Ağılın durduğu yer….

Ağılın durduğu yer….

Çanaqqala döyüşü  Birinci Dünya Müharibəsi əsnasında 1915-1916-cı illər arasında Osmanlı Dövləti ilə Antanta Dövlətləri (İngiltərəFransaAnzaklar) arasında baş verən dəniz və quru döyüşüdür. 

İttifaq Dövlətləri Osmanlı Dövlətinin paytaxtı İstanbulu alaraq boğazların idarəsini ələ keçirmək, Rusiya ilə etibarlı qida və hərbi ticarət yolu açmaq, alman müttəfiqlərindən birini zəiflətmək məqsədləri ilə ilk hədəf olaraq Çanaqqala boğazına girmişdilər. Ancaq hücumları müvəffəqiyyətsiz olmuşdur və iki tərəfin də çox ağır itkilər verməsiylə ittifaq dövlətləri geri çəkilmişdir.

Müharibənin başlaması və səbəbləri :

Osmanlı Dövləti 21 avqustda Aralıq dənizində ingilis donanması qarşısından geri çəkilən alman ağır kreyserlərinin admiral Sukonun rəhbərliyi ilə 10 avqust 1914-ci ildə Çanaqqala Boğazını keçərək İstanbula gəlmələri böyük bir gərginlik yaratmışdı. Alman Donanmasına məxsus bu gəmilərin Boğazdan keçməsinə icazə vermək döyüş səbəbi sayılacaqdı. Ancaq Osmanlı dövləti bu gəmilərin Almaniyadan satın alındığını açıqlayaraq gərginliyi təxirə salmışdı. Həmin gəmilər 16 avqust 1914-ci ildə Yavuz və Midilli adlarıyla Osmanlı Donanmasına qatıldı. Bu gəmilərdəki alman dənizçiləri Osmanlı Donanmasına aid zabit və əsgər formaları geyinərək gəmilərdəki vəzifələrini davam etdirmişdilər, Admiral Sukon isə Osmanlı donanması komandanlığına gətirilmişdi. Beləcə, Almaniya yaxın gələcəkdə rus limanlarına qarşı istifadə edilmək üçün iki böyük silahını Aralıq dənizindən keçirərək Qara dənizin yaxınlığına atmış oldu. Admiral Sukon tabeliyində olan, Yavuz və Midillinin də içində olduğu Osmanlı donanmasının 27 oktyabr 1914-ci ildə Qara dəniz sahillərindəki rus limanlarını bombalamaları səbəbindən Rusiya İmperatorluğu və Birləşmiş Krallıq, Osmanlı Dövlətinə müharibə elan etdi.

"Dənizlərə hakim olan, dünyaya hakim olar" düşüncəsi ilə hərəkət edən ingilislər əllərindəki donanma ilə boğazları ələ keçirməyin mümkünlüyünə inanırdılar. Tarixində heç bir məğlubiyyət almamış olan ingilis donanması Fransanın da dəstəyini alaraq silah və texnologiya baxımından bənzərsiz bir güc halına gəlmişdi. Xüsusilə köhnəlmiş, texnologiyası zəif, silahları qeyri-kafi, parçalanmaqda olan Osmanlının belə bir donanma qarşısında tab gətirməsi mümkün deyildi. Beləliklə İngiltərə 28 yanvar 1915 tarixində Osmanlı dövlətinə qarşı döyüşməyə qərar verdi. Bu qəraraFransa da qatıldı.

            19 fevral 1915-ci ildə güclü fransız qüvvələri ilə ingilisYelizaveta döyüş gəmisi Osmanlı sahil qüvvələrini bombalayaraq ilk Çanaqqala hücumunu başlamış oldular.16 döyüş gəmisindən ibarət nəhəng donanma Çanaqqalanı keçməyə can atdı. Ancaq Osmanlının Nüsrət Mina Gəmisi tərəfindən boğazın Asiya tərəfinə yerləşdirilən dəniz minaları tərəfindən böyük ziyan aldı. İngilis donanmasının məğlub olması Osmanlı əsgərlərinə inanılmaz mənəvi qüvvət verdi.Bu ağır itkilər İttifaq dövlətlərinə Çanaqqalanı dəniz yoluyla keçə bilməyəcəklərini göstərdi. İttifaq dövlətləri quru əməliyyatlarına başlayaraq sahilitoplardan təmizləmək istədilər. İttifaq Dövlətləri yarımadaya çıxaraq Osmanlı dövlətini qurudan məğlub etməyi planlaşdırmışdılar.Hücum iki cəbhədən, Seddülbahir və Arıburnu cəbhəsindən edilmişdi.

Seddülbahir cəbhəsindəki ingilis və fransız birliklərinin ilk hədəfi Çirkdə kəndi və şimalındakı Alçı təpə olmuşdur. Üç dəfə hücum edilməsinə baxmayaraq müvəffəqiyyətsizliyə uğrayan cəbhə komandirləri, ingilis komandir H. Veston və fransız komandir Qoraund bütün cəbhə xəttindən deyil, daha məhdud bir xətdən hücumun lüzumunu düşündülər. Planın ilk əməliyyatı cəbhəninən sağ (şərq) bölgəsi olan Kereviz dərədə tətbiq edildi. 18 iyunda başlayan top atışı üçgün davam etdirildi. 21 iyunda fransızlar təpəni ələ keçirməyi bacarmışdılar. Sonra Zığın dərə hücumu başladı. 30 iyun 1915-ci ilin səhərinədək bir neçə dəfə əldən-ələ keçən Zığındərə sonda ingilislərdə qaldı.

Arı burnu cəbhəsində 25 aprel 1915-ci ilin səhəri hücuma keçən Anzak Korpusu isə polkovnik Mustafa Kamalın 10 avqust səhəri başlatdığı hücum ilə geri  çəkilmək məcburiyyətində qalmışdı.Gelibolu yarımadasında bir nəticə əldə edə bilmək üçün ingilis generalı Hamilton şimalda üçüncü bir cəbhə (Anafartalar cəbhəsi) açmaq qərarına gəlmişdi. 6 avqust 1915-ci il tarixində su ilə quruya qoşun çıxarıldı. 5-6 avqust gecəsi başlayan hücum günboyu davam etmişdir.Osmanlılar mövqelərini qorumağı bacarmışdılar. Misirdə olan 5 minlik bir diviziya da cəbhəyə gətirildi.İçəridən və çöldən möhkəmləndirilən Anafartalar cəbhəsindəki qüvvələrlə birlikdə ümumi bir hücum planlaşdırıldı.İkinci ümumi hücumla eyni gündə, 21 avqustda anzak birliklərin in Bomba Təpə hücumu nəticəsiz qalmış və bu,Çanaqqala Döyüşünün son müharibəsi olmuşdur. Bomba Təpədəki qarşıdurmalar 29 avqust tarixinə qədər davam etsə də təpə Osmanlıların əlində qalmışdı.

Çörçil 21-22 Avqust 1915-ci ildə baş verən son Anfartalar savaşı haqqında belə demişdir: “Türklər o qədər qəhrəmancasına müdafiə olunurdular ki, canlarını verirdilər, amma vətən torpağının bir qarışını da vermirdilər. Çanaqqala döyüşü meydan müharibəsi deyildi. Kiçik bir ərazidə minlərlə, onminlərlə,yüzminlərlə insanın üz-üzə, göz-gözə çarpışmasıdır.”

Çanaqqala cəbhəsinin ingilis generalı Hamiltonun Conkbayırı döyüşü haqqında dediklərini nəzərə alsaq, vəziyyət tamamilə aydın olur. General Hamilton belə deyir: “Əsgərlərimizlə yanaşı generallarımız da döyüşürdü. General Kayley, general Kuper, general Baldvin həmin gün həlak olanlar arasında idi. Türklər bir-birinin ardınca “Allah-Allah!” nərələri çəkərək qəhrəmancasına döyüşür, hücuma davam edirdilər. Bu əlbəyaxa döyüşü yazaraq təsvir etmək mümkün deyil”.

Avstraliyalı çavuş H.D.Kolyer yazırdı: “Əslində türklərin yaxşı insan olduqlarınıbilirəm. Buna sübut ola biləcək xatirəmi qeyd etmək istəyirəm. Bir dəfə cəbhədə türklərin  “Qırmızı Aypara” Cəmiyyəti üzvləri on iki yaralı əsgərimizlə rastlaşdı. Onları əsir götürmək bir tərəfə,, əksinə, yaralarını sarıdıqdan sonra  “sizinkilər gəlib sizi aparacaqlar” demişdilər. Bir dəfə isə türk əsgərinin yeriyə bilməyən yaralı əsgərimizin yaralarını təmizləyib sarıdığını gördüm. Onu gizli bir yerə aparmış,yoldaşları tərəfindən gec tapıla biləcəyindən narahat olaraq yanına su və yemək qoymuşdu.

            8 ay 14 gün davam edən və hər iki tərəfdən 700 min adamın iştirak etdiyi, 500 min nəfərin ölümünə, yaralanmasına, itkin düşməsinə səbəb olan Çanaqqala döyüşü 1916-cı ildə başa çatdı. Bu savaşda türklər 251339, ingilislər 205000, fransızlar isə 47000 itki vermişdilər.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz