Hazırcavablar
Donuz əti yemək haramdır
Əsir düşən Şeyx Şamilin önünə qoyulan yeməyi iştahla yediyini görən rus Generalı:
“Məni də yeyəcəyindən qorxuram.” -deyərək ona sataşır. Bunu eşidən Şeyx Şamil belə cavab verir:
“Generalımızın qorxmasına ehtiyac yoxdur. Ona deyin, bizim dinimizdə donuz əti yemək haramdır.”
Hədiyyə
Əziz Mahmud Hüdayi həzrətləri, bir gün Osmanlı Padşahı Sultan Əhmədin göndərdiyi hədiyyəni qəbul etməyib, geri qaytarır. Padşah da o hədiyyəni başqa bir alim olan Əbdülməcid Sivasiyə göndərir. Əbdülməcid Sivasi isə padşahın göndərdiyi hədiyyəni qəbul edir.
Bunu görən padşah: “Əbdülməcid Əfəndi! Əziz Mahmud sənin qəbul ettiyin hədiyyəni qəbul etməmişdi,” dediyində: Əbdülməcid Əfəndi belə cavab verir: “Əziz Mahmud simurq quşu kimidir. O elə kiçik şeylərə tənəzzül etməz.”
Sultan Əhməd bu dəfə də Əziz Mahmuda:
“Sənin qəbul etmədiyin hədiyyəni Əbdülməcid Sivasi qəbul etdi,” dediyində, Əziz Mahmud Hüdayi həzrətləri belə cavab verir:
“O, dəniz kimidir, içinə bir damla nəcasətin düşməsiylə korlanmaz”.
Yuxu qardaşlığı
Mövlana həzrətləri tələbələrindən biriylə yolda gedərkən, yol kənarında bir neçə itin bir-birilərinə sarılaraq yatdıqlarını görürlər.
Yanındakı tələbəsi:
- Necə də gözəl bir qardaşlıq nümunəsi, deyər. Kaş ki, insanlar da bundan dərs alaydılar.
Mövlana təbəssüm edərək cavab verir:
- Aralarına bir sümük at, sonra gör qardaşlıqlarını.
Spirtsiz pivə içmək olarmı?
Bir din aliminə “Spirtsiz pivə içə bilərəmmi?” deyə sual verilir. O da suala Molla Nəsrəddinin bir lətifəsi ilə cavab verir:
“Bir nəfər Molla Nəsrəddindən:
- Tualetdə bir şey yemək olarmı? deyə soruşduqda bu cavabı vermişdi:
- Olar. Amma içəridə başqa bir şey yediyini zənn etsələr, nə deyəcəksən?”
Axmaq dəftəri
Məşhur şairlərdən birinin xüsusi bir dəftəri vardı. Axmaq işlərlə məşğul olanların adlarını bu dəftərə yazardı. Bir nəfər başqa birinə hirsləndiyi zaman belə: “Sənin adın da şairin axmaq dəftərində var,” deyə sataşırmış. Bir gün o dövrün padşahı “görəsən dəftərdə kimlərin adları var?” deyə maraqlanır. Əmr verərək şairin əlindəki dəftərin tez hüzuruna gətirilməsini istəyir. Dəftəri şairdən alıb padşaha gətirirlər. Padşah axmaqların adlarının yazılı olduğu o dəftərdə öz adına da rast gəlincə çox hirslənir, hadisəni heç kimə söyləməyərək vəziyyətdən çıxış yolu axtarmağa çalışır. Mükafat vermək adı ilə şairi hüzuruna çağırtdırır, şairdən öz adının nə üçün o dəftərdə yazılı olduğunu soruşur: şair:
- Padşahım, siz mehtərinizə yüz min qızıl verərək Ərəbistandan at gətirməsini istəmədinizmi? O qədər pulu alan bir şəxs heç geriyə qayıdarmı?
Padşah biraz düşündükdən sonra:
- Yaxşı, bəs qayıdarsa... Şair dərhal cavab verir:
- Padşahım heç narahat olmayın, o zaman sizin adınızı silib, onun adını yazaram.
ŞƏRHLƏR