Hamımız “Mehmetcik”ik

Hamımız “Mehmetcik”ik

Vətən, millət, bayraq və namusun keşiyində duran əsgər ocağını

Peyğəmbər ocağı sayan türklər Hz. Muhammədə olan

sevgilərindən dolayı əsgərlərinə “Mehmetcik” demişlər.

Hər bir əsgər Hz. Muhammədin kiçik bir modelidir.

Son bir neçə ildə dəb halını almış bir şüar səslənir tez-tez. 2007-ci ildə Türkiyədə öldürülən erməni jurnalistin ardından səslənən “Hepimiz Hrantız, hepimiz ermeniyiz” sloqanından söz açıram. Fransada İslam Peyğəmbərinin karikaturasını çəkmək kimi çirkin bir əməli işləyən “Çarli Hebdo” jurnalının əməkdaşlarının öldürülməsindən sonra səslənən “Hamımız “Çarli”yik” şüarlarını deyirəm. Bu cümləni yazarkən əsla baş verən terror əməlini dəstəkləmirəm, sadəcə kimlərinsə hansısa bir yanlışı düzəldərkən ondan daha böyük bir yanlışa düşdüklərini diqqətə çatdırmaq istəyirəm. Guya obyektiv davranmaq adına yanlış tərəfdə yer alanların bu davranışının doğru olmadığını deyirəm. Halbuki biz erməninin də, dini, dili, adət-ənənəsi bizdən olmayan digər xalqların da haqq və hüquqlarına riayət edən bir Peyğəmbərin ümməti və davamçısıyıq. Bunun misallarınıtarix kitablarında asanlıqla görmək mümkündür. Bu gerçəyi əsrlər boyu İslam coğrafiyasında yaşayan vicdan sahibi qeyri-müsəlman rəiyyətlərin dilindən eşitmək də mümkündür. Lakin tarix səhnəsində ən nəcib davranışları ilə ad qoymuş babalarımız heç bir zaman “erməniyik”, “xristianıq”, “hrantıq”, “çarliyik” demədilər. Çünki onlar “Muhammədi” olduqlarının fərqində idilər. Onlar“Muhammədi” olduqları üçün haqlının yanında, haqsızın qarşısında idilər.Bəli, biz Özünüzün, ata-ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, ədalətdən möhkəm yapışan Allah şahidi olunayəsinin xitab etdiyi bir ümmətik. Bütün dünyanı qarşımıza almaq bahasına da olsa, haqqın tərəfində olan, ədaləti bərqərar etmək üçün çarpışan bir ümmətik. Zamanı gəldikdəədalətsizliyə, zülmə, nifrətə, terrora qarşı birlik-bərabərlik şüuru içində mücadilə aparmağı bacarmışıq. Bu zaman qarşı cəbhədə bizimlə vuruşan düşmənin də yarasını sarımış, öz yaramıza torpaq basmışıq. Çünki biz “Muhammədi”yik. Bunun ən gözəl nümunəsini XX əsrin əvvəllərində qardaş Türkiyədə baş verən “Çanaqqala Hərbi”, “İstiqlal Savaşı” əsnasında, Qafqaz İslam Ordusunun Azərbaycana gəlişində görmək mümkündür.

Bizi Qafqazlardan Çanaqqalaya aparan, qəhrəman mehmedciyi Anadoludan qalxaraq Azərbaycanda şəhid olmağa səsləyən yalnız qardaşlıq ruhu, iman gücü idi. Bu günkimlərinsə bir sıra havadarlarının kölgəsinə sığınaraq “qondarma erməni soyqırımını” qeyd etdiyi ərəfədə bütün dünyaya bir sözümüz var: “HAMIMIZ MEHMETCİK”ik. 

PAYLAŞ:                

Nurlan Məmmədzadə

Baş Redaktor

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz