TÜRKÜSTAN, ACIDƏRƏ VƏ ƏLİABAD

TÜRKÜSTAN, ACIDƏRƏ VƏ ƏLİABAD

Qazaxıstan ucsuz-bucaqsız boşluğun, səhranın və üfüqün ən kəskin şəkildə hiss edildiyi coğrafi ərazilərdən biridir. Sonsuzluq hissi verən səhrada gedərkən Qazaxıstan bayrağındakı səmanın mavi rəngini, günəşi və qartalı başınızın üstündə hiss edərsiniz.

Çimkəndlə Türküstan arasında, ərazisinə görə dünyanın 9-cu böyük ölkəsində (2.727.300 km2) səfər edərkən sizi yol kənarındakı bir abidə salamlayar. Salama yalnız sözlə qarşılıq vermək olmaz, abidəni ziyarət edirik. Üzərində bunlar yazılıb:

Qıpçaq soyundan

İzbasarov Kəncəbay Əliməhəmməd oğluna

30.06.1970 – 19.07.2005

“Ürək səni ansa, sevgilim deyə sızlar”.

Yaxınlarının başdaşında “ruhuna fatihə”, “Huvəl Baqi” kimi cümlələrlə qarşılaşmağa adət etmiş bizlər üzərində ruhani heç bir yazının yer almadığı bu daşın soyuqluğunu dərindən hiss edirik. Abidədə avtomobil rolu da var. Buna əsasən şəninə abidə ucaldılan şəxsin qəzada vəfat etdiyini anlayırıq.

Heykələ həkk olunmuş panama papaq əvvəlcə heykəltəraşların beynindən, sonar əlindən və nəhayət qayadan çıxmış. Papaq bir az üzüaşağı əyilmiş vəziyyətdədir. Panamanın əyriliyi istiyə boyun əymiş və kölgədə yatan sambrerolu meksikalıları xatırladır. Meksikalılar istiyə, Kəncəbay isə Əzrayıla təslim olmuş.    

Abidə və məzar daşlarını hazırlayan istifadə etməz. Pulla alanın işi onu yerinə qoydurmaqdır. Qəbrin içində yatanın da məzar daşından heç bir xeyri yoxdur. Məzar daşı və abidələr yaşayan və görən insanlar üçündür.

Doğum və ölüm arasında yaşanan prosesi mənalandırıb həyatına ona görə istiqamət verə bilməyən bir insane ilə rəfdəki pişik, kəpənək və milçək arasında heç bir fərq yoxdur. Sonsuzluqdan xəbər verən peyğəmbərlərdən və müqəddəs kitabdan nəsibi olmayan insan iki bəyaz arasında (qundaq-kəfən) keçən ömrünü mənalı hala gətirə bilməmişdir. Başdaşlarına doğum və ölüm tarixi yazılarkən bu iki tarix arasına tire (nazik xətt) çəkilir. Həyat bu incə xəttin üstündə, acısı və şirini ilə, ibadəti və üsyanı ilə, szağlamlıq və xəstəliyi ilə yaşananlardan ibarətdir.

Osmanlı zamanında başdaşlarının üstünə qəbirdə yatan ölünün elmi, peşəsi və təriqətinə uyğun simvollar nəqş edilirdi. Ölən adam alim olardısa, sarıqlı başdaşı qoyular, mövləvidirsə, Mövlana külahına oxşar sivri daş yonulardı. “Necə yaşayarsınızsa, o cür ölərsiniz. Necə ölərsinizsə, o cür də həşr olunarsınız” hədisinə görə sarıqlı yaşayan sarıqlı, şapkayla yaşayan şapkalı ölür. Qəbir və başdaşı da sarıqdan, şapkadan, adamın azarkeşlik etdiyi komandadan nəsibi alar.

Bu abidənin ətrafının boş olması Bakı-Şamaxı yolundakı Osmanlı zabiti İzzət Çavuşun tənha məzarını xatırladır. İzzət Çavuş 1918-ci ildə Bakıda ermənilərin törətdiyi soyqırıma qarşı çıxmaq üçün yola düşən zabitdir. Bir erməni əsir tərəfindən xaincəsinə şəhid edilir və şəhid olunduğu yerdə dəfn olunur, ordu isə yoluna davam edir. İzzət Çavuş haqqında ətraflı məlumatımız yoxdur. Yeganə bildiyimiz onun ali və ülvi bir məqsədlə yola çıxmasıdır. Necə yaşamaqdan daha mühüm olan nə üçün yaşamaqdır. Yolda olmaqdan və yolda ölməkdən daha əhəmiyyətli nə üçün yolda olmaq və həmin yolda nə üçün ölməkdir. Bizim bələdçimiz topal qarışqadır. Həccə getmək üçün yola çıxan topal qarışqa özünə gülənlərə “hədəfə çatmasam da o yolda ölərəm”, -demişdir.

 Vaxtilə Teymur imperatorluğu hüdudlarında qaıan torpaqlarla irəliləyərkən topal qarışqanın hər dəfə bizi ötdüyünü hidd edirik. Məktəb illərində oxuduğumuz tısbağa və dovşan yarışında olduğu kimi ağac altında yataraq tısbağaya uduzan dovşan olmaq nə qədər kədərlidir!

Rəvayətə görə bir müharibədə Teymur ayağından yaralanır. Yorğun-arğın vəziyyətdə taxtına oturur və öz-özünə “topal adamdan sultan olmaz, taxt-tacı buraxmalıyam” deyə düşünərkən taxtına çıxmağa çalışan bir qarışqa görür. Dəfəlrələ sürüşüb aşağı düşən qarışqa niyyətindən əl çəkmir və nəhayət taxta çıxmağa müvəffəq olur. Bunu görən Teymur o andaca qərarını dəyişir. Əsgərlərini yığıb “ayaq ləng (topal) olsun, təki ürək olmasın ləng”,- deyərək hazırlanmalarını əmr edir.

Akasiya ətirli, darçın qoxulu, qızıl deyil, hər rəng güllərin gözəllikdə və xeyirdə bir-biri ilə yarışdığı bərəkətli Əliabad qəsəbəsi… Qəsəbə məzarlığında Hafiz Emin Kürşat Yeter uyuyur. Başdaşı da həyatı kimi sadə və təvazökar. Daşın yuxarı hissəsində “Huvəl-Baqi” (Əbədi olan Odur) yazılıb. Emin hoca qəbrindən belə yaşayanlara xəbərdarlıq edir: “siz fanisiniz, bu gün varsınız, sabah yox, həyatı ona görə yaşayın”. Adından əvvəl hafizliyi yazılıb başdaşına. Emin hocanı tanımaq üçün hafizlik vəsfi kifayətdir. Dünyada sahib olunan sifətlər axirətdə fayda verməlidir. Panama papaq, maşın rolu, futbol azarkeşliyi, moda və musiqi sevgisi axirətdə fayda verməyəcək.

Uzandıqca azalan nədir?- sualına verilən cavabın ömür olduğunda şübhə yoxdur. Azalan ömrün bitməməsi ehtimalı da yoxdur. Hər kəs həyat adlı yoldadır. Mühüm olan nə məqsədlə yolda olmaq və nə üçün yaşamaqdır.

Azərbaycandan çox uzaqda olan Kəncəbay, Şamaxıdakı İzzət Çavuş və 26 mart 1999-cu ildə vəfat edən Hafiz Emin Kürşat Yeter üçün əl-Fatihə!..

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz