və ya telefon, mesaj, yaxud e-mail ataraq təbrik edilməli, duaları istənməlidir.
-Başda bütün insanlıq olmaq üzrə özümüzə və sevdiklərimizə mümkün mərtəbə dünya və axirətimizdə xeyir diləyən dualar edilməlidir.
Mübarək üç ayların başlanğıcı ilə milyonlarca müsəlman ibadətlərini bu aylarda artıracaqlar. Bu mübarək ayların mənəvi dəyərinə Hz. Peyğəmbər (s.a.s) işarə etmiş və belə buyurmuşdur:
"Rəcəb Allahın ayı, Şaban mənim ayım, Ramazan da ümmətimin ayıdır. "(Acluni, Kəşful-Xəfa, I, 423, Hədis No: 1358)
"Ey Allahım! Rəcəb və Şabanı bizə mübarək et, bizi Ramazana qovuşdur." (Əhməd b. Hənbəl, Müsnəd, I, 259)
Üç Aylar; bir-birinin ardınca açılan rəhmət və bağışlama qapıları olan Rəcəb, Şaban və Ramazan ayını içində saxlayan, Rəğaib qəndiliylə başlayan, Merac və Bəratla davam edən, min aydan daha xeyirli olan Qədr gecəsiylə zirvəyə çatan, Ramazan bayramıyla da maddi və mənəvi sahədə "Bayram" a çevrilən mənəvi yüksəliş və bağışlanma aylarıdır.
Allahım! Bizləri Rəğaiblə Sənə rəğbət edən, Merac ilə ucalan, Bərat ilə qurtuluşa çatan, Qədir gecəsilyə də qədrini idrak edərək Ramazanın sonunda cənnəti haqq edən qullarından et!
(Üç aylar olaraq bilinən Rəcəb, Şaban və Ramazan ayları 20 Aprel 2015 bazar ertəsi günü etibariləbaşlamışdır.)
ŞƏRHLƏR