Çingiz Aytmatov

Çingiz Aytmatov

“Əsərlərində zəmanəsinin ruhunu, reallıqlarını və adətlərini, insanın daxili aləminin bütün gözəlliyini və zənginliyini, onun ətraf aləm və təbiət ilə üzvi əlaqəsini dərindən, inandırıcı və yüksək istedadla əks etdirmiş böyük Söz Ustadı Çingiz Aytmatovun adı dünya ədəbiyyatının, dünya mədəniyyətinin xəzinəsinə həmişəlik daxil olmuşdur.”

 

Azərbaycan Respublikasının Prezidenti

 İlham ƏLİYEV

Dünya şöhrətli yazıçı, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim, Türk xalqlarının qiymətli dostu və fəxri Çingiz Torekuloviç Aytmatov 1928 –ci il, Dekabırın 12-də Qırğızıstanın Şəkər kəndində dünyaya gəlmişdir.

Onun uşaqlıq illəri sovet rejiminin yeni-yeni yerləşməyə başladığı illərdə keçmişdir. Hamı kimi o da, kolxoz tarlalarında işlədi. Ətrafını, təbiəti, insanları həmin illərdə tanıdı. İkinci Dünya Müharibəsi İllərində əksər kişilər cəbhəyə yollandıqlarına görə, gənclər dincəlmək bilmədən işləyirdilər. Elə buma görə o da, on beş yaşı olmasına baxmayaraq kənd sovetində sekretar vəzifəsində çalışmışdır. Daha sonra Qazaxıstanda baytarlıq texnikuma daxil oldu. Buranı bitirdikdən sonra isə Bişkek (Frunze) Kənd Təsərrüfatı İnstitutunda zootexniklik oxudu.

Ölkəsini zootexnik kimi dolaşdı. Gənc nəslin bəzi nümayəndələri kimi xalqından uzaqlaşmadı, əksinə insanlarla bərabər oldu. Qırğızıstan qazetlərində yazdıqları, redaksiyada işləməsi və mədəni fəaliyyətləri onu yavaş-yavaş ədəbiyyat dünyasına hazırladı. Yazarın axıcı üslubu, dərin təxəyyül gücünə sahib olması həmin ön araştırmalarıyla yaxından əlaqəlidir. Ayrıca, onun dövrü keçmiş ilə gələcəyin kəsişdiyi bir nöqtə olduğundan hər iki dünyanı və hər iki insan tipini mükəmməl bilirdi. Bu isə onun üçün zəngin fikir yürütmə mənbəyi idi.

Əsərləri 160 dilə tərcümə olunmuş Çingiz Aytmatov XX əsrin ən büyük romançılarından biri kimi qəbul edilir. Özü həyatda ikən kitabları dünya klassikləri arasına daxil olmuş yazıçının romanlarından bir qismi kinoya da çəkilmişdir. Əsərlərindən bəziləri bunlardır: “Çətin Keçid”“Üz-üzə”“Cəmilə”“İlk Müəllimim”“Ağ Gəmi”“Gün var əsrə bərabər”“Dişi Qurdun Röyaları”“Topraq Ana”“Cingiz Xana Küsən Bulud” və s.

1980-ci ildə qələmə aldığı “Gün var əsrə bərabər” adlı romanında yer verdiyi bir Qırğız əfsanəsində “manqurt/əsil-nəsli və yaddaşı unutdurulmuş insan” sözü bütün dünya ədəbiyyatına daxil olmuşdur. Onun əsərlərindəki hakim mövzu müasir normalar ilə qədimi yaşatmağı özünə çətinlik bilən insanların tənqidindən ibarətdir.

Hələ özü həyatda ikən Qırğızıstanda “2008-ci il “Çingiz Aytmatov ili” elan edilmişdir. Ədəbiyyat dünyasına çox şey qazandıran, şərəflə yaşayaraq özündən sonra bəlkə də yüz illərcə oxunacaq əsərlər qoyan Çingiz Aytmatov İyun ayının 10-da vəfat etmişdir.

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz