BİR HƏDİS

BİR HƏDİS

كُلَّ ذِي حَقٍّ حَقَّهُ، فَأَتَى النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، فَذَكَرَ ذَلِكَ لَهُ، فَقَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «صَدَقَ سَلْمَانُ»

     Salman (r.a), Əbu Dərdaya (r.a) belə demişdir: “Rəbbinin sənin üzərində haqqı vardır. Nəfsinin sənin üzərində haqqı vardır. Ailənin sənin üzərində haqqı vardır. Hər haqq sahibinə haqqını ver!

     Əbu Dərda, Rəsulullahın (s.ə.s) yanına gələrək Salmanın ona dediklərini danışır. Rəsulullah (s.ə.s) ona: “Salman doğru söyləmişdir” cavabını verir. (Buxari, Ədəb, 86; Tirmizi, Zöhd, 63).

     Bu hadisə belə gerçəkləşmişdir: Rəsulullah (s.ə.s) Salman ilə Əbu Dərda arasında qardaşlıq təsis edir. Bir gün Salman (qardaşı) Əbu Dərdanı ziyarət etmək üçün evinə gedir. Fəqət, Əbu Dərda evdə olmadığına görə onu (Əbu Dərdanın zövcəsi) Ümmü Dərda qarşılayır. Salman, Ümmü Dərdanı köhnə, yırtıq-yamağlı paltarlar içində görüncə; Bu nə haldır? –deyə soruşur. Ümmü Dərda ona; Qardaşın Əbu Dərdanın dünya ilə bir əlaqəsi yoxdur (gecə-gündüz ibadətlə məşğuldur) cavabını verir. Bu əsnada Əbu Dərda gəlir və Salmana salam verərək onun üçün yemək hazırlatdırır. Əbu Dərda, Salmana; Buyur ye, mən orucluyam deyir. Lakin Salman; Sən yemədikcə mən də yeməyəcəyəm deyərək əlini yeməyə uzatmır. Bunu görən Əbu Dərda (nafilə orucunu pozaraq) onunla süfrəyə oturur. Gecə olur. Əbu Dərda gecənin ilk üçdə birində namaza qalxmaq istəyir. Bunu görən Salman; Yat! –deyərək ona mane olur. Gecə yarısı Əbu Dərda yenə ibadət etmək üçün qalxmaq istəyincə, Salman yenə ona yat deyərək qalxmasına mane olur. Gecənin son üçdə biri olunca Salman Əbu Dərdaya; İndi qalxa bilərsən deyir. Hər ikisi qalxıb namaz qılırlar. Namazdan sonra Salman, Əbu Dərdaya yuxarıda qeyd olunan çox dəyərli sözləri söyləyir. Rəsulullah (s.ə.s) də Salmanın etdiklərini təsdiqləyərək “Salman doğru söyləmişdir” buyurur.

     Hər bir fərd, dünyaya gəliş məqsədinə uyğun olaraq yaşamalı və axirət ilə dünya arasındakı tarazlığı düzgün təyin etməlidir. Tamamiylə dünyaya bağlanaraq axirəti unutmaq hər iki dünyanın məhvi olduğu kimi, dünyadan əl-ətək çəkərək yalnız axirət üçün çalışmaq da Allahın bəxş etdiyi dünya nemətindən məhrum qalmaq deməkdir. Allah Təala, Qurani-kərimdə bu mövzunu belə açıqlamışdır. “Allahın sənə verdiyi ilə Axirət yurduna can at. Dünyadakı nəsibini də unutma.” (Qəsəs 28/77) Allah Rəsulu (s.ə.s) də “Hamınız `çobansınız` və hamınız himayəniz altında olanlara görə məsulsunuz” (Buxari, Nikah, 90) buyurmaqla insanın idarəsi altında olanlara qarşı məsuliyyət şüuru içərisində davranaraq hər haqq sahibinə haqqını verməyi tələb etmişdir. Unutmamaq lazımdır ki, Haqqı haqq sahibinə vermək ədalət, haqqı haqq sahibindən məhrum etmək də zülümdür.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz