AH NƏ OLARDI...

AH NƏ OLARDI...

Uca Allah (c.c) Quranı-Kərimdə belə buyurur:

“(Ya Peyğəmbər! Qurani-Kərimi bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu! O, insanı laxtalanmış qandan yaratdı. (Ya Peyğəmbər!) Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir! O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi. (O Rəbbin ki) insana bilmədiklərini öyrətdi”. (əl-Ələq,1-5)

Oxu  ilahi əmrini qəlb aləminə əks etdirmiş Muhamməd  əleyhissalamın ona əmanət edilənləri cəhalət bataqlığından xilas etmək üçün izlədiyi mükəmməl bir davranış və ədəb numunəsi bu gün də öz parlaqlığını sürdürməkdədir. İlahi vəhyin insan təbiətini bu qədər müsbət doğru dəyisməsi, onu tərbiyə etməsi və kamil bir qulluq əri olaraq yetişdirməsi qəlbi İslama meyil etmiş hər bir Adəm övladının Allaha (c.c) təslimiyyət dini ilə şərəflənməsinə səbəb olmuşdur. İslam dininə və Allahın Haqq Peyğəmbəri olan Muhamməd əleyhisalama həyatda olarkən duyulan hədsiz sevgi və ehtiram səhnələri oxu əmrinə bürünən Rəsullulahın zaman və məkan sərhədlərini aşan mənəvi təsvir qüvvəsini dəqiqliklə əks etdirir:

Mübarək Nur dağında ilahi qanunların yer üzünün əmini olan Muhamməd əleyhissalamın qəlbinə göylərin əmini olan Cəbrayıl  əleyhissalam tərəfindən əmanət edilməsi artıq yeni bir dünya və yeni bir əxlaqi düzənin ümumbəşəri münasibətlərə hakim olacağını müjdələyirdi. Böyük bir əmanətlə  şərəflənən Allah Rəsulunun Nur dağından Məkkəyə qaydışı və yol boyu qarşılaşdığı  hər bir ağacın, hər bir daşın “Allahın salamı sənin üzərinə olsun, ey Allah Rəsulu” -deməsi  peyğəmbərimizin titrəyişlərini daha da artırırdı. Baş verən hadisənin ehtişamından sanki yerə-göyə sığmayan Rəsullulahın olub keçənləri Xədicə anamızla bölüşməsi o an üçün böyük əhəmiyyət daşıyırdı. Eşitdiklərinə olduqca dərin və ən əsası Rəsulullahın mübarək qəlbini rahatlaşdıracaq tərzdə qarşılıq verən Xədicə anamızın o an üçün Peyğəmbərimizə göstərdiyi dəstək dillərə dastan ola biləcək bir vəfa borcu nümunəsi idi.

“Allah səni mütləq mühafizə edər, çünki sən qohumlarını düşünən, düşkünlərin əlindən tutan, ehtiyacı olanları geydirənsən. Sənin qonağın heç vaxt əskik olmaz, daim haqqın yolundasan və sən bütünlüklə xeyir yollarına özünü həsr etmiş birisən”.

Oxu əmrinə tuş gəlmiş peyğəmbər qəlbinin yaşadığı təlatümlər Xədicə anamızın təfəkküründə dərin iz buraxmışdı. O, bu təlatümləri ən yaxın əqrəbası və kamil biri olan Varaka İbn Növfələ anlatmaq  əzmində idi. Nəhayət, Rəsululah başına gələnləri ona söyləyincə Varaka inanılmaz bir həyəcan aləminə qərq oldu:

Quddus, Quddus! Varakanın nəfsi qüdrətində olana and olsun ki, əgər mənə dediklərin doğru  isə, ey Xədicə, bu gələn Musa və İsaya gələn Namusu Əkbərdir. Və heç  şübhəsiz ki O, bu ümmətin nəbisidir. Get bunu ona söylə.

Artıq bir müddət sonra Xədicə anamızın  diləyi ilə Rəsulullahla görüşən Varaka İbn Növfəl onu dinləməyə başladı. Dinlədikcə də ilahi istəklə bəşəri münasibətləri kökündən dəyişəcək və ilahi rizaya uyğun olan insanlıq cəmiyyətinin qiyamətə qədər mövcudluğunu saxlayacaq bir həqiqət çırağının hər yeri aydınladacağını qətiyyətlə dərk etməyə basladı. Rəbbimizin bütün bəşəriyyətə, aləmlərə ehsan  etdiyi bu möhtəşəmlik qarşısında İbn Növfəl hər bir insana ibrət olacaq bu ifadələri dilinə  gətirdi:

Ah, nə olardı mən o gün gənc olaydım, xalqın səni haqq davandan dolayı yurdundan (Məkkədən) qovacagı gün sənə yetişərək  dəstək verəydim”.

Rəsulullahın oxu əmrinə talib olduğu ilk anlarda izlədiyi həyat yolunda ona dəstək vermək bəxtəvərliyinə yiyələnməyin önəmini vurğulayan Afif İbn Ömər qaçırmış olduğu fürsəti yana-yana belə dilə gətirir!

Cahiliyə dönəmində ticarətlə məşğul idim. Bir gün Minada Abbas İbn Əbdülmüttəlibin yanına gəlmişdim. Bu zaman oraya bir adam gəldi və namaz  qılmağa başladı. Sonra bir qadın da onun arxasında namaza durdu. Ardınca həddi-büluğ çağına yenicə qədəm qoymus bir gənc də onlara qoşuldu. Onların kim olduğunu soruşduqda  Abbas ibn Əbdülmüttəlib bu cavabı verdi:

Bu öndəki, qardaşımın oğludur, Nəbi olduğunu  söyləyir. Ona hələ bu qadından və bu uşaqdan başqa inanıb tabe olan yoxdur. O, yaxın gələcəkdə Kisra və Qeysərin xəzinələrinin özünə veriləcəyindən bəhs edir. Bu qadın onun xanımı Xədicə binti Xuveylid, uşaq da əmim Əbu Talibin oğlu Əlidir. “Onların nə edirlər?”,- sualına namaz qılırlar cavabını verdi.

Bunları danışan Afif İbn Ömər illər sonra mənliyini qovuran peşmançılığını belə dilə gətirmişdi:

- Ah, nə qədər istərdim o gün mən də müsəlman  olaraq onların dördüncüsü olaydım.

İnsanlıq aləmini əbədi qurtuluş yurduna yalnız hidayətə vəsilə olacaq hər bir fürsəti gözəl bir şəkildə dəyərləndirməklə yaxınlaşdırmaq mümkündür. Unutmayaq ki, oxu əmrini yaşamaq üçün hər bir anımız saysız-heysabsız qurtuluş fürsətləri daşımaqdadır. Allah, Peyğəmbər eşqi ilə mənəvi təkamül pillələrini fəth edən Mövlana Cəlaləddin Ruminin fürsətləri dəyərləndirmə mövzusuna münasibəti olduqca ciddidir:

“Əgər qulluq həqiqətlərini yaşamaq davasında verdiyin tək bir nəfəsin belə qarşılığını görmiyəcəksənsə onda mən kafirəm!”.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz