Qarşılıqsız Sədəqə

Qarşılıqsız Sədəqə

Hz. Aişə (r.anha) fəqirlərə göndərdiyi sədəqələri bəzəyəb ən mükəmməl hala gətirəndən sonra göndərərmiş. Nə üçün belə edirsən deyənlərə bu cavab; verərdi:

- Mən Allah Rəsulu (s.ə.s)-dən eşitdim ki; “Sədəqə, ehsan və ikram yoxsulun əlinə keçmədən əvvəl Allahın əlinə düşər.” Allahın əlindən keçən sədəqə də oraya layiq olmalıdır.

Bir də kiminlə o sədəqəni göndərirmişsə, ona belə tənbeh edərmiş:

“- Diqqətli ol! Sədəqəni alan fəqir necə dua edərsə, o duanı əzbərində saxla və mənə çatdır”

Bunun hikmətini soruşanlara isə belə cavab verərmiş:

- O duanı mən də fəqir üçün edim ki, o dua sədəqəmin qarşılığı olmasın. Sədəqəmin  qarşılığının ancaq Allah rızası olmasını istəyirəm

 

İslam böyüklərinin sədəqə və zəkat ibadətində “ sədəqə verən, alana təşəkkür etməlidir” sözü indi daha çox aydın oldu.

 

Ruzini kim verir?

 

Müsəlmanlar Məkkədə müşriklərin zülmünə məruz qaldıqda Allah Rəsulu Yəsribə (Mədinəyə) köç etmələrini əmr etdi. Müsəlmanlar:

- Biz ora necə gedə bilərik? Orada nə yerimiz-yurdumuz, nə də malımız-mülkümüz var. Bizi kim yedirib-içirəcək? -dedilər.

Bunun üzərinə Allah (c.c) bu ayəni endirdi:

“Neçə canlılar vardır ki, ruzisini yanında daşımır.Çünki onların da, sizin də ruzinizi Allah verir. O, hər şeyi eşidir və bilir.” (əl-Ənkəbut, 60)

 

HİKMƏTLƏR

Müsibət və Fəqirlik

Bir hökmdara bənzəri görülməmiş dərəcədə böyük, inci və almazla süslənmiş bir su qabı hədiyyə etdilər. Hökmdar buna çox sevindi. Yanındakı bir alimdən “bu hədiyyə haqqında nə deyirsən?” deyə soruşdu.

Alim:

- Bunu bir müsibət və fəqirlik olaraq görürəm -dedi.

- Bu neçə ola bilər ki? -soruşan hökmdara, alimin cavabı belə oldu:

- Əgər qırılsa, səbir edilməz bir müsibət. Oğurlansa, bənzəri görülməmiş bir fəqirlik olar. Amma bu sizə verilmədən əvvəl siz bu müsibət və fəqirlikdən əmin-amanda idiniz.

Hələ məclis dağılmamışdı ki, su qabı düşüb qırıldı. Hökmdar buna çox kədərləndi və belə dedi:

- Alim doğru söylədi, KAŞ Kİ, BU SU QABI MƏNƏ HEÇ VERİLMƏYƏYDİ.

Əsl Padşah

Abdullah b. Mübarək (rəh.ə) Harun Rəşidi ziyarətə gələndə əsgərlər və xalq onun ətrafında toplandı. Onu görmək istəyənlər böyük izdham meydana gətirdi.

Xəlifənin anası sarayın pəncərəsindən xalqın ona olan rəğbətini görüncə, onun kim olduğunu soruşdu.

- Xorasanın alimidir, -dedilər. Xəlifənin anası:

- Vallahi əsl mülk və izzətə sahib olan, əsl padşah olan odur. Xalqı dəyənək və qırmancla bir yerə toplayan Harun deyil...  -dedi.

 

HAZIR CAVABLAR

 

Nə xeyri var?

Bir nəfər alimdən soruşur:

-“Əfəndi! Mən namaz qılsam Allaha nə xeyri var?”

Alimin cavabı sualla olur.

- Sən namaz qılmasan, özünə nə xeyrin olacaq?

 

                                                           HƏYAT NƏ ZAMAN BAŞLAYIR?


    “Həyat qırx yaşdan sonra başlayır” deyən adama alim bu cavabı  verir:
    “Əgər otuz beş yaşında ölməsən!..”

 

ÖLÜLƏR ÇİÇƏK İYLƏMƏZ

 

Amerikalı iş adamı bir çinlidən istehza ilə soruşur:
    - Ölüləriniz, məzarlarına qoyduğunuz düyüləri nə zaman yeyəcək?
    Çinli başını qaldırmadan cavab verir:
    - Sizin ölüləriniz, qoyduğunuz çiçəkləri iylədiyi zaman.

 

                                                                         RİYAKARA CAVAB


    Bir nəfər Hz. Əli (r.a)-ı qiyabında (yəni arxasından) pislədiyi halda üzünə  qarşı öyməyə başlayınca, ondan bu cavabı alır:
    “Söylədiklərindən daha aşağı, amma qəlbindən keçirdiklərindən dah

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz