BOŞ DƏRS!

BOŞ DƏRS!

Qazaxıstanın Çimkənd şəhərində yerləşən məktəbimizin məzunu olan tələbəmizin toyunda iştirak etmək üçün müəllim yoldaşlarla kəndlərinə getmişdik.

 Qayıdarkən yolüstü günorta namazını qılmaq üçün bir məscidə giririk. Məscidin həyətində sanki qadın əli dəymiş kimi səliqə-səhmanın şahidi oluruq. Sıra ilə əkilmiş çiçəklər və s. Hərdən bağçasında inəklər otlayan kimsəsiz məscidlərə heç bənzəmir. Məsciddə ki xalını təmizliyi, dəstəmazxana təmizliyi də mükəmməl səviyyədədir. Bu məscidə insane əli dəyib. Oradan ayrılarkən adını da bilmədiyimiz imama dua edirik.

“Dünya təzadlarla qaimdir”,- deyirlər. Mövlanaya görə “küfr olmasaydı, din olmazdı”. Din küfrdən uzaqlaşmaq deməkdir. Mövlana həzrətləri mömin kimdi sualına “sən mənə kafiri göstər, mən də sənə mömini göstərim”, -cavabını vermişdir. Səliqəsinə, gözəlliyinə heyran qaldığımız bir məscidi nardınca baxımsız, tənha məscidlə qarşılaşacağımıza hazır olmalıyıq. Həyatı çox yaxşı dərk edən Molla Nəsrəddin qıtlıqla üzləşən də sevinər, bolluğa düşəndə kədərlənərmiş. Səbəbini soruşanlara bolluq zamanında ardınca gələcək qıtlığa kədərləndiyini, qıtlıq da isə gələcək bolluğa sevindiyini deyərmiş.

Namaz qılmaq üçün Çimkəndin mərkəzində yerləşən “Ayna bazarı” adlı böyük bir bazarın yanında “İslam Yolu - (İslam Jolu)” adlı məscidə giririk. Məscidi tikənləri verdikləri burada görə təbrik etmək lazımdır. Məscidə öz adlarını verə, hətta məscidin divarına həkk etdirə bilərdilər.Ad xüsusunda təqdirimiz dəstəmazaldıqdan sonar əksinə dəyişir. Qapı yerinə duş pərdələri asılan ayaqyolları, suyun aftafa və kola şüşələri ilə ayaqyoluna daşınması və s… Qısa müddət ərzində gördüyümüz bu iki məscid mənzərəsi zehnimizə təzadların birliyi olaraq kodlanır.

Dövlət qurumlarında rəsmiyyət və qanunların ağırlığı səbəbi ilə könüllülük prinsipi demək olarki, sıfıra bərabərdir. Müəllimlər həftə sonu əlavə işlədikləri üçün və əlavə dərsə görə əlavə məbləğ alırlar. Dini və könüllü qurumlarda isə əlavə dərsə girməyin və normaldan çox çalışmağın bu dünyada heç bir qarşılığı yoxdur. İdarəçilər boş keçən dərslərə girməsi üçün müəllimlərdən rica edirlər. Müəllimlər xahiş-minnətlə dərsə girərlər. Dərsə girəcək müəllim tapılmazsa, tələbələrə “sərbəst dərs” olduğu deyilir. Əslində boş dərslərin sərbəst çalışma ilə doldurulması basil-başına bir elmi iş mövzusudur. Bəzi müəllimlərdə “gecikdiyimiz üçün, gələbilmədiyimizüçünlazımişəkildəizahedəbilmədiyimzidərslərvar”,-deyərək boş dərslərə könüllü girərlər.

Boş dərslərə girən müəllimlərin nə danışacağına qərar verməsi o qədər də asan deyil. Xatirələrdən tutmuş, oxunan sonuncu kitaba qədər, gündəmdə olan suallardan birlikdə kitab oxumağa qədər bir çox seçim var.

Bir neçə ay sonar məzun olacaq sinfin “sərbəst çalışmasına” mane olmaq üçün boşdərsinə girdim. Sinfə gedərkən nə danışacağımı düşünürdüm. Məzun olacaq və bir çoxu imam, müəzzin çalışacaq tələbələrimizə məscidlərin səliqə-səhmanı və təmizliyi haqda danışmaq qərarına gəldim. Tələbələrdən soruşdum: “fiqh kitabında ilk və son mövzu nədir?”.İlk mövzunun təmizlik olduğunu desələr də, son mövzunun cənazə və dəfn olduğunu bilmədilər. İlk mövzunun təmizlik olması və namaz, oruc kimi ibadətlərdən əvvəl təmizliyin öyrədilməsi təsadüfi və hikmətsiz deyil. Adını bilmədiyim kənddəki məchulimama aid məscid haqqında qürurla uzun-uzadı danışdım. Hətta bir ara “hansısa ölkədə diyanət işləri başqanı olsam, görəcəyim ilk işlərdən biri məscidlərin səliqə-səhman işləri, gül-çiçək əkilməsi, xalı və dəstəmazxanaların standartlaşdırılması olar”,-dedim. Kanalizasiya və su xəttinin olduğu bir yerdə yerləşən məscidin ayaqyoluna aftafa ilə su daşınmamalıdır. Qapıların yerinə pərdə asılmamalıdır.

Söhbəti Ayna bazarındakı “İslam Yolu” məscidinə gətirəndə sinifdə xəfif bir gülüşmə oldu və hərkəs Çindən köçən qazaxlardan olan Elbosuna baxmağa başladı. Öyrəndim ki, Elbosun bir-iki ay sonar həmin məscidə rəsmi imam təyine diləcək. Elbosuna imam olan kimi ilk işinin məscidin su, ayaqyolu, kanalizasiya kimi işlərini gündəminə almasını tapşırdım. Dedimki, “Ayna Bazarının yaxınlığında 3-4 ayaqyolu və su çəkmək işini bazardan seçdiyin könüllülərlə həll et, işlər bitdikdən sonar mənə zəng et, müjdəli xəbəri ver”. Aradan aylar keçdi, Türkiyəyə tətilə getdik, gəldik. Bir gün Elbosundan zəng gəldi, “müəllim, məscidimiz hazırdır, ayaqyoluna su çəkdik, problemləri həll etdik, gəlib baxa bilərsiniz”. Kafel-metlağı ilə, qapısı ilə, su kranları ilə hər şeyin mükəmməl olduğunu gördük. Allah ondan razı olsun. İnşallah Qazaxıstandan İslamın mayakı olar, küfrün, qəflətin, zülmün qaranlığında olanlara yol göstərər.

Elbosunun çalışmalarından öyrəndiklərim:

Boş dərs yoxdur, boş söz var.

Bərəkət gizlidir. Bərəkətin hazırlaşaraq girdiyimiz dərslərdə, yoxsa hazırlaşmadan girdiyimiz dərslərdə olduğunu bilmək imkansızdır.

Gənclərə məsuliyyət yükləmək və hədəf göstərmək mühümdür. Məsuliyyət yükləyib hədəf göstərməmək ən böyük xətalardan biridir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz