Müsəlmanın gecə ibadəti

Müsəlmanın gecə ibadəti

Qiyami-leyl, yəni gecənin üçdəikisində oyaq olmaq və onu ehya etməkmüsəlmanın ixlasını və imanını ölçən bir ibadət olan namaz və zikrlə ifa edilir.

 Çünki hər bir müsəlman fərz ibadətlərini yerinə yetirməklə məsuldur. Gecənin bir hissəsində, yuxunun ən şirin vaxtı olan təhəccüd vaxtında qalxıb namaz qılması, Allahı zikr etməsi isə ixlaslı qullara məxsus olan bir haldır.

Hədisi-Şərifdə: “Ümmətimin ən şərəfliləri, Həməleyi-Quran (yəni Qurana xidmət edən hafizlər) və davamlı olaraq gecə ibadətinə qalxanlardır”, -deyə buyurulmaqdadır.

Allah-Təala da səhər vaxtlarında şirin yuxularını bölərək ibadət edən bəxtiyar qulları haqqında belə buyurur:

“Həqiqətən, müttəqilər cənnətlərdə və çeşmələr başında olacaqlar; Rəbbinin onlara verdiyini alacaqlar. Çünki onlar bundan əvvəl yaxşı əməllər etmişdilər. Onlar gecələr (İbadətlə məşğul olub) az yatırdılar.Səhərlər isə (Allahdan) bağışlanmalarını diləyirdilər. Mallarında da dilənçinin və (abrına qısılıb dilənməyən) yoxsulun haqqı (payı) var idi”. (əz-Zəriyat, 14-19)

İmam Rəbbanı həzrətləri buyurur:

Təhəccüd namazını çox qiymətli bil! Şəfaət məqamı olan Məqami-Mahmuddan pay almaq istəyənlər təhəccüd namazını əsla qaçırmasınlar!”

Həsən Bəsri həzrətləri  də:

“Gecə ibadətinə qalxmaq günahlar altında əzilən adama ağır gələr”, -deyərək xəbərdarlıq etmişdir.

Səhərləri ibadətlə əhya etmək qulun Rəbbinə duyduğu xalis məhəbbət və təzimin ən gözəl ifadəsidir. Bunun üçündür ki, səhərləri əhya etmək məhşur  deyimlə: “Hər kişinin deyil, ər kişinin işidir”.

Qurani-Kərimdə:“(Ya Rəsulum!) Gecənin bir vaxtı durub ancaq sənə məxsus olan əlavə (təhəccüd) namazı qıl ki, Rəbbin səni (bununla) bəyənilib təriflənən bir məqama (axirətdəki ən böyük şəfaət məqamına) göndərsin!”– buyurulur.

Amr bin Abəsə (r.a) belə nəql edir: “Ey Allahın Rəsulu, vaxtlar içində Allaha yaxınlıq baxımından digərlərinə görə daha fəzilətli olan bir vaxt varmı? - deyə soruşdum. Belə cavab verdi: “Bəli, Rəbbin qula ən yaxın olduğu vaxt gecənin son qisminin ortasıdır.Əgər o saatda Allahı zikr edənlərdən olmağa gücün çatarsa, bunu et! Çünki (o saatda) namaz məşhuddur (mələklər o əsnada hazır olar)”,- buyurdu.(Nəsai, Məvaqitus-Salət, 35)

Ömər bin Əl-Xəttabdan (r.a) rəvayət olunduğuna görə Rəsulullah (s.a.s) belə buyurmuşdur:

“Hər kim gecə namazını gözəl bir şəkildə qılarsa, yəni qəlbini tərtəmiz tutar və xüşusunu qoruyar, nöqsanlardan qorunarsa, Allah ona doqquz ikram ehsan edər. Bunların beşi dünyada, dördü isə axirətdədir. Dünyadakı beş ikramı bunlar olar:

-Onu dünyada bəla və müsibətlərin çətinliyindən mühafizə edər.

-Namazın əsərini üzündə əks etdirər.

-Onu salih qullarına və bütün insanlara sevdirər.

-Dilində hər daim hikməti əbədi qılar.

-Dində incə anlayışa sahib olma şərəfiylə nəsibləndirər.

Axirətdəki dörd ikramıisə bunlar olar:

-Qiyamət günündə qəbirdən qalxan zaman üzü ağ olaraq həşr edilər.

-Hesabını rahatlaşdırar.

-Əməl dəftərini sağ tərəfindən verər.

-Sirat körpüsündən ildırım kimi keçər.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz