Ticarət Və Biz

Ticarət Və Biz

Ticarətin əsas ana vasitələrindən bəziləri də istehsal elədiyin malin reklamı və ya hər hansı bir ticarət işinə başlamaq üçün güvənin olmasıdır. Yaxşı malın reklama ehtiyacı olmaz deyilsə də amma bu həqiqətdir ki, bu gün ən böyük firmalar gəlirlərinin böyük bir hissəsini reklama xəricləyirlər. Yaxud da  o mallar daha çox satılır ki, onların reklamı da çox olur. Biz bu gün burada reklamların ticari məqsədlərindən deyil onların insanların həyatına, mənəviyyatına və xüsusən də uşaqların həm reklam çarxlarında istifadə edilməsi və bunun onların psixologiyasına olan təsirlərindən danışmağa çalışacağıq.

Son illərdə aparılan araştırmalara görə balaca yaşda olan uşaqların reklamlara çəkilməsi, onların şirkətin şəxsi malı kimi istifadəsi və hətta ailələrinə bunun üçün böyük miqdarda pul vermələri hadisələrinin sayı artmaqdadır. Bu hadisə ilk dəfə 1984-cü ildə ABŞ-da oyuncaqların reklamı və satışını təşkil etmək üçün başladılmışdır. Bundan sonra bu reklamların toplam bir saat olan zaman limiti ortadan qaldırıldı. Bunun nətəcəsində də bu sahəyə olan maraq daha da artdı. Son zamanlarda aparılan araşdırmalara görə, McDonalds və Coca Cola şirkətləri dünyada bu sahəyə ən çox pul ayıran şirkətlərdir. Onu da qeyd edək ki, çəkilən reklamların çoxu şirniyyat, oyuncaq və müxtəlif içkilərin tanıtımını özündə əks etdirir.

Öz məhsullarını sata bilmək üçün bəzi şirkətlər də xüsusən uşaqlara təsir göstərmək və reklam çarxları vasitəsi ilə onların diqqətini çəkməyə başlayırlar. Hətta bəzən uşaqlar çox balaca yaşlarında olmalarına baxmayaraq reklam filimlərini və oradakı sözləri belə əzbərləyirlər. Bu da onların psixologiyasına təsir etdiyini və ruhlarının dərinliklərinə qədər girə bildiklərini göstərməkdədir. Buradakı əsas qayə uşaqların məcbur etmək qabiliyyətini işə salmaqdır. Çünki balacalar orada gördüklərini əldə etmək üçün valideynlərini çox asan bir şəkildə yola gətirə bilirlər.

Gördüklərini almağa həvəsləndirilən uşaqlar həmçinin israfa da alışdırılmış olurlar. Belə ki, evdə eyni oyuncağı olmasına və yemək ehtiyacının olmamasına baxmayaraq yeni gördüyünün alınmasını istəyir. Belə hallarda valideyinlər uşağı vaz keçirməyə çalışsalar da, bu çox vaxt baş tutmur. Nəhayətində hər zaman uşağın istədiyi olur.

Bəs bütün bunlardan necə qurtarmaq mümkündür? Balacalara televiziyaya və ya onların xoşladıqları reklamlara baxmağı qadağan etmək çox çətin məsələdir. Amma mümkündür. Sadəcə onlara hər gördüyünü istəməməyi, valideyinlri pis vəziyyətdə qoyub onların razılığı olmadan hər hansı bir şeyə məcbur etməməyi öyrətməklə mümkündür.

Hər hansı bir insanın həyatda hörmət edilən birisi kimi tanınması üçün onda olması lazım olan sifətlərin başında etibar və ya güvən məsələsi gəlməkdədir. Belə ki, bu cəhəti ilə seçilməyən və ya nöqsanlı olan şəxslər nəyinki ticarət sahəsində hətta bütün sahələrdə qabağa gedə bilməzlər. Elə buna görə də, el içində bir insanın necə olduğunu öyrənmək üçün onunla ticarət və ya yola çıxdığını soruşarlar.

Ticarətdə bir dəfə də olsa kimisə aldatdınsa və ya kələk gəldinsə demək sən bu sahədə rial olan hər hansı bir addım ata bilməzsən. Hətta dinimizdə belə buyurulur ki, Allah kimi bu dünyada rəzil etmək istəsə ona olan etibar və güvəni ondan alar. Bununla da o insan cəmiyyət içində etibarını itirməklə hamının nifrət etdiyi və uzaq olmağa çalışdığı bir insan olar.

Müasir günümüzdə texnalogiyanın inkişafı insanların işlərini asanlaşdırmaqla bərabər özü ilə bəzi problemlər də gətirməkdədir. İstədiyin hər bir şeyi artıq internet vasitəsi ilə ala və ya sata bilirsiniz. Amma həm alanın, həm də satanın içində bir narahatlıq duyğusu vardır. Bu səbəblə satan malın pulunun əvvəlcədən ödənilməsini istər, alan isə bank hesablarının başqası tərəfindən oğurlanmasından qorxar. Yəni hər iki tərəf bir-birini tanımadıqları və görmədikləri üçün inamsızlıqdan yaranan bir hal içində ticarət etməyə başlayırlar. Hətta son illərdə aparılan araştırmalara görə internet vasitəsi ilə aparılan ticarətdə aldatma və aldadılma hadisələri günbə-gün artmaqdadır. Hazırda bütün dünya bunun qarşısını almaq üçün nə qədər çalışsalar da amma hələ də istənilən nəticəyə çata bilməyiblər.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz