Sözdə Sehr Var
Həyatda yaşayan hər bir canlının mayasına Allah təalanın yerləşdirdiyi instinkt o canlıya həyatla mübarizə aparma gücü verir. Eyni zamanda hər bir canlıya müəyyən bir vəzifə verilmişdir ki, onu da mükəmməl şəkildə yerinə yetirməlidir. Bizə bunu Qurani-Kərim belə izah edir:
“Rəbbin bal arısına belə vəhy (təlqin) etdi: Dağlarda, ağaclarda və (insanların) qurduqları çardaqlarda (evlərin damında, üzümlüklərdə) özünə evlər tik (pətəklər sal). Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi yolla rahat (asanlıqla) get! (Və ya: “Rəbbinin yollarını itaətlə tut!”) (O arıların) qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli (ağ, sarı, qırmızı) bal çıxar. Şübhəsiz ki, bunda da düşünüb dərk edənlər üçün bir ibrət vardır!” (Nəhl 68-69)
Allah təala arıya bal hazırlamaqla insanlara faydalı olmasını təlqin etdiyi kimi digər canlıları da bu kimi vəzifələrlə vəzifələndirmişdir.
Allah təala arıya bal düzəltməyi, inəyə süd verməyi və s. kimi şeyləri necə öyrətdisə, biz insanlara da bu dünyadakı vəzifələrimizi, bu dünyaya nə üçün gəldiyimizi zaman-zaman göndərdiyi peyğəmbərlərin bildirişləriylə yanaşı, onların öyrətdiklərini çətinlik çəkmədən qəbul etməmiz üçün də bizi İslama meyilli olaraq yaratdı. Bu haqda peyğəmbərimiz belə buyurur: “Hər bir uşaq (islam) fitrəti üzrə doğulur” (Buxari, cənaiz, 80,93.)
Bütün bunlara baxmayaraq insan oğlu bu dünyaya nə üçün gəldiyinə laqeyd qalaraq İslamdan kənar yollara düşməkdədir. Təəssüf ki, bütün bunların səbəbkarı bəzən valideynlər olur. (Nuh, 27)
Elə buna görə də bu mövzuda valideynlərin öhdəsinə çox böyük və mühüm vəzifə düşür. Onların vəzifəsi, övladlarını yaxşı tərbiyə edərək onların təmiz fitrətlərinin pozulmasının qarşısını almaqdır. Beləliklə düzgün tərbiyə nəticəsində ilk əvvəl Allah və Ðəsólónà, sonra valideynlərinə, qohum-əãðəáàñıíà, qonşularına, cəmiyyətə, dövlətə və millətinə sadiq bir vətəndaş yetişdirmiş olarıq. Unudulmamalıdır ki, uşağın ilk məktəbi ailə yuvasıdır. Bunun üçün ailə tərbiyəsi çox önəmlidir.
Valideynlər uşağı düzgün tərbiyə etmək üçün onlara hansı yaşda necə davranılacağını, nəyin nə vaxt öyrədiləcəyini, ümumiyyətlə onlarla necə rəftar ediləcəyini bilməlidir.
Təəssüf ki, bugün bir çox ailələr uşaqları ilə münasibətlərə heç diqqət etmirlər. Bu dəqqətsizliyin uşağın tərbiyəsinə mənfi təsirlərini düşünməyən ata-analar çoxdur. Məsələn, ana və yə ata uşağını qonşunun uşağıyla müqayisə edərək o uşağın ondan daha qabiliyətli, daha çalışqan, daha zehinli və s. olduğunu söyləyərək övladının özünə olan inamını necə itirdiyini, onu necə passivləşdirdiyini düşünmür. Hətta bütün bunların nəticəsində övladının qonşusunun uşağına kin bəsləyəciyini, bəlkə ona ziyan verəcəyini heç ağıllarına da gətirmirlər.
Əgər uşaq belə tərbiyə edilərsə, valideyn uşağının bacaraqsız olacağından əmin ola bilər. Çünki uşaq, valideynlərinin onun haqqında bu şəkildə düşündüklərini bildiyi zaman özünə olan inamını itirər və onun haqqında deyilənlərin doğru ola biləcəyini fikirləşərək gələcəyə bədbin baxar. Boş yerə “Ağıllıya qirx gün dəli desən dəli olar” deyilməyib.
Mənfi sözlər nəinki məsum uşaqlara, cansızlara belə mənfi təsir göstərir. Yapon alimi olan Dr. Masaru Emoton su üzərində tədqiqat aparaq bu qənaətə gəlmişdir ki, həqiqətən mənfi söz âə äàâðàíışëàð cansızlara da neqàtiv yondən təsir edir. O, içində su olan iki hovuzdan birinin yanında pis sözlər söyləndiyi zaman o suyun kristallaşması ilə, yanında yaxşı sözlər söylənən suyun kristallaşması arasında fərq olduğunu sübut etmişdir.
İnsan bədəninin təqribən yetmiş faizinin sudan ibarət olduğunu nəzərə alsaq, mənfi sözlərin tərtəmiz uşağa necə təsir bağışëayacağını düşünmək hər halda çətin olmaz. Peyğəmbərimizin “Sözdə sehr var” lakonik kəlamının hikməti indi daha yaxşı başa düşülür.
ŞƏRHLƏR