Düş(ün)ənlər

Düş(ün)ənlər

     Sən özünü nə qədər çox düşünsən, insanlar səni o qədər az düşünər. Sən  insanlara əhəmiyyət vermədiyin kimi onlar da sənə əhəmiyyət verməzlər. İşin qəribə tərəfi də odur ki, insanlar başqalarına dəyər vermədikləri halda özlərinə qarşı dəyər və qiymət verilməsini arzu edərlər. Amma bu o qədər də etik bir davranış deyildir.

Müasir dövrümüzün ən çox yayılan psixoloji xəstəliklərindən bir də eqoizmdir. Hər dövrdə var olmasına baxmayaraq yaşadığımız əsrdə olduğu kimi heç bir zaman eqo bu qədər şişirdilməmişdir. Çünki XX əsrin əvvəllərindən başlayan humanizm hərəkatı insanı diqqət mərkəzində saxlamış,onu mükəmməl və qüsursuz göstərmişdir. İnsanın qüsursuz, mükəmməl olduğu düşünülərək kapitalist sistemdə də “insan xəta etməz” deyərək eqoları şişirtməyə hər kəs təşviq edilmişdir.Bundan sonra sistem insanlar arasında mübarizə və yarışmanı tələb etmiş,insanlararası yarışmanın var olduğu bir cəmiyyətdə də hər kəs öz eqosunu daha üstün görməyə başlamışdır.Məsələn, Amerikan şirkətlərinin ən məşhur xüsusiyyətlərindən biri də şirkətdaxili rəqabətin formalaşdırılmasıdır.Demək olar ki, hər kəs bir-biri ilə yarışır. On nəfər yarışır və üç nəfərqalib, yeddi nəfər məğlub olur. İşin başlanğıcından etibarən onda yeddi məğlubiyyət vardır. On nəfərdən yeddi nəfər özünü uğursuz və bədbəxt hiss edir.Nəticədə şirkət və ya fabrik istehsalı artırır. Belə demək mümkündürsə ümumi görünüşdə cəmiyyət qazanır, arxa planda isə fərdlər itirir.

Bununla da cəmiyyətimizdə narsist insanlar yetişməyə başlayır. Narsist insanların eqoları o qədər böyük olur ki, dünyanı "mən və digərləri" deyə iki yerə ayırırlar. Sadə insan olmaqdan qorxar və daim çalışarlar.Bu tip insanlar 24 saat dayanmadan üzərək yaşayan köpəkbalıqları kimi dayandıqları zaman öləcəklərini düşünərlər.Eqoizmin insanı həlak edən ən böyük duyğulardan biri olduğunu bilməzlər. Halbuki eqoizm insanın xoşbəxtliyinə mane olan, insanı yalnızlaşdıran bir duyğudur. Xüsusilə də Amerikada CEO xəstəliyi olaraq bilinir. İl ərzində10 milyon dollar qazanan böyük beynəlxalq firmaların müdirləri o qədər güclüdürlər ki, dünyada hər şeyi edə biləcəklərinə inanırlar.Ancaq bu insanlar təqaüdə çıxdıqdan sonra onların əksəriyyətiinfarkt keçirir, xərçəng xəstəliyinə düçar olur və ölürlər. Bu insanlarda narsizm peşə xəstəliyi halına gəlir. Onların ətrafında olan  insanlar hər zaman onlara tabe olur,  onlardan bir zərər gəlməsin deyə, bir dediklərini iki etmirlər. Hər kəsin onlara bəli dediyi üçün bu insanlar  diktator şəklini alırlar. Təqaüdə ayrıldıqdan sonra isə bu insanların ətrafında heç kim qalmır. Bəlkə də bu da normal bir haldır, çünkiinsanlar hər zaman güclünün yanında, zəifin uzaqlığında durmağa həvəslidirlər. Halbuki onlarvaxtındayaxşılıq etsəydilər, o insanların bir qismi getsə belə,həqiqi dostları onların yanında qalardı.

Düşünürəm ki, bu hekayə bu vəziyyəti daha yaxşı açıqlamağa kömək edəcəkdir: Bir gün bir adam atı və iti ilə birlikdə səhrada susuz qalır. Sağa-sola gedib üzərində cənnət yazılan gözəl bir şəkildə bəzədilmiş bir qapı tapır.Qapının qarşısındakı  gözətçiyə “mən susuzam”deyir. Gözətçi belə cavab verir; “sənə su verə bilsək də, heyvanlara su verə bilmərik. Onlar çöldə qalsınlar, sən içəri keçib su içə bilərsən.” Həmin şəxs heyvanları düşünərək o qapıdan içəri keçib su içmir və başqa bir qapıya üz tutur. Əvvəlki qapıdan daha sadə bir qapının yanına gəldiyi zaman qapıda dayanan adam,“hamınız içəri girə bilərsiniz”,- deyir.  Adam “bir az əvvəl başqa bir qapıya getdik, çox gözəl və ehtişamlı bir qapı idi. Orada bizi içəri almadıqları üçün buraya gəldik. Ancaq siz burada bizi yaxşı qarşıladınız.Bəs nəyə görə bizi o gözəl qapıdan içəri almadılar, amma siz aldınız”,- deyə soruşur. Qapıda duran adam  “həqiqi cənnət buradır, dostlarını satanlar orada qalır, əslində ora cəhənnəmdir, dostlarını satmayanlar isə bura gəlirlər”,- deyir.

Bəli, hekayədən də göründüyü kimi ətrafındakılara dəyər verən insanlar güclərini itirsələr belə  tək və yalnız qalmazlar. Gözdən və qəlbdən düşmədən düşünmək ümidi ilə....

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz