TERORİST CƏMİYYƏT, YOXSA XEYİRLİ ÜMMƏT...

TERORİST CƏMİYYƏT, YOXSA XEYİRLİ ÜMMƏT...

İslamın nə, müsəlmanların kim olduğunun sorğulandığı bu günmüzə Qurani-Kərim suala belə cavab verir:“Siz insnaların xeyri üçün ortya çıxarılmış xeyirli bir ümmətsiziniz...” (Ali-İmran, 110).

 Deməli, Peyğəmbərə ümmət ola bilən hər bir ləyaqətli müsəlman insanlar üçün sülh, əmin-əmanlıq abidəsi və qurtuluş səbəbidir. Həzrət Peyğəmbər də özünü “Mən lənətçi deyil, mərhəmət timsalı kimi göndərilmişəm” –deyərək ümmətinə mərhəmətli olmağı tövsiyə etmişdir.

Əfsuslar olsun ki, bu gün dünyada gündəmdə olan mövzulardan biri də “islamafobiya”dır. Yəni İslama qarşı olanların insanları İslam və müsəlmanlardan çəkindirmə kampanyalarının vüsət tapdığı zamandır. Planlı şəkildə gedən proseslərə günümüzdə İslam coğrafiyalarında yaşanan hadisələr koməklik göstərməkdə, hətta çörəklərinə yağ sürtməkdədir. Nəticədə İslamı tam tədqiq etmə fürsəti əldə edə bilməyən, hətta İslamı tam anlamayan “müsəlman”lar qurulan bu tələnin qurbanlarına çevrilməkdədir. Vəziyyət belə hal aldıqda bu cür suallar qarşımıza çıxır: İslami terror varmı? İslam dininin təmsilçisi Hz. Muhamməd rəhmət peyğəmbəridir yoxsa, savaş, terror peyğəmbəri?..

Əvvəla onu qeyd etmək lazımdır ki, bu fikirləri mənimsəyən, hətta bu cür şübhələrə düşən hər kəsHz. Peyğəmbəri tanımır. İslam dünyasındakı bütün qarışıqlıqların səbəbi, məhz Hz. Peyğəmbəri layiqli şəkildə tanımamaq və tanıtmamaqdır.

Dünyaya hakim olmaq istəyən qüvvələr, uzun müddətdən bəri İslamı şiddət və terrorun mənbəyi kimi tanıtmağa çalışırlar. Quran və Sünnə tədrisatını və bu işlə məşğul olanları, İslam şüurunu təbliğ etməyə çalışanları terrorist kimi qələmə verməyə cəhd edirlər. Dünyanı İslami terror ilə qorxutmağa çalışırlar. Beləliklə həm İslamdan uzaqlaşdırmağa, həm də özlərinin haqsızlıqlarını gizlətməyə çalışırlar. Dünyaya nəzər salsaq görərik ki, hər yerdə zülmə məruz qalanların müsəlmanlar olmasına baxmayaraq müxtəlif ssenarilərlə günahlar müsəlmanların üzərinə qoyurlur. Beləcə müsəlmançılıq dünya üçün təhlükə mənbəyi kimi göstərilməyə çalışılır.

Halbuki İslam insanlığın hidayəti üçün göndərilmiş ümumbəşər bir dindir. İslam dininin hədəfi və məqsədi, insnalara ülviliklərini xatırlatmaq, sülhsevər və humanist cəmiyyətlər təsis etməkdir. Odur ki, terror İslamın və müsəlmanların düşmənidir. İslam insanları ehya etmə hərəkatıdır. Buna görə də “İslami terror”dan və yaxud da “şəriət terror”undan bəhs etmək sadəlövhlükdür.

Keçmişdə İslam dinini “qılınc dini” olaraq qələmə verənlər indi də İslam dinini terrorun mənbəyi kimi tanıtmağa çalışırlar. Əminliklə ifadə edə bilərik ki, keçmişdə, günümüzdə, hətta gələcəkdə müsəlmanların və yaxud müsəlman hökmdarların, İslam dövlətlərinin mərhəmətə zidd davranış və tətbiqatları, qətiyyən İslam dininin ana xarakteristikasına, eyni zamanda onun peyğəmbərinin mərhəmətinə kölgə sala bilməz. Məsuliyyət xətalı davrananlara aiddir.

Kapitalizm və eqoizimin hökm sürdüyü dünyamız yenidən mərhəmət Peyğəmbərinin tövsiyə və təlimatlarına möhtacdır. Elə bir mərhəmət timsalı ki, onun mərhəmətindən ən çox uşaqlar, yetimlər, kimsəsizlər, yaşlılar və zəiflər pay almışdır.

Onun müharibələrdə iştirak etməsi, “rəhmət Peyğəmbər”i olmasına zidd deyildir. Çünki O, savaşı rəhmət hərəkatına çevirmişdir. Onun sayəsində müharibə, yanıdırıb-yıxma, yox etmə, heyf almaq üçün öldürmə, üzvləri kəsmə, dəhşət saçma hərəkatı olmaqdan çıxmışdır. Onun gətirdiyi anlayışa görə, iman gətirdiyini ifadə edənlər heç bir şəkildə öldürülməz.

O, gözünü qırpmadan, uşaqları, qadınları, günahsız kimsələri qətl edən terrorislərə on dörd əsr əvvəl belə səslənmişdir: “Qadınlara, uşaqlara, sizinlə savaşmayanlara, məbədlərə və ruhanilərə toxunmayın. Ətraf mühitə zərər verməyin. Hərbdə əsas olan könülləri fəth etməkdir.” Bu anlayışa sahib Peyğəmbərin ümmətindən olan kimsə günahsız insanları, gücsüz uşaq və qadınları öldürməz, onlara zərər verməz. Hətta onun ümmətindən olan kimsə, əsirlərə də insanca müamilə edər, yediyindən yedirər, isgəncələrə verməz.

O elə bir mərhəmət timsalı idi ki, onun həyat fəlsəfəsi “kiçiklərə mərhəmət, böyüklərə hörmət etmək” şüarı üzərinə qurulmuşdur.

Belə nəticəyə gəlirik ki, müsəlmanlar bəşəriyyət üçün güvənilən kimsələrdir. İslam peyğəmbəri həzrət Muhamməd bütün insanları gucaqlayan mərhəmət timsalıdır. İslam düşmənləri bu duyğuları aradan qaldırmağa çalışaraq dünyaya islam qorxusu yaymağa çalışırlar. “Cəhalət müsəlmanın düşmənidir” hədisini anlamayan kimsələr də müsəlman düşmənlərinin köməkçisinə çevrilirlər. Nəticədə dünya müsəlmanları qorxulu kimsələr kimi tanınmağa başlayacaq, islam mənsubu hər kəsə “terrorist” gözü ilə baxılacaqdır. Bu tələyə düşməmək üçün həzrət Peyğəmbər düzgün tətqiq edilməli, tanımalı, tanıdılmalı, sevməli, sevdirilməlidir.

Allahın rəhmət vəsfinin ən çox təcəlla etdiyi bəndəsi Muhəmməd peyğəmbərə layiqli ümmət olma, bütün dünyanın qibtə edəcəyi müsəlmanlardan olma təmannaları ilə mövlud günü bütün dünya üçün xeyir, bərəkət, sülh əmin əmanlıq gətirsin...

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz