Həyat dəftərindən
GƏLƏCƏYİNİ BİLİRDİM
Çanaqqala bölük komandiri xatirələrində belə deyir: “Komandirlik etdiyim bölükdə iki həmyerli əsgər vardı. Kəndlərindən ayrılarkən, ailələrinə söz vermişdilər.
Bir-birlərindən əsla ayrılmayacaq, daim bir-birinə kömək edəcəklər. Bir gün süngü hərbindən sonra səngərlərimizə çəkildik. Bu iki can dostundan biri yaralı vəziyyətdə iki səngər arasında qaldı, yerdə qıvrılırdı, yaralı olduğunu gördük. Səngərdə olan tayı yaralı dostunu gətirmək üçün yerindən sıçramaq istəyir. İcazə vermədik. Çünki səngərdən çıxması onun ölümü deməkdi. Yüzlərlə güllə vıyıltı ilə sağa-sola uçurdu.Nəinki çölə çıxmaq, barmağını göstərsə dəlmədeşik edəcəkdilər. Lakin bizim dəliqanlınısəngərdə saxlamaq mümkün deyildi. Qışqırır, özünü yerdən-yerə vururdu. Buraxın gedim, komandirim, söz verdim, tək qoya bilmərəm, deyirdi. Yoldaşına baxıb, ağlayaraq özünü didirdi. Zorla saxlayırdıq. Oğlum, onsuz da ağır yaralıdır,indi öləcək, heç olmasa sən sağ qal, getmə deyirik. Lakin qulaq asmırdı. Getməliyəm, söz verdim, deyirdi. Bir-iki saat sonra hava qaraldı. Biz müdafiə xarakterliatəşə başladıq. Bizim gəncsəngərdənsıçradı, sürünərək yoldaşının yanına getdi. Bir az sonra arxasına alıb sürünə-sürünəsəngərə girdi. Lakin gec idi.Gördük ki,dostu şəhid olub. Sənə söyləmişdim, boşuna getdin, oğlum, dedim. “Xeyr komandir, boşuna getmədim. Yanına çatada hələ sağ idi, son nəfəsini yanımda verdi. Məni görəndə üzü güldü.“Məni tək qoymayacağını bilirdim”,-dedi. Bu söz hər şeyə dəyər, komandir”.
İMAN GÜCÜ İLƏ...
Çanaqqala Müharibəsi ərəfəsində dəniz döyüşləri zamanı Səddulbahir tərəflərdə düşmən gəmiləri Rumeli Məcidiyyə batareyası ilə Səddulbahir təpəsini bomba yağışına tutmuşdu. Türklərin müqaviməti get-gedə zəifləyirdi.
Allahın himayəsinə sığınan türk birlikləri şəhidlik mərtəbəsini arzulayırmş kimi qaçmaq əvəzinə var gücləri ilə mücadilə aparırdılar. Bu zaman ingilis gəmisindən atılan böyük bir bomba Rumeli Məcidiyyə Batareyasına aid topçu birliklərimizdən birini tamamən darmadağın etdi. Onlardan yalnız Qoca Seyid və Niğdəli Əli xilas olmuşdu. Qoca Seyid ətrafda baş verənlər qarşısında keçirdiyi iztirab hissi ilə dünyada mislinə az rastlanan bir hərəkət etdi. Keçirdiyi sarsıntı ilə üç nəfərin zorla qaldırıb daşıdığı 257 oqqa ağırlığında olan top mərmisini təkbaşına qaldırdı, topun lüləyinə qoydu və atəş açdı. Sanki mərmi gedəcəyi yeri bilirdi. “Okean” adlı zirehli düşmən gəmisinə dəyərək batırdı. Burada 257 oqqalıq mərmini qaldıraraq fövqəladə güc göstərən Qoca Seyidlə bağlı xatirəsində Mehmed İhsan Genişcan belə qeyd edir:
“Nə hikmətdirsə batareyada bircə top salamat qalmış, lakin onun da vinçi qırıldığına görə mərmiləri lüləyə yerləşdirə bilmirdi. Yüzbaşı Hilmi bəy yaxınlıqda kimdənsə yardım almaq fikri ilə batareyadan uzaqlaşdığı zaman Niğdəli Əli ilə Qoca Seyid ümidsiz və pərişan halda nə edəcəklərini düşünürdülər. Seyidin ağzından “Uca Allahdan başqa heç bir güc-qüvvət sahibi yoxdur – Lə Havlə və lə quvvətə illə billəh” duası inci dənələri kimi töküldü. Bu duanı dəfələrlə oxudu. Bu dua başqa bir ruhaniyyətə bürünmüşdü. Cuşa gələrək özünü unutması və 257 oqqalıq top mərmisini qucaqlayıb çiyninə alması bir oldu. Üç dəfə dəmir pillələri endi, çıxdı... Yanındakı Niğdəli Əli Seyidin sümüklərinin şaqqltısını eşidərək heyrət və dəhşət içində qalmışdı. Topun lüləyinə qoyulan üçüncü mərmi döyüşün qədərini dəyişmiş, “Okean” adlı gəmi ağır zədə almışdı. Həmin gün gec saatlarda Çanaqqala boğazı istehkam mövqe komandiri Seyidən onbaşı rütbəsi verdi. Hüzurunda mərminin bir daha qaldırılmasını istədi.
Seyid onbaşı Cavad Paşaya bu cavabı verdi:
“Mən bu mərmini qaldırarkən qəlbim Allahın feyzi ilə doldu. Gücümün sirri o an Allaın bəxş etdiyi bir vergi idi. bu qədər ağır mərmini qaldıracaq məqama nail olmuşamsa, bu, dua və riza ilə olmuşdur. Lakin indi yerindən qaldırmaq mümkün deyil”.
DÜŞMƏN DƏ OLSA YARALILARA ATƏŞ AÇMIRDILAR
Alman zabiti Şarl Mülhman deyir: “Topçu batareyasını yoxlamağa getdim. Ön cəbhədə dəhşətli süngü döyüşü gedirdi. Durbinlə dənizə baxdım, Gökçəadadan beş motorlu qayığın sahilə tərəf gəldiyini, əsgər və silah gətirdiyini gördüm. Topçu zabit bunları gördüyü halda atəş açmırdı. Səbəbini soruşdum. Əllərində gündəlik istifadə edəcəkləri yeddi mərmi olduğunu, əsgərlərimizdə ruh yüksəkliyi oyatmaq üçün səhər dördünü atdıqlarını, digərlərini isə gönortadan sonraya saxladıqlarını dedi. İngilis qayıqlarına atəş açmalarını əmr etdim. Topdan atəş açdılar. Ortadakı qayıq vuruldu. İçindəkilər dənizə töküldü. Digər qayıqlar onları xilas etmək üçün yanlarına yanaşdı. Hamısı bir yerə toplanmışdı. Dərhal atəş açmalarını əmr etdim. Lakin topçu heç barmağını da tərpətmirdi. Bir daha atəş açmalarını əmr etdim. Topçu zabit bu dəfə də hrəkətsiz idi. “Olmaz, komandır, onlar hal-hazırda yaralılara kömək edirlər, belə bir vəziyyətdə biz atəş aça bilmərik. Sahil doğru gəlsələr atəş açarıq, yoxsa əsla onları vurmaq bizə yaraşmaz”,- dedi. İngilislrə yaralıları qayıqlarına alıb adaya geri qayıtdılar. Döyüşün ən dəhşətli anlarında belə türklərə düşmənləri də olsa yaralılara atəş açdıra bilmədim”.
ŞƏRHLƏR