BİR HƏDİS

BİR HƏDİS

مَالِكٌ؛ أَنَّهُ بَلَغَهُ أَنَّ رَسُولَ اللهِ صلى الله عليه وسلم قَالَ: «بُعِثْتُ لِأُتَمِّمَ حُسْنَ الْأَخْلاَقِ»

 İmam Malik Rəsulullah (s.ə.s)'dən ona çatan bir hədisdə Hz. Peyğəmbər (s.ə.s)'in belə buyurduğunu demişdir: “Mən, gözəl əxlaqı tamamlamaq üçün göndərildim.” (Muvatta, Hüsnül-xuluq, 1; Hənbəl, Müsnəd II, 381)

Gözəl əxlaq imanı tamamlayan, insanı kamala çatdıran, həyatı gözəlləşdirən, sahibini Allahın rizasına çatdıran və insanları Ona valeh edən bir məziyyət olmaqla yanaşı eyni zamanda Uca Allahın sifətlərinin insan üzərindəki təcəlliləri və bu sifətlərin insanda görünən ilahi əksləridir. Odur ki, gözəl əxlaq sahibi olmaq Allaha yaxınlığın nümunəsi olduğu kimi, bunun əksidə ilahi sifətlərdən uzaqlaşmağın əlamətidir.

Bir insanı sevərək onun şəxsiyyət və xarakterinə heyran olmağın və onu təqlid etməyə çalışmağın fitri bir meyil olduğu inkarı mümkün olmayan bir həqiqətdir. Bu mənada insan oğlu üçün dini, mənəvi və əxlaqi cəhətdən ən mükəmməl nümunələr qoyub insanların onların izi ilə gedə bilmələri çox mühüm bir xüsusiyyətdir. Buna görədir ki, lütfü və kərəmi sonsuz olan Allah Təala insan oğluna ancaq kitablar deyil, həm də o kitabların canlı ifadələri olan və minbir yüksək vəsflə vəsflənmiş örnək şəxsiyyətlər, yəni peyğəmbərlər də göndərmişdir. Dini, elmi və əxlaqi davranışları ilə mükəmməllik nümunəsi olan bu şəxsiyyətlər insanlıq tarixində nümunəvi davranışları zirvələşdirərək bəşəriyyətə müstəsna xidmətlər göstərmişdirlər. Şübhəsiz ki, istər fərdi, istərsə də ictimai baxımdan İslam dininin ideal və örnək şəxsiyyəti Rəsulullah (s.ə.s)`dir. Allah Təala Qurani-Kərimdə belə buyurur: “Həqiqətən Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl nümunədir.” (Əhzab33/21) Bu ilahi əmrə sarılan səhabələr Rəsulullah (s.ə.s)`in həyatını diqqətlə izləyərək bu həyatı öz yaşayışları üçün nümunə etmiş, həm də onu gələcək nəsillərə çatdırmışdırlar.

Rəsulullah (s.ə.s)`in əxlaq və şəxsiyyəti haqqında ən əhəmiyyətli mənbə Qurani-Kərimdir. Hz. Aişə anamızın da söylədiyi kimi “Onun əxlaqı Qurandır.” (Müslim, Müsafirun,139) Rəsulullah (s.ə.s) Allah Təalanın Qurani-Kərimdə mədh etdiyi əxlaqi sifətlərin hamısını tam mənası ilə özündə cəm etmiş və bütün insanlığın heyrətlə seyr edib ibrət alacağı bir əxlaq məşəli halına gəlmişdir. Onun şəxsiyyətinin ən bariz əlaməti tayı-bərabəri olmayan gözəl əxlaqıdır. Qurani-Kərimdə Allah Təala belə buyurur: “Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən.” (Qələm 68/4) Rəsulullah (s.ə.s) əxlaqi gözəlliyə o qədər əhəmiyyət vermişdir ki, bir peyğəmbər kimi gəlişinin məqsədini açıqlayarkən də; “Mən gözəl əxlaqı tamamlamaq üçün göndərildim”– buyurmuşdur.

 

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz