20 YANVAR: FACİƏ, YOXSA QƏHRƏMANLIQ?

20 YANVAR: FACİƏ, YOXSA QƏHRƏMANLIQ?

Fikir vermişəm, hər il 20 Yanvar ərəfəsində baş verən məlum tarixi hadisə 2 tezisin ətrafında müzakirə predmetinə çevrilir. 20 Yanvar qəhrəmanlıq hadisəsi idi, buna görə bu gündə ağlamaq olmaz, onu faciə kimi qeyd etmək lazım deyil və s. Hətta bununla bağlı, az qala, “Bayram kimi qeyd etmək lazımdır” kimi ifrat fikir səsləndirənlərə də rast gəlmək olur. Başqa bir tezisə görə isə 20 Yanvar faciədir və bu hadisə, təbii, matəm kimi qeyd edilməlidir.

O hadisənin birbaşa da olmasa, şahidlərindən biri mən olmuşam. Üstündən 30 il keçsə də, elə detallar var ki, onları çox güman, ömrümün sonuna qədər unutmayacam. İlk öncə onu deyim ki, o hadisənin səhərisi baş verənlər eyni zamanda özündə həm faciəni, həm də qəhrəmanlıq səhnələrini əks etdirirdi. Və bunu gizlətməyəcəm, əhalinin müəyyən hissəsində qorxu da var idi. Məsələn, səhər Bakıya təyin olunmuş general Dubinyak meqafonla Bakı əhlinə olan müraciətini oxuyandan sonra mən yaşayan məhəllədə şayiə yayıldı ki, əsgərlər evlərə girib adamları güllələyəcək. Düzdür, belə bir faciə baş vermədi, amma 20 Yanvardan sonra bir neçə ay ərzində gecə saatlarında Sovet ordusunun güllələrindən dünyasını dəyişən və yaralananlar da oldu. O gün faciəni şəhidlərin yaxınları, qohumları və millət yaşayırdı. Eyni zamanda milyondan çox adamın şəhərdə tanklar, zirehli transportyorlar və əli silahlı əsgərlərin olduğu halda, qorxmadan şəhidlərin dəfnində iştirak etməsi qəhrəmanlıq aktı deyildi, bəs nə idi?

Bu hadisədə faciə və qəhrəmanlıq payının hansının çox olmasını müzakirə etməyin özü hardasa mənə absurd gəlir, çünki tarixi məsələlərin təhlilində adətən, dəqiq formulalar əsasında mülahizələr irəli sürmək həmişə çətin olub. Amma bir şeyi dəqiqliklə söyləyə bilərik ki, 30 il sonra 20 Yanvar daha çox milli qəhrəmanlıq hadisəsi kimi qeyd edilir, nəinki faciə kimi. Bir şeyi də unutmaq olmaz ki, on illər keçdikcə, bu cür hadisələr tarixin səhifələrinə çevrilir

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz