Həyat Dəftərindən
Bir zamanlar Afrikada hökmranlıq edən bir kral vardı. Kral hələ uşaqlığından dostluq etdiyi, birlikdə böyüdüyü bir dostunu heç yanından ayırmazdı. Hara getsə onu da özü ilə birlikdə aparardı.
Kralın bu dostu tamam fərqli xaraqterə sahib idi. İstər öz başına gəlsin, istərsə də başqasının, istər yaxşı, istərsə də pis; hər hadisə qarşısında həmişə eyni sözü söyləyərdi:
“Bunda da bir xeyir var!”
Bir gün kral dostları ilə birlikdə ova çıxırlar. Kralın digər dostu tüfəngi doldurub ona verir. Kral da atəş açır. Tüfəng səhv doldurulduğu üçün atəş əsnasında kralın baş barmağı qopur.
Vəziyyəti görən dostu həmişə söylədiyi sözü söylədi:
“Bunda da bir xeyir var!”
“Bunda xeyir filan yoxdur! Görmürsən, barmağım qopdu?” və sonra da hirsi soyumadığı üçün dostunu zindana atdırır.
Bir il sonra, kral adamyeyən qəbilələrin yaşadığı və əslində yaxınlaşmaması gərəkən bir ərazidə ova çıxmışdı. Adamyeyənlər onları ələ keçirdilər və kəndlərinə apardılar. Əllərini, ayaqlarını bağladılar və kəndin meydanına odun yığdılar. Sonrada odunların ortasındakı dirəklərə bağladılar.
Tam odunların yandırılacağı sırada kralın baş barmağının olmadığını gördülər. Bu qəbilə batil inancları səbəbiylə bədən üzvlərindən biri əskik olan insanları yemirdilər. Belə bir insanı yedikləri təqdirdə başlarına dəhşətli bəlaların gələcəyinə inanırdılar. Bu qorxu ilə kralı dirəkdən açaraq buraxırlar.
Sarayına qayıtdıqda, qopmuş barmağı sayəsində xilas olduğunu anlayan kral dostuna qarşı etdiyi hərəkətindən peşman oldu. Zindana getdi və zindandan çıxardığı dostuna başına gələnləri bir-bir danışdı.
“Sən haqlı idin” dedi. “Parmağımın qopmasında doğrudan da bir xeyir vardı. Buna görə də səni bu qədər uzun müddət zindanda tutduğum üçün üzr istəyirəm. Etdiyim çox haqsız və pis işdi.”
“Xeyr” deyə qarşılıq verdi dostu. “Bunda da bir xeyir var.”
“Ən yaxın dostumu bir il boyunca zindanda tutmağın nə xeyri ola bilər axı?”
“Əgər mən zindanda olmasaydım, sizinlə birlikdə ova gedəcəkdim, o zaman məni də öldürəcəkdilər!”
Dünyanı düzəltmək
Bir həftənin yorğunluğundan sonra bazar gününün səhəri qalxdıqda bütün həftənin yorğunluğunu çıxarmaq üçün qəzeti əlinə aldı. Bütün günü evdə istirahət etməyi düşündü.
Elə bu zaman oğlu qaçaraq gəldi və kinoya nə vaxt gedəcəklərini soruşdu.
Oğluna söz vermişdi ki, bu bazar onu kinoya aparsın. Amma heç çölə çıxmaq istəmədiyi üçün bir bəhanə gətirdi. Masanın üstündəki dünya olan şəkli gördü.
Əvvəlcə dünya xəritəsini kiçik parçalara ayırdı və oğluna “əgər bu xəritəni düzəltə bilsən səni kinoya aparacam” dedi, sonra da belə düşündü. “Ən yaxşı coğrafiya professorları belə gətirsən bu xəritəni axşama qədər düzəldə bilməzlər.”
Aradan on dəqiqə keçdikdən sonra oğlu qaça-qaça atasının yanına gəldi və “ata, xəritəni düzelttim. Kinoya gedə bilərik?”- dedi.
Atası əvvəlcə inanamadı. Şəkilə baxdıqda isə gözlərinə inanmadı. Oğlundan bunu necə düzəltdiyini soruşdu.
Uşağın cavabı çox mənalı oldu: Mənə verdiyin xəritənin arxasında adam şəkli vardı. İnsanı düzəltdiyim zaman dünya özü-özünə düzəlmişdi.
Hirslənmək
Ata yenicə aldığı yük maşınına baxmaq üçün evindən çıxdığında üç yaşındakı oğulunun çox xoşbəxt bir şəkildə əlindəki çəkiclə yük maşınının kapotunu məhv etdiyini gördü. Dərhal oğlunun yanına gəldi və uşağın əlinə çəkiclə vurmağa başladı. Bir az sakitləşdikdən sonra oğulunu xəstəxanaya apardı. Həkim uşağın qırılan sümüklərini əvvəlki halına gətirmək üçün əlindən gələni etsə də heç bir nəticə alınmadı. Uşağın iki əlinin barmaqlarını kəsmək məcburiyyətində qaldı. Uşaq əməliyyatdan çıxıb gözlərini açdıqda əllərinin sarıqlı olduğunu fərq etdi və məsum bir ifadəylə “Atacan, yük maşınına zərər verdiyim üçün üzr istəyirəm.” dedi və sonra atasından soruşdu: “Barmaqlarım nə vaxt yenidən çıxacaq?” Evə gəldikdən sonra ata əbədi olaraq gözlərini həyata yumdu...
Biri masaya süd dağıtdıqda, ya da bir körpənin ağladığını eşitdiyinizdə bu əhvalatı xatırlayın. Çox sevdiyiniz birinə qarşı səbrinizi itirdiyinizi anladıqda əvvəlcə bir az düşünün. Maşınlar təmir edilə bilər, amma qırılan sümüklər və zədələnən duyğular heç bir zaman təmir edilə bilməz: İnsan səhv edər. Hamımız səhv edərik. Lakin hirslə və düşünmədən edilən şeylər insanı sonsuza qədər narahat edər. Hərəkətə keçmədən əvvəl durun və düşünün. Səbirli olun. Anlayış göstərin və sevin...
ŞƏRHLƏR