Mövlana Dərgahından Əsintilər -AYNADAKI YALAN
“Sən, ey ilk bahar gözəlliyinə qarşı dodağını dişləyibheyran olan kimsə! Bir də payızın saralmış halına və soyuqluğuna bax.”
“Şəfəq vaxtında gözəl Günəşin doğuşunu görüncə qürubzamanı onun ölümü demək olan batışını da xatırla.”
“Bu xoş çardaqda – yəni məhtablı bir gecədə - bədirlənmişQəmərin lətafətini görürsən; Onun bir də ayın sonlarına doğru uğradığı zərif və bədr halına olan həsrətini düşün!”
“İnsan da eynən bu macəranı yaşayar: kamalı və camalı zavala məhkumdur.”
“Gözəl bir cocuq, baxarsan ki, gözəlliyi ilə xalqın sevgilisi olmuşdur. Bir müddət sonra ələ salınan bir ixtiyar halına gəlir və xalq içində rəzil olur.”
“Əgər gümüş bədənli gözəllər səni ovladısa, ixtiyarlıqdansonra bir də o pambıq tarlasını xatırladan o bədənəbax.”
“Ey yağlı-ballı yeməklər və dadlı qidalar görüb imrənən!Həlaya get və onların aqibətini orada gör!”
“Nəcisə de ki: sənin o gözəlliyin, gözəl qoxun və tabaqiçərisindəki zövqü-lətafətin hanı?”
“Cavabında deyər ki: o saydığın şeylər qönçə idi, məndə qurulan bir tələ. Sən o tələyə düşüncə qönçə əridi, solduvə pisliyə döndü.”
“Ustaları heyran qoyan elə məharətli əllər vardır ki,sonunda titrək olmuşlar.”
“Həmçinin parlaq və nərgiz baxışlı (qumral) bir gözü,sonda çipil olmuş və suları axan bir halda görərsən!”
“Həmçinin aslanlar səfində olan aslan kimi igid bir ər,gün gələr siçan kimi aciz birinə məğlub olar.”
“...Üstün qabiliyyətli bir sənətkarı sonunda acizliyəbürünmüş bir zavallı kimi işə-gücə yaramaz bir halda görərsən.”
“...Ağılları başdan alan müşk qoxulu və qıvrım bir zülf, ixtiyarlıqda çöl eşşəyinin quyruğu kimi çirkinləşir.”
“Bütün bu şeylərin ilk və lətafətli hallarına bax! Sonrada onların necə əzildiklərini və nə hallara düşdüklərinigör!”
“Çünki bu aləm öz tələsini quraraq bu vasitə ilə neçə-neçəxam ruhları aldadıb məhv etmişdir.”
“Beləcə aləmin hər cüzünü say və əvvəlki halı ilə sonrakı halını göz önünə gətir.”
“Hər kim ki, nəfsin əsiri olmaqdan və məcazlara (kölgələrə)aldanmaqdan qurtularsa, Allaha o qədər yaxınlaşar.”
“Gözəlliyi ilə iftixar edən, Ay kimi parlaq olan hərgözəlin üzünə bax! Fəqət, əvvəlini gördükdən sonra sonunada nəzər et ki, şeytan kimi təkgözlülük etməyəsən, yənibir şeyin dünya tərəfini görüb, axirət tərəfini görməməkaxmaqlığına düşməyəsən.”
“Şeytan, Adəmin çamırını gördü, ucalığını görmədi. Budünyaya aid olan çamırı seyr etdi. Fəqət o biri aləmə aidolan mənəviyyatına qarşı kor oldu. Şeytanın bilmədiyi tərəfHaqqın xəlifəsi (xəlifətullah) olmasıdır.”
“Ey insan, dünyadan bir-birinə zidd olan iki səs gəlir.Əcəba, sənin qəlbin hansını almaqda istedadlıdır?..”
“O səslərdən biri Allaha yaxınlaşanların halı, digəriisə aldananların halıdır.”
“Bu səslərdən birini qəbul etdinmi, o birini hətta duymazsan.”
“Çünki sevən bir kimsə sevdiyinin ziddi olan şeylərəqarşı, adətən, kor və kar olur.”
“Ey yolçu (təriqət yolçusu - salik); aynadakı son naxışa bax!Bir gözəlin ixtiyarlığındakı çirkinliyini və bir binanın xarabahalına gələcəyini düşün və aynadakı yalana aldanma!..”
“Xoşbəxt o kimsədir ki, Haqq ərlərinin duyduqları səsiöncədən eşitdi.”
ŞƏRHLƏR