İbrət İstəyən Varmi?

İbrət İstəyən Varmi?

Məkkədən Mədinəyə hicrətdən əvvəl Allah Rasulu (s.a.s) Əqabə deyilən yerdə  Mədinəli 72 nəfərdən biat aldı. Onların içindən Abdullah b. Ravaha (r.a):

   Ya Rasullallah! Rəbbin və özün üçün şərtlərini söylə;dedi. Allah Rasulu (s.a.s):

   Rəbbim üçün şərtim,Ona ibadət etmək və heç bir şeyi Ona ortaq etməməkdir. Özüm üçün şərtim, öz canınızı qoruduğunuz kimi məni də qorumanızdır.

   Mədinəlilər “Bunu etdiyimiz təqdirdə bizim üçün qarşılıq olaraq nə var? Dedilər.

Rasulullah (s.a.s): “Cənnət var” deyə cavab verdi. Mədinəlilər:

 “Bu al-ver çox qazanclı oldu. Biz bu alverin pozulmasını və bu vəzifənin bizdən alınmasını heç arzulamırıq”dedilər. Bunun üzərinə Tövbə surəsinin 111-ci ayəsi nazil oldu: “Allah möminlərdən mallarını və canlarını cənnət qarşılığında satın aldı…….”. (Nə gözəl ticarət! Nə gözəl Müştəri!)

 

Mənim Müştərim birə yeddi yüz verir.

 

        Mədinədə quraqlıq baş vermişdi. O vaxt Şamdan Osman (r.a)ın yüz dəvə buğda yüklü karvanı Mədinəyə gəldi. İmkanı olan sahabələr kavranın yanına gedərək, bu buğdanı bizə sat.            Osman (r.a) yox, olmaz. Biz birə-yeddi artıq veririk, dedilər.

        Osman (r.a) yox, olmaz. Mən daha artıq qiymət verənə satıram, dedi. Oradakılar gedib Əbu Bəkr (r.a) a şikayət etdilər. Əbu Bəkr (r.a):

       Siz, Osman haqqında pis fikirləşməyin, gəlin bərabər gedək, niyə belə hərəkət etdiyini özündən öyrənək, dedi. Kavranın yanına gəlib:

        Ey Osman! Sahabələr səndən inciyiblər. Niyə buğdanı onlara satmamısan?

 Osman (r.a) belə cavab verdi:

       Onlar mənə birə yeddi verirlər,mən malımı daha çox verənə satıram. Mənim Müştərim birə yeddi yüz verir. Siz də şahid olun,bu yüz dəvə yüklü buğdanı Allah yolunda Mədinə xalqına bağışladm. Bunları verdikdən sonra ,o yüz dəvəni də kəsib yoxsullara payladı.

 

 

Allahdan qorxan Tacir.

 

         Bir qadın Əbu hənifəyə satın almaq üçün ipək bir parça gətirir. Əbu Hənifə bu qadına parçanın qiymətini soruşur. Qadın “yüz dirhəm” deyir.

         İmam etiraz edər.

        Yox, bu parça daha bahalıdır.

Qadın yüz dirhəm daha artırır.Əbu Hənifə yenə razılaşmayınca, qadın yüz-yüz artıraraq dörd yüz dirhəm deyir.   Əbu Hənifə: “Yox, deyir.Bu parça dörd yüz dirhəmdən daha qiymətlidir deyincə”, səbri tükənən qadın:

            Ey İmam! Mənimlə zarafat edirsinizmi? Dedi.

   Əbu Hənifə qadını inandırmaq üçün qonşu dükanlarda  parça ticarəti edən bir mütəxəssis çağırır və:

    Bu ipək parçanın əsl qiyməti nədir? Deyə soruşur.

Gələn adam “bu parça beş yüz dirhəmdən ucuz deyil”,deyincə Əbu Hənifə qadına:

  Bu parçanı mən beş yüz dirhəmə satın alıram dedi və aldı. Parça satan qadın isə “İslam əxlaqına sahib olan bu insanın davranışlarındakı gözəlliyə” heyrətlənərək oradan ayrıldı.

 

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz