QANADAKI SƏHƏR XORUNA VİDA
Öyrəşmək insan oğlunun qəribə halıdır. Bəlkə də bu öyrəşmədə insan sözünün ünsiyyətlə əlaqəli olmasının da müəyyən mənada payı vardır.
Həyatı dərk etməyə başladıqdan və ətrafında baş verənləri düşündükdən sonra onlar haqqında artıq bir qənaət sahibi olmağa başlayar.
Səhərlər günəş doğulmaqda, axşamlar isə batmaqda, yerini ulduzlara və aya buraxmaqdadır. Bu fövqəladə hərəkət mənzuməsinə belə insan o qədər ünsiyyət edər və adi baxar. Əgər bunları dərin-dərin təfəkkür etməsə, onlardakı incəlikləri idrakdan məhrum qalar. Güman edər ki, günəş həmişə eyni nöqtədən doğar və batar. Zənn edər ki, günəşin özünü işıqlandırdığı və istilətdiyi müddət bir həftə sonrakı ilə eynidir.
Yaz aylarında şimalda İsveçdə imsak ilə iftar arası 21 saatdan artıq ikən, Argentinada təxminən 9,5 saat olan yerlər vardır. Qışda bu məkanlar üçün vəziyyət tam tərsinə dönərkən, ekvatora yaxın bölgələrdə on iki ay boyunca doğuş və batış yerlərində çox da oynama olmadığından gecə və gündüz həmişə təxminən on iki saatdır.
Bədirlənmiş aya diqqətlə baxılmasa, onun həmişə eyni üzünü göstərdiyini fərq etmək olmaz. Yalnız doğan və batan bir ayı seyr etmiş olarıq. Aypara ikən batışını bir neçə gün ard-arda seyr etməsək, hər gün batdığı nöqtənin necə də dəyişdiyini fərq etmərik. Yalnız hər gün bir az daha qalınlaşan bir ayparanı seyr edərik.
Məsələn? Böyük Ayı bürcü adlandırılan ulduzları ömrümüz boyunca seyr etsək də arasındakı tənasübün qorunduğunu, aralarındakı məsafədə daralma və ya açılma olmadığını görərik. Bunun səbəbi isə eyni qalaktikadakı ulduzların bir-birindən uzaqlaşmamalarıdır. Bu uzaqlaşmama ulduzların bir kompas ola biləcəyinə işarədir. Halbuki yalın gözlə seyr edə bildiyimiz Venera, Yüpiter, Saturn, Mars kimi planetlərin vəziyyəti isə belə deyil. Yəni bir il sonra eyni saatda, eyni nöqtədən baxdığınızda təyin etdiyiniz ulduzu eyni nöqtədə gördüyünüz halda, planetləri yerlərini dəyişdirmiş olaraq görərsiniz və ya üfüqdən aşağı endiyi üçün görə bilməzsiniz. Bəlkə də Ayın arxasında gizlənərlər.
Ənam surəsinin 97-ci ayəsində “suyun və qurunun zülmətində (yolunuzu) düz getmək üçün ulduzları sizin üçün yaradan da Odur.” buyurularkən eyni zamanda “eyni qalaktikadakı ulduzların bir-birindən uzaqlaşmadığı gerçəyini” xəbər verir.
Bütün bunlar Allah-Təalanın qüdrətinin əzəmətini idrak üçün çox dərin təfəkkür tələb etməyən səthi şeylərdir bəlkə, bir az araşdırılarsa, idrak edilə biləcək xüsuslardır. Lakin xariqüladə həqiqətlərdir. Baxıb keçməmək lazımdır. Baxdıqdan sonra görməli olduğumuz nəhəng həqiqətlərdir. Təssüf ki, gecələri işıqlı şəhər həyatında yaşadığımız üçün bəzən bunları təfəkkürdən məhrum qalırıq. Lakin bu bir həqiqətdir ki, bu təfəkkürə, günümüzün insanı dünənkilərdən daha möhtacdır.
Bəzən Allah-Təala uca qüdrətini belə böyük kainat vasitəsilə idrak etdirərkən, bəzən də kiçik bir quşla göstərir.
Qanada keçirdiyim beş ay ərzində şahidi olmağı hər səhər vaxtında Rəbbim mənə lütf etdiyi bir mənzərəni sizinlə bölüşmək istəyirəm. Əvvəl məkanı qısaca tanıtmaq yerinə düşər, güman edirəm:
Vəqfimizin bağçasında təxminən iyirmiyə yaxın kokonat ağacı, bir neçə Afrika səlvisi, limon ağacları, başqa bir yerli meyvə ağacı və bir də hər səhər eyni saatda, eyni quşu qonaq edən manqo ağacı var.
Beş vaxt namazımızı Akradakı vəqf mərkəzimizin geniş bir balkonunda əda edirdik. Səhər namazımızı 05.00-da qılırdıq. Hər səhər biz namazda “təhiyyətdə / oturuşda” ikən eyni quş tək başına o manqo ağacına gəlir və öz yerini tutardı. Mühüm bir nüans davardı ki, yolun qarşısındakı qonşu bağçadakı manqoya qonmaz, bizim bağçadakına gələrdi. Bağçamızdakı ağacları da keçərək manqoda taxt qurar və başlayar təsbihinə...
Eyni hal ikinci, üçüncü günlər təkrar edincə diqqətimi cəlb etdi, baxdım, görəsən bizim ağacda meyvə var ki, onun üçün seçilir?
Ancaq xeyr, hər iki ağacda da meyvə yox idi. Hətta bizim manqodan sonra bağşamıza bitişik qonşumuzun yarpaqları tökülmüş bir quru ağacı vardı, 1-2 dəqiqə də orada oxuyur, sonra da ruzisini axtarışa çıxırdı.
Dostlarımdan da soruşmuşdum, görəsən bu vəziyyət onlarında diqqətinicəlb edirdimi? Səhər eyni səhnəni onlar da müşahidə etdikdə, qəribə quşun nəğmələrinə heyrətlə qulaq kəsilmişdilər.
Siz Həşr surəsininin sonundakı “yusəbbihu lilləhi mə fis-səməvəti vəl-ərd / göylərdə və yerdə nə varsa (hamısı) Onu təqdis edib şəninə təriflər deyər” ayəsini oxuyarkən görüş vaxtını və yerini dəyişik salmayan və 7-8 dəqiqəlik nəğmələri ilə o da yanıq tərənnümləriylə sanki həmin ayənin canlı bir təfsirini edirdi.
Bu mənzərə istər-istəməz insanı intibaha gətirir və əvvəlki ayələrdə Rəbbimizin adlarının keçdiyi ayələri, namazda oxuduğunuz digər surələri daha da diqqətli və təsbih hissi ilə oxumağa sövq edir. Yəni bir quş özünü fərq etdirərək sizi tərbiyə edir. Ya da Rəbbiniz sizi onun dimdiyindən çıxardığı səslə tərbiyə edir. Onu bir əhilləşmiş quş olmadığı halda nizamlı olaraq hər səhər bu təsbihat xorunda iştirak etdirərək qüdrətini göstərir.
“Yeddi göy, yer və onlarda olanlar (bütün məxluqat) Allahı təqdis edir. Elə bir şey yoxdur ki, Allaha tərif deyib Ona şükür etməsin, lakin siz onların (dillərini bilmədiyiniz üçün) təqdisini anlamazsınız...” (İsra, 44)
O qəribə quş, o manqo, o quru ağac, öz dillərində nə söyləyirlər məlum deyil. Ancaq o balkonda namazlarını qılıb Quran oxuyan möminlərin təsbihatı, insanın; xüsusilə seçilən yaşıl yarpaqlarıyla bizim manqonun təsbihatı, nəbatatın; qəribə quşun seçdiyi, quruyub odun halına gəlmiş qonşunun ağacının təsbihatı, cəmadatın təsbihatına canlı bir misal idi. Fərqli cinslərdən ibarət olan çoxsəsli səhər xoru dediyim şey məhz budur.
Bəzən okeandan qiblə istiqamətinə əsən səba küləyi və sürüdüyü buludların təsbihatı da öz yerini tuturdu bu harmoniyada. Hələ o buludlar bir də içini tökməyə başlayarsa, heç dayanmayacaq sanarsınız. Bizə əl-Əziz olan Rəbb qarşısında hər şeyin itaət edişi seyr etdirilir. Əl-Bari olan Rəbbimizin bu qədər fərqli cinsi belə bir ortaq nöqtədə görüşdürməsi tərifi qeyri-mümkün bir həzdir.
Lakin, artıq bu xordakı insanlardan biri bu gözəl tərənnümlərin yayıldığı səhər orkestrinə şahid ola bilməyəcək.
Əlvida mürəbbi quş... Bu gün Qanadakı son səhər namazımdır. Ümid edirəm, bəzən gəlmək qismət olar. Səni səhər namazında burada görə bilməsəm, inan ki, çox kədərlənərəm. Çünki səndən çox şey öyrəndim...
Sabah daşıyla, torpağıyla, ağaclarıyla, heyvanatıyla haqqımızda şahidlik edəcəkləri günə hazırlığını Qanada davam etdirən qanalı və türkiyəli qardaşlarımı da Allaha əmanət edirəm.
ŞƏRHLƏR