KAİNATIN GENİŞLƏNMƏSİ MÖCÜZƏSİ

KAİNATIN GENİŞLƏNMƏSİ MÖCÜZƏSİ

XX əsrin əvvəllərinə qədər elm dünyasında kainatın sonsuz ölçülərə malik olub, sonsuzdan bəri var olub və sonsuza qədər də var olacağı fikri hakim idi. Ancaq müasir texnologiyalar vasitəsi ilə aparılan tədqiqatlarda görülmüşdür ki, kainatın bir başlanğıcı var və  o hər an genişlənməkdədir.

Uzun araşdırmalar nəticəsində alimlər kainatın “Böyük partlayışdan” (Biq-Bənq) sonra meydana gəldiyini və dayanmadan genişləndiyini kəşf etdilər. Hansı ki, əvvəllər kainatın sabit olub, dəyişmədiyi (statik kainat modeli) fikri hakim idi.  Bu fikir eyni zamanda materialist fəlsəfənin əsasını təşkil edirdi. Ancaq daha sonra Amerikalı astronom Edvin Habbl nəhəng teleskopla göy üzünü araşdırarkən ulduzların və qalaktikaların bir-birindən sürətlə uzaqlaşdıqlarını kəşf etdi. Bu kəşf astronomiya tarixinin ən böyük kəşflərindən biri sayılır. Habbl öz müşahidəsində gördü ki, ulduzların işıqlarında qırmızı istiqamətə tərəf bir yayılma var. Bu da fizika qanununa görə ulduzların bir-birindən uzaqlaşması mənasına gəlirdi. Bütün bunlar ulduzların və qalaktikaların sadəcə bizdən deyil, eyni zamanda bir-birlərindən də uzaqlaşdığını göstərirdi.

Kainatın durmadan genişləndiyini kəşf edən alimlər əlbətdə 1400 il bundan əvvəl oxuma-yazma bilməyən biri tərəfindən hələ XX əsrdə kəşfi mümkün olan bu hadisədən Allahın vəhyindən başqa cür xəbər verə bilməyəcəyini bilsəydilər mütləq iman edib müsəlman olardılar.

Kainatın genişlənməsi barəsində Qurani-Kərimin əz-Zəriyət surəsinin 47-ci ayəsində belə buyurulmaqdadır:

“Biz göyü qüdrətimizlə yaratdıq və Biz çox böyük qüdrət və hakimiyyət sahibiyik”.

Bu ayədə keçən  “musiun” kəlməsinə biraz da diqqətlə yanaşaq. Müfəssirlərə görə bu kəlmədə  iki məna var. Birincisi  “qüdrət və hakimiyyət sahibi olaraq” deməkdir. İkincisi isə “genişlədən” mənasındadır. İkinci mənanı götürəndə ayə bunu ifadə edəcəkdir: “Biz göyü qüdrətimizlə yaratdıq və Biz onu genişlətməkdəyik”. Yəni, bu böyük kainatı biz sadəcə bir dəfəyə məxsus yaradıb buraxmadıq. Əksinə, o kainatı mütəmadi olaraq genişləndiririk. O kainatda daima yeni, heyrətamiz hadisələr baş verməkdədir.

Bütün bunlar təkrar Qurani-Kərimin bəşər sözü olmadığını, əksinə onun ilahi kəlam olduğunu, beləcə də, heç bir zaman elmlə tərs düşmədiyini göstərməkdədir. 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz