AX, İNSAN!

AX, İNSAN!

​     Zülmə tarix qoyularmı? Nə zaman başladı zülm? Nə vaxt sona çatacaq? Məsələn, Habilin günahı nə idi? Qabili hansı hiss zülmə əl atmağa məcbur etdi?

​    Ey insan, kiçik bədəninlə böyük günahlar işlədin, fərdinqəsənmi? Zülmlə abad olmayacağını bilə-bilə. Həm qardaşına qıydın, həm özünə. İnsanlıq qürurunu, fitrətin gətirdiyi o gözəl duyğuları yox etdin bir-bir. Halbuki Allah səni ən gözəl şəkildə yaratdı. Ən üstün, ən şərəfli bir varlıq qıldı. Amma sən unutdun dəyərini, şərəfini, Rəbbinin sənə nə qədər qiymət verdiyini. Sözünü unutdun. “Bəli, Sən bizim Rəbbimizsən” sözünü unutdun.

​     Aldanma,- dedi, şeytanın hiylələrinə. Nəfsin istəklərinə aldanma. Şeytan daim arxandadır. Sağından, solundan, arxandan, önündən gəldi. Və sən aldandın. Zalımlardan oldun.

​     Səni Yaradan səndən hüzuru, sülhü, əmin-amanlığı təsis etməyi istəyərəkən, sən güclə, hərbə-zorba ilə yaşamağı tərcih etdin, məzlumların ahını aldın.

​     Ax insan!

​     Tarixini göz yaşı, acı və hüznlə qurdun. Nə üçün? İçində mane olmadığın o güclü olmadığın və ən böyük olma həvəsimi? Kim bilir nə qədər məzlumun iniltisi eşidilir  əyilib qulaq assaq yer üzünə. Bu torpağın altından neçə-neçə fəryad yüksələr, bir eşidə bilsək!

​     İnsanlığı, tarixini yox edən nə qədər müharibələr çıxardın, heç vecinə deyil. Torpaq dolusu bir dünyanın heç bir dəyəri olmayan xəzinələri üçün qıydın qardaşına.

​     Daim aldandın, yenə aldandın. Dünyanın sənə vəd etdiklərinə, qızılına, gümüşünə, mədənlərinə aldandın. Bu aldanışla əbədilik həvəsinə qapıldın. Özündən keçdin. Sən ki, insan idin. Yaradanın ifadəsi ilə ən üstün varlıq idin. Amma üstün varlıq olmağı deyil, rəzillərin ən rəzili olmağı seçdin.

​     Ax, insan!

​     Yüz illər keçdi. Nə illər dəyişdirə bildi pis xislətlərini, nə də sən fərqinə vardın nə qədər acı bir halda olduğunu.

​     Zaman gəldi, Firon oldun. Bəzən Qarun, bəzən də Nəmrud. Məzlumların qanında yüksəldi taxtın. Əbu Cəhl oldun bəzən. Utbə oldun Bilalın sinəsində. Mənliyin yüksəldi kölələrin zəif və cılız bədənlərində. Hindin qəzəbi ilə Həmzənin ciyərlərində qan oldun.

​     Zülmdən doymadın; bəşəriyyət iftixarının belinə dəvənin içalatını qoyarkən. Doymadın Habbab bin Ərətin bədənini qızğın dəmirlə dağlayarkən. Süməyyəni, Yasiri dəvələrə bağlayıb şəhid edərkən.

​     Rəbbin əmanətini boynuna götürdün. Ancaq zalım və cahil oldun. Dağların, daşların qorxub almadıqları əmanəti alma cəsarətini yenə göstərdin.

​     Kərbəlada Hüseynə göz dikdin. Qətlinə fərman verdin. Qızğın səhra qumlarını sulayan qanın Seyyidlər Seyyidinin soyu olduğunu vecinə almadan.

​     Ax, insan!

​     Bu dünyanı ağrı-acı ilə doldurmağa haqqın var idimi? Məzlumların çörəyini əlindən almağa? Haqqın var idimi məsumların gələcəyini yox etməyə?

​     İnsanlığın üz qarası əsr oldu iyirmi birinci yüz il. Maskaların bəzəkli olduğu əsr. Demokratiyanın, ədalətin, insan haqqının sözdə mövcud olduğu yüz il.

​     Zalım yenə zalımdır. İllər keçsə də, fironlar sadəcə şəkil dəyişdirir.

​     Budur Bosniya. Hələ dünənki kimi. Yüz minlərlə qardələn kimi səpilmiş Bosniyanın yamaclarına məsum uşaqlar. Halvadan bütlərini yeyən canavar yenə insandır. Özünü inkar edən, gözlərini yuman yenə insandır.

​     Ax, insan!

​     Fələstinin gözlərindəki yaşı görmürsənmi hələ? İllərdir mərmilərin ortasında savaş oyunları oynayaraq böyüyən uşaqların xəyallarını.

​     Güllələrlə dəlmə-deşik olan, başından, sinəsindən, gözündən vurulan, bir nəfəslik canı olan uşaqlar, zülmünlə haraya gedəcəksən, ey insan!

​     Ta Adəmdən bəri bölüşdürə bilmədiyin nə idi?

​     Fələstin insanlığın üzünə düşən bir ləkədir. Ağlaya-ağlaya göz bəbəkləri qurumuş, amma inancından zərrə qədər vaz keçməmiş şəhidlər ordusudur Fələstin. Minlərlə, on minlərlə şəhid oldu. Hər qarışı məzlumların qanı ilə sulandı. Amma sən yenə zülmündən doymadın.

​     İndi Suriya. Qardaşının bədənini paramparça edən bir digəri. Amma zülm yenə insana aiddir. Suriyada insanlıq ölür. Ana bətnində uşaqlar, müdafiəsiz insanlar vəhşicəsinə qətl edilir.

​     Dünyanın hər tərəfindən ahı gəlir insanlığın.

​     “Yoxdurmu bu qaranlıq gecənin səhəri?” şairin dediyi kimi. Yoxdurmu, bu zülmün təkəri önünə daş qoyacaq? Yoxdurmu, hər gün bir-bir yıxılan körpə bədənləri acılarına məlhəm olacaq?

​     Yoxdurmu, səssiz initilərin səsi olacaq?

​     Yoxdurmu, yoxdurmu?

​     Nə qədər davam edəcək bu zülm. Nə qədər?

​     Ax, insan!..

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz