Sadəcə Diplomlu Olmaği Fikirləşməyin !

Sadəcə Diplomlu Olmaği Fikirləşməyin !

İnsan həyatında elə anlar və günlər olur ki, bunu ömür boyu yaddan çıxarmaq mümkün deyil. Bəzi məsələlər və işlər də vardır ki, xüsusi ilə gənclər onun haqqında tələsik qərar verməməli və gələcək həyatlarını fikirləşməlidirlər.

 Belə bir vəziyyətdə atalarımızın “Yüz ölç, bir biç!” sözü tam yerinə düşməkdədir.

Yaxın günlərdə on birinci siniflər məktəb həyatına son deyəcək və hər bir insanın arzuladığı kimi instituta girib tələbə olmaq arzusu ilə yaşamağa başlayacaqlar. Bu, hər bir gəncin uşaqlıqdan xəyalını qurduğu bir arzudur. Elə bir arzu ki, bəzilərimiz hələ uzun illər əvvəlcədən bu xəyalın gerçəkləşməsi üçün əlindən gələni edir. Bu da arzu olunan şeyin nə qədər böyük və nə qədər əhəmiyyətli olduğunu göstərməkdədir. Bizim bu mövzuya toxunmaqda məqsədimiz gənclərin seçim qarşısında olduğu bu dönəmdə diqqət edəcəkləri şeyi xatırlatmaqdır. Belə ki, hər bir gənc gələcək həyatını formalaşdıracağı üçün seçəcəyi ixtisası dəqiq ölçüb-biçməlidir.

Xüsusi ilə bu günkü həyatımızda gənclər fakültə seçdikləri zaman tələsik qərar verməməlidirlər. Çünki bunun nəticəsində sahib olacaqları ixtisas onların həyatlarının gələcəyini həll etməktədir. Təbiidir ki, hər bir şagird əvvəlcə orta məktəbdə hansı dərsləri daha yaxşı öyrəndiyini və sevdiyini fikirləşərək ona görə fakültə seçməkdədir. Doqquzuncu və ya onuncu sinifdən hazırlığa başlayan şagirdlər bəzi şeylərə diqqət etməlidirlər ki, onlardan bir neçəsini qeyd edirik:

 

1.                  Bacarıq və qabiliyyətlərinə

2.                  Şəxsi fitri istedadlarına

3.                  Arzusu ilə fakültənin verəcəyi ixtisasın üst-üstə düşüb düşməməsinə

4.                  Cəmiyyətin o ixtisasa olan ehtiyacına

5.                  İxtisasla əlaqədar olaraq gələcəkdə iş tapa biləcəyinə

6.                  Ailəsinin fikrinə

 

Belə ki, tələbə olmaq istəyən şagird əvvəlcə nə istədiyinə qərar verməli, cəmiyyətdəki ehtiyacları araşdırmalı, o peşə sahibləri ilə görüşməli və düşüncələrini valideynləri ilə də məsləhətləşdikdən sonra qərar verməlidir. Ixtisasın nə olmasından aslı olmayaraq hər bir şəxsin o sahədə uğur qazanması üçün o ixtisası sevməsi, istəməsi və o işi bacarması lazımdır. Fakültə seçildiyi zaman bəzi şeyləri əvvəlcədən dəqiqləşdirmək lazımdır.

1. Şagirdin əvvəlcə özünü tanıması və ya bilməsi lazımdır. Buradakı tanıma və ya bilmə şagirdin hansı dərslərdən daha yaxşı və ona marağının olduğunu və bəzi ixtisaslar üçün lazım olan qabiliyyətlərə sahib olub olmadığını müəyyələşdirməsi baxımındandır. Bu hallar vaxtında dəqiqləşdirilmədiyi zaman şagird ya gələcəkdə o ixtisasın qarşısında zəif qalaraq geri addım atır və ya daha çox şeyə qadir olduğunu görərək peşmançılıq halları yaşamaqdadır. Eyni zamanda şagird hansı sahə ilə maraqlandığını daha yaxşı bilməli və ona görə qərar verməlidir.  Insan bacarıq və istedadı səviyyəsində hədəflərə çatmaqdadır. Bu mərhələdə şagird eyni zamanda seçmiş olduğu ixtisasın tələblərini yerinə yetirdiyi zaman ailəsinin və yaşadığı mühitin bunları necə qarşılayacağını da əvvəlcədən bilməlidir.

2. Seçilən fakültə və ya ondan sonra sahib olunacaq ixtisası araşdırmaq və ətraflı bilmək lazımdır. Orta məktəbi qurtarmaq və ya instituta girmək həyacanı ilə bəzən bu xüsus yaddan çıxmaqda və ya qəbul zamanı edilən ən kiçik səhv şagirdin gələcək həyatını risk altına atmaqdadır. Çünki bu araşdırma onun gələcək həyatında müvəffəq olub-olmaması ilə yanaşı eyni zamanda həyatında xoşbəxt olub-olmamasına da təsir göstərməkdədir.

3. Bilik olaraq hansı sahədə daha güclü olduğu müəyyənləşdirilməlidir. Bunun üçün şagird orta məktəb zamanı hansı dərslərə daha çox marağının olduğunu göz önündə tutmalı və və buna görə qərar verməlidir. Eyni zamanda tez-tez sınaq imtahanları ilə özünün o sahədə olan istedadını və bacarığını müəyyənləşdirərək fakültə seçimini ona görə etməsi lazımdır.

 

(ardı var...)

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz