“DAŞ YUXULAR” görən xəstə təxəyyüllü yazıçıya cavab

“DAŞ YUXULAR” görən xəstə təxəyyüllü yazıçıya cavab

Jurnalın bu sayında 1918-ci il mart soyqırımına aid yazacağım məqalə üçün bəzi tarixi mənbələrə bir daha müraciət edərək faktları dəqiqləşdirirdim. Çünki tarixi saxtalaşdırmaqdan, təhrif etməkdən qorxulu heç nə yoxdur. Əlinə qələm alan hər bir şəxs məsuliyyəti itirməməli, həyat həqiqətlərini təhrif etməməli, saxtakarlıqdan uzaq olmalıdır. Vicdanını itirməyən qələm sahibi oxucunu özündən daha ağıllı, daha intellektual, məlumatlı hesab etməlidir.

 Ancaq “Daş yuxular”ın müəllifi kimi vicdanını itirən yazıçı “Bugünün oxucusu məni başa düşmür, 40-50 ildən sonra bu əsərdə istədiyimi başa düşəcəklər”,- deyərək özünə haqq qazandırmağa çalışar. “Drujba narodov” jurnalında nəşr olunan, birinci səhifəsindən sonuncu səhifəsinədək azərbaycanlı və türklərə nifrət, İslam dininə kinayə, ermənilərə sevgi və hörmətdən bəhs edən “Daş yuxular”ı əsəbiləşmədən oxumaq mümkün deyil. “Buna bənzər biabırçılığa, alçaqlığa ancaq yeni meydana çıxan tarixçilərin publisist məqalələrində və tamamilə pozğunluq girdabına yuvarlanan cızma-qaraçı romançıların əsərlərində rast gəlmək mümkündür”. (Daş yuxular, səh. 54) Əkrəm Nəcəf oğlu Naibovun qələmindən çıxan bu cümləni bütünlükdə “daş yuxular”a aid etmək olar. Əsərdə hərəyə bir ləqəb qoyan, Xəlil Rza Ulutürkü kinayə ilə Uluruh Turanməkan adlandıran, Babaxan Ziyadxanlının ad və soyadını təhrif edərək mədəni, ziyalı adama yaraşmayan ən murdar, küçə sözləri ilə əvəz etdiyi üçün mən də onu Arakel (Aşot, Ambarsum, nə istəyirsiniz deyin) Nersesoviç Nevtonyan adlandıracağam.

Ədəbiyyata nağıllarla (“Tənha narın nağılı”, “Büllur külqabının nağılı”, “Ceviz kölgəsinin nağılı”) gələn, arabir sərsəm yuxular (bir misranın yuxusu) görən Arakel Nersesyan təbii ki “Daş yuxular” da görməli idi. Yuxular da nağıllar kimi real həyatdan uzaq olur. Gərək insan namusunu, vicdanını, ağlını itirisin, o dərəcədə həyasızlaşsın ki, gerçəyi görməsin, görsə də özünü görməməzliyə vursun. Hələ bu azmış kimi gerçəkliyi, tarixi təhrif etsin. Bunu yalnız ermənilər, onların dəyirmanına su tökən Arakel Nersesoviç edə bilər. Sərsəm yuxularında kiçik bir Ordubad kəndində 2 cüt bir tək dılğır erməninin ölümünə ağı deyə bilər. Çünki təzə doğulub gözü açılmayan, ağı qaradan seçə bilməyən küçük kimi sən də, Arakel, aça bilməmisən gözünü.

Yoxsa 1917-21-ci illərdə erməni quldur dəstələrinin Zəngibasar-Vedibasar, Şahtaxtlı-Şərur istiqamətində apardığı qanlı yürüşlərin sonundakı vəhşilik və zorakılıqları haqqında iştirakçı alayın yazdıqlarından xəbərin olardı: “Türk qadınlarının və uşaqlarının, qocaların, yeniyetmələrin məhv edilməsində daşnak dəstələri... maksimum şücaət göstərdilər. daşnak dəstələrinin ələ keçirdiyi kəndlər canlı insanlardan “azad olunur” və eybəcərləşmiş müyidlərlə dolu xarabazarlığa çevrilirdi”. Ağrılı, acılı statistik rəqəmlərsə bunlardan xəbər verirdi: Zəngibasarda 48, Vedibasarda 118, Dərələyəzdə 74, Şərur və Şahtaxtlıda 76 kənd yandırılmış, bütövlükdə həmin ərəfədə 73727 nəfər türk-müsəlman qətlə yetirilmiş, 160 min azərbaycanlı türkü Cənubi Azərbaycana keçərək qaçqına çevrilmişdi. Həmin qaçqınların 45 mindən çoxu orada aclıq və xəstəlikdən ölmüşdü. Zəngəzur qəzasında 115 kənd yandırılmış, 10068 nəfər qətlə yetirilmişdi. Bunlardan 2776 nəfər qadın, 2196 nəfər isə uşaq idi. Bu vəhşilikləri görməyən, ya da görmək istəməyən Aşot Nersesoviç cızma-qarasında azərbaycanlıları ermənilərin qatili adlandıraraq gerçəyi belə təhrif edir: “Doktor (Fərzani) xüsusilə şəhərin müsəlman əhalisinin ermənilərə qarşı qəddarlığından ona görə bu dərəcədə heyrətlənmişdi ki, bu cür qəddarlığı o şəxsən heç vaxt ermənilərdən görməmişdi.” (səh. 14) Ambarsum Nersesoviçin qəhrəmanlarından olan doktor Abasəliyev bir az da irəli gedərək erməniləri can-dildən tərifləyior: “mədəni, namuslu və əməksevər bu adamlardan dünyanın heç yerində yoxdur”. (səh. 12) Arakel Nersesoviçin həmin tərifli erməniləri 1918-ci ildə Zəngəzurun Vaqudi kəndində məscidə sığınmış 400-dən artıq azərbaycanlını məsciddə od vuraraq diri-diri yandırmışdılar. Həmin kəndin 15 qızı isə erməni quldurları arasında bölüşdürülmüşdü...

Bütün bunları görmək üçün isə insana göz, dərk etməyə ağıl lazımdır. Çünki “göz ağlın çırağıdır. Ağıl nədi? İnsanın həşəratdan, heyvandan fərqidi... Dur o küt beynini yaxşı-yaxşı çalxala... Bax o həşəratdan, heyvandan fərqin nədi sənin?” (Seç. əsərləri, 2004, s. 170) sənin qələmindən çıxan bu sözlərlə müraciət edirəm: bəs sənin həşəratdan, ermənidən fərqin nədir? Sənin qəhrəmanın Güləli müəllim “dünən gecə filan şairin kitabını oxudum, tüpürüb dünyanın üzünə”,- deyirdi. Sən də öz cızma-qaranla milli dəyərlərimizə, heysiyyatımıza tüpürdün. Güləli müəllim bir də deyirdi: “ə, tüpürmə, dəvə oğlu dəvə, tüpürmə”. Oxucudan dönə-dönə üzr istəyərək sənin sözlərinə bunu əlavə etmək istəyirəm: “tüpürsünlər sənin çay daşı kimi sürtülmüş üzünə”.

Cızma-qaranda belə bir cümlə var: “Bu 4 kilsənin burada necə tikilməsini təbii ki Əylisin müsəlman əhalisi heç vaxt görməmişdi”. Cümlədən çıxan mənanı başa düşmək üçün romanı 40-50 ildən sonra oxumaq lazım deyil. Sənin fikrincə Əylisin əsil sakinləri ermənilər, türk-müsəlman əhalisi isə gəlmələrdir. Sənin böyük sevgi ilə yaratdığın Aniko: “heç kimdən, heç nədən çəkinmədən böyük bir ehtirasla mütləq elə bir gün gələcək ki, o zaman ermənilər Əylisə qayıdacaq və o (Əylis) yenidən cənnətə dönəcək”,- deyir.

Utanıb-qızarmadan Əylisdəki qədim Alban məbəd və monastırlarını erməni kilsəsi kimi qələmə verməyin azmış kimi həmin məbədin ermənilər üçün Məkkə və Mədinəyə bərabər olduğunu yazırsan. Bu sözlərinlə erməniləri Azərbaycan torpaqlarına səlib yürüşünə səsləyirsən. Əsər boyu özünü xristian dininin təəssübkeşi, missioneri göstərirsən. “Daş yuxular”da xristian dinini qəbul edən, Eçmiədzinə can atan Saday Sadıqlı, şübhəsiz, sənin prototipindir. Xristian olmaq sənin öz seçimindir və AR Konstitusuyasına görə hamıya, o cümlədən sənə də vicdan azadlığı verilib. Lakin bütün bunlar sənə İslam dinini aşağılamağa, Məhəmməd Peyğəmbərə qarşı təhqiramiz ifadələr işlətməyə haqq qazandırmır.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin dəvəti ilə Azərbaycanı erməni işğalından xilas etmək üçün gələn Türk ordusunu da vəhşi, qaniçən kimi təqdim edirsən. Halbuki Avropanın yarısı ilə təkbaşına ölüm-dirim mübarizəsi aparan, özü ağır vəziyyətdə olan Türkiyə dövləti çətinliklərə baxmayaraq Azərbaycana bir dövlət kimi müstəqilliyini qorumaqda yardımçı oldu. Azərbaycanı bolşevik-daşnak işğalından xilas etdi. Azərbaycanın hər bölgəsində torpaqlarımızı erməni işğalından xilas edərkən şəhid olan müzəffər türk əsgərlərinin məzarları var. Elə sənin özünün doğulub boya-başa çatdığın (kaş heç böyüməyəydin) Əylisdə erməni silahlıları ilə döyüşlərdə şəhid olan türk əsgərlərinin məzarları var. Kor gözlərin onları da görmür? Ermənilərin Qarsda, Ərzurumda, İqdırda, Vanda və Şərqi Anadolunun müxtəlif yerlərində törətdikləri vəhşiliklərdən də mi xəbərin yoxdur?

“Aniko həmişə sübhdən oyanır və öz hündür eyvanından gur səslə oxuyrudu, sanki bütün Əylis müsəlmanlarına çatdırmaq istəyirdi ki, Əylisdə hələ də erməni yaşayır və səsi gəlir... Şübhəsiz ki, əsrlərin dərinliyindən gələn bu səs Əylisin əsil sahibinin səsi idi.” (səh. 38)

Həyasızlığına söz ola bilməz. Əgər uzun qulaqların əsrlərin o tayından gələn səsləri belə yaxşı eşidirsə, bəs niyə Spitakda borunun içinə doldurulub öldürülən 72 azərbaycanlı körpənin iniltisini eşitmədi? Xocavəndin Qaradağlı kəndində öldürülən 104 günahsızın harayı sənə çatmadı? Xocalıda öldürülən 63 körpənin, 614 azərbaycanlının ərşə ucalan səsini eşitmədin? Namusuna təcavüz edilən qız-gəlinin halı tüklərini ürpətmədi? 20 ildən artıq qaçaın, köçkün həyatı yaşayan 1 milyondan artıq insanın ah-naləsinə biganə qaldın? Əgər səni də dədə-baba ocağından çıxartsaydılar, əzizlərinin namusuna təzavüz edilsəydi, ailəndən kimi isə girov götürsəydilər yəqin ki belə danışmazdın.

1988-ci ildə Azərbaycanda başlayan milli-azadlıq hərəkatına qara yaxır, azadlıq uğruna ayağa qalxan milyonları qaragüruh, sürü adlandırırsan. X. R. Ulutürkün ərsiz, nevrostanik qadınlar güruhunu ardına salıb qışqıra-qışqıra küçələri dolaşdığını yazırsan. Onun 30 il partiyadan, Lenindən yazdığı şeirlərinin ədəbiyyat dərsliklərinə düşdüyünü deyirsən. Amma yaxşı bilirsən ki, X. R. Ulutürk azadlıq carçısı idi, anti-Sovet şeirlərinə görə işdən çıxarılmışdı, şeirini nəşr etdirə bilmirdi. Sən isə Lenin komsomilu mükafatı almışdın. Məncə şərhə ehtiyac yoxdur.

Sənə Azərbaycan layiq olmadığın mükafatları verdi. Xalq yazıçısı olsan da, xalqın yazıçısı ola bilmədin. “İstiqlal” ordeni aldın, amma həmişə kölə ömrü yaşadın. Nənəm nankor adamlar haqqında tez-tez bu atalar sözünü işlədirdi: “Eşşəyin başını xonçaya qoysan, yumbalanıb düşər”.

“Daş yuxular”ı hiddətlə oxuyuram. Səhifələr bir-birini əvəz etdikcə azərbaycanlı olmağına şübhəm daha da artır. Gözümdə get-gedə cılızlaşır, Xocalıda körpələri süngüyə keçirən, qız-gəlinə təcavüz edən ermənilər arasında səni də görürəm. Qansız erməniyə çevrilirsən. Vazgenləşirsən. Sifətini Z. Balayanın, P. Ayrikyanın şəkilləri vurulmuş Ermənistan Yazıçılar “İt”tifaqının divarında divarında görürəm. Və bir də görürəm ki, erməni katolikosu Qaragenin əlini öpürsən... 

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz